01/10/2023 06:23
728 x 90

KTMT-nin Yerevan sammitinin sənədlərində "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlədilmədi…

img

Putinin "heç bir kamera olmadan hər şey barədə açıq danışaq" çağırışından sonra KTMT-nin Yerevan "sammitindən" çox ziddiyyətli xəbərlər gəlsə də, bəzi konkret mesajlar da var.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

“Demək olar ki, heç bir rəsmi sənəddə "Dağlıq Qarabağ münaqişəsi" anlayışına rast gəlinmədi. Bəlkə hələ rəsmi sənədlər tam bəyan ediləndən sonra yeni nüanslar ortaya çıxacaq… Ancaq hələlik ilkin yekunlar bunu deyir.

Yalnız Putinin öz çıxışında "Dağlıq Qarabağda vəziyyətin normallaşması" kimi fikir işlətdiyi məlumdur ki, bu da hələ də Rusiya rəhbərliyinin "Dağlıq Qarabağ" anlayışından imtina etmədiyini təsdiqləyir...

Bütün hallarda "Dağlıq Qarabağ münaqişəsi" anlayışını MDB-nin siyasi leksikonundan çıxarmaq Azərbaycan diplomatiyasının uğurudur...”

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər