Ermənistanda uşaqlar revanşist - terror təlim düşərgələrində...

Azər Həsrət: “Ermənistan dünyada terror dövləti kimi tanınır”

img

Ermənistanda azyaşlılar terror qruplaşmalarına cəlb olunur. Bu barədə "France24" kanalında süjet yayımlanıb. Kadrlardan görünür ki, yetkinlik yaşına çatmayan ermənilər hərbi təlimlərdə iştirak edir. Onlara təlimlər zamanı revanşist düşüncələr də təlqin olunur.

Qeyd edək ki, Ermənistan hər zaman terror dövləti kimi tanınıb və tanınır. Bu ölkədə faşizm ideologiyasının, terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən çoxsaylı faktlar mövcuddur. Növbəti belə bir fakt isə bu günlərdə yayıldı. Ermənistanda azyaşlılar terror qruplaşmalarına cəlb olunur.

  • “Erməni uşaqları nifrət duyğusu ilə böyüyürlər, həmin nifrət hissi də sonda erməni uşaqlarının terrorçu olmasına səbəb olur”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanda azyaşlıların terror qruplaşmalarına cəlb edilməsi yeni xəbər deyil. Onlar dünyada terror dövləti kimi tanınır: “Ermənilər uşaq dünyaya gəldikdən sonra onun qulağına “türk sənin düşmənindir” ifadəsini pıçıldayırlar. Bütün erməni uşaqları qorxu içində böyüyür. Ermənilər uşağı normal tərbiyə etmək əvəzinə, türkün düşmən olduğunu onların beyninə yeridir. Uşaqlara deyirlər ki, əgər türk qarşına çıxarsa onu öldür, rəhm etmə, ona pislik et, zərər yetir kimi sözlərlə övladlarını tərbiyə edirlər. Təbii ki, bu da ilk andan uşaqların psixologiyasına təsir edir. Erməni uşaqları nifrət duyğusu ilə böyüyürlər. Həmin nifrət hissi də sonda erməni uşaqlarının terrorçu olmasına səbəb olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, dünyada ən çox tanınan terrorçu millətlərdən biri məhz ermənilərdir. “Erməni terroru” deyə ifadə dünyada bilinir və qəbul edilib.

Siyasi şərhçinin sözlərinə görə, ermənilər 100 il öncə də istər azərbaycanlılar, istərsə də Türkiyənin ayrı-ayrı diplomatlarına qarşı terror törədiblər. Bu danılmaz faktdır: “Həmçinin, ötən əsrin 70-ci illərində Amerika, Fransa  və digər dövlətlərdə ayrı-ayrı terror faktı törətməsi ilə bağlı yetərincə məlumatlar var. Bu millətin xislətində terror, təxribat törətmək var. Çünki ermənu uşaqlarına körpə vaxtından qan, müharibə, təxribat, zülm öyrədilir. Ermənistan dövlətinin, hakimiyyətinin faşist mahiyyəti dəyişməz olaraq qalır”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər