Cümə axşamı günü, 12 noyabr 2026
     

Qarabağ separatçılarının buynuzu yenə qaşınır - “Müdafiə ordusunu heç vaxt buraxmayacağıq”...

Image


Sülhməramlıların gərəkən addımları atmaması ilə əlaqədar separatçıların təxribat xarakterli addımları durmadan artır. Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Paşinyanın “Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaradılması və bunun nəticəsində Qarabağda “ordu”ya ehtiyac olmayacağı” fikrinə münasibət bildirərkən deyib ki, silahlı birləşmələr buraxılmayacaq.

Halbuki, bu il noyabrın 10-da Ermənistan hökumətinin iclası zamanı Nikol Paşinyan “Artsaxın müdafiə ordusu”nun buraxılması məsələsi ilə bağlı Qarabağ ermənilərindən təklif aldıqlarını demişdi: “Oktyabrın 31-də üçtərəfli görüş zamanı Soçidə mən “Dağlıq Qarabağ hakimiyyəti”nin təklifini təqdim etdim. Yəni “Dağlıq Qarabağ” ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaratsaq, nəticədə belə miqyasda “Artsaxın müdafiə ordusu”na ehtiyac qalmaya bilər”.

Ancaq Balasanyan məlum məsələyə münasibət bildirərkən faktiki olaraq Paşinyanı yalançılıqda ittiham edib: “Biz heç vaxt “müdafiə ordusu”nu ləğv etməyəcəyik. Qarabağın “silahlı qüvvələri” buraxılmayacaq. Əksinə, “ordu”nun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri aparılıb. Qarabağın “hərbi-siyasi hakimiyyəti”nin vahid nöqteyi-nəzəri “ordu”nu nəyin bahasına olursa-olsun qoruyub saxlamaq, onları həm insan, həm də texniki müasir resurslarla təchiz etmək və döyüş tapşırıqlarını yerinə yetirən silahlı qüvvələrə malik olmaqdan ibarətdir”.

Bütün bunlar onu göstərir ki, Qarabağdakı separatçılar ağıllanmaq istəmir. Bu isə yenidən antiterror əməliyyatları üçün zəmin yaradır.

  • “Nəinki Balasanyanın özü, eləcə də “rəhbər” bildiyi digər şəxslər Silahlı Qüvvələrimizin hədəfində və nişangahındadırlar”

Məsələyə münasibət bildirən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, belə sərsəm açıqlamalar separatçılara baha başa gələcək: “Rusiya sülhməramlılarının Qarabağdakı məlum fəaliyyətləri barədə geniş izahat verməyə ehtiyac yoxdur. Hər kəs onların Azərbaycan torpaqlarında hansı oyunlar oynamasından xəbərdardır. Yəni sülhməramlıların üzərlərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmələri, üstəlik onların Qarabağdakı separatçı-quldur dəstələri ilə sıx münasibət qurmaları və s. kimi hallar heç də Bakının diqqətindən kənarda qalmır. Birbaşa müvafiq güc stukturlarımızın diqqət mərkəzindədir. Sadəcə, məsələ ondadır ki, Azərbaycan Ermənistana bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün vaxt verib və həmin vaxt get-gedə daralır. Məhz həmin vaxta qədər Azərbaycanın tələb və şərtləri yerinə yetirilməzsə, artıq hansı növbədənkənar addımların atılacağını anlamaq məncə elə də çətin deyil”.

B.Quliyevin sözlərinə görə, son zamanlar istər Ermənistan hakimiyyətinin, istərsə də Qarabağdakı erməni quldurlarının “ruhlanmalarının” əsasında İran və Fransa motivləri var: “Və həmin motivlərə Rusiyanın da müəyyən təsirləri mövcuddur. Onlar elə bilirlər ki, İran səlahiyyətlilərinin boğazdan yuxarı verdikləri bəyanatları, yaxud Fransa senatının qəbul etdiyi hər hansı bir kağız parçası, eləcə də Kremlin Ruben Vardanyan kartı bütövlükdə ermənilərin yenidən işğalçılıq faktorlarının ayaq açmasına geniş imkanlar yaradacaq və s. Ancaq onlar unudurlar ki, bütün bunlar növbəti erməni utopiyasıdır və başqa heç nə deyil. Yəni erməni tərəfi istədiyi fikirlərini səsləndirə bilər, amma həmin fikirlərin ayaq açıb yeriməsinin nə qədər mümkün olub-olmamasını da araşdırmaq lazımdır. Bu xüsusda təkcə bir faktı xatırladım. Əvvəlcə Fərrux yüksəkliyinin, daha sonra isə Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin erməni quldurlarından boşaldılması ərəfəsində məhz bu gün Xankəndidə rus sülhməramlılarının arxasından boylanan Balasanyan, Babayan və s. tipli separatçı canilər bənzər bəyanatlar verirdilər. Vaxtilə erməni separatçılar Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxmayacaqlarını da iddia edirdilər. Ancaq nəticəsi nə oldu? Onlar bu əraziləri tərk etdilər və necə deyərlər, “azərbaycanlılar yalnız meyitimizin üzərindən keçməklə buraya daxil ola bilər” kimi hay-küylər havada qaldı. Bu gün qəhrəman Azərbaycan əsgəri həmin ərazilərə tam nəzarət edir və üstəlik, Xankəndi də bütün strateji yüksəkliklərdən nəzarətimiz altındadır. Əgər bu gün Vitali Balasanyan iddia edirsə ki, “müdafiə ordusunu” daha da “təkmilləşdirəcəklər”, yaxud silahlanmağa davam edəcəklər - onda həmin quldur bir faktı bilməlidir, nəinki onun özü, eləcə də “rəhbər” bildiyi digər şəxslər Azərbaycan Silahlı Qüvvələrinin hədəfində və nişangahındadırlar. Bütün bu kimi məsələlərin tam, birdəfəlik həll edilməsi üçün qısa zaman qaldığına şübhə etmirəm. Prezident İlham Əliyev dəfələrlə və qətiyyətlə bəyan edib ki, səbrimiz tükənməz deyil və əgər Ermənistan hakimiyyəti, həmçinin Qarabağdakı separatçılar bu bəyanatı görməzdən, eşitməzdən gəlirlərsə, onda günahı da özlərinə axtarsınlar. İlin sonuna isə çox az zaman qalıb və Azərbaycan qarşıya qoyulan məqsədlərinə nail olmaq qüdrətində olduğunu səbrlə, təmkinlə nümayiş etdirməkdədir. Əgər Qarabağdakı cinayətkar rejim bunu anlamazsa, onda heç kimin şübhəsi olmasın ki, “Dəmir yumruq 2” planı dərhal işə salınacaq. Bu dəfə onlar düşdükləri fəsadlardan, vəziyyətlərindən ümumiyyətlə yaxa qurtara bilməyəcəklər”.

Bu baxımdan politoloq hesab edir ki, separatçılar üçün nəticə ağır olacaq.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni qəsdi - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ