Ziyafət Əsgərov: "Seçkidə iştirak etməyəcəksənsə, necə partiyasan?!"

img

Bu gün Azərbaycan maraqlıdır ki, ölkədə siyasi partyaların çəkisi artsın. Azərbaycanda 50-dən artıq siyasi partiya var, ancaq gəlin baxaq görək çoxpartiyalılıq sisemi təmin olunubmu? Azərbaycanda məqsəd çoxpartiyalı sistem yaratmaqdır. Hazırda azərbaycanda 50-dən çox siyasi partiya var, amma bu çox partiyalı sayılırmır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, siyasi partiyaların rolu cəmiyyətdə artmalıdır.

“Etiraz etdilər ki, seçkilərdə iştirakla bağlı müddəa çıxarılsın. Bəs sən niyə siyasi partiyasan?! Seçkidə iştirak etməyəcəksənsə, necə partiyasan?! Bu gün Avropada seçkilərdə iştirak etməyən siyasi partiyaların fəaliyyətinə xitam verilir. Amma görün belə demokratik müddəanın bura salınmasına partiyalar razıdırmı? Maliyyə yardımı məsələsini dedilər. Faizlərin bölgüsü elə təəssürat yaratmamalıdır ki, hakim partiyaya üstünlük verilir. Bu belə deyil. Partlamantdə təmsil olunan deputatların sayına görədir. Dövlət qulluqçuilarının siyasi partiyaların üzvü olmaması ilə bağlı qeyd olundu. Amma mən məntiqi başa düşə bilmədim. Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?! AŞ Əsas hüquq və azadlıqlarını nəzərə alaraq dövlət qulluqçusunun da birləşmək hüququ var”, - deyə o qeyd edib.

Peşə etikası

Son xəbərlər