Cümə axşamı günü, 12 noyabr 2026
     

Vüqar Rəhimzadə: "Azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurumuzun, Zəfərimizin rəmzidir"

Image


“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il avqustun 26-da  rəsmi “Tvitter” səhifəsində bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Otuz il torpaq həsrəti ilə yaşayan, tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunacağı, öz doğma yurd-yuvalarına qayıdacaqları günü hər zaman səbirsizliklə gözləyən soydaşlarımız, bütün Azərbaycan xalqı belə xoş müjdəli xəbərləri  44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı dövlət başçısı İlham Əliyevin dilindən eşidirdi. Həmin günlərdə Müzəffər Ali Baş Komadanın xalqa müraciətlərinin, paylaşımlarının hər biri torpaqlarımızın işğaldan azad edilməsi xəbəri ilə başlanırdı. 44 gündə 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Dünyaya səs salan,  dastana çevrilən əfsanəvi Şuşa əməliyyatından sonra mənfur düşmən diz çökdü. Bunun məntiqi nəticəsi olan 10 noyabr  2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın  kapitulyasiyasının  təsdiqi, dünyaya təqdimatı oldu. Müharibədən ötən son iki il isə  üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi mərhələsidir.  Bu Bəyanata uyğun olaraq  Kəlbəcər, Ağdam və Laçının  bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin qətiyyətinin,   siyasi-diplomatik fəaliyyətinin təntənəsi, tarixi hadisə kimi yaddaşlarda qaldı.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  sentyabrın  21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında  keçilən yolun təhlili əsasında bir daha bu əminliyi ifadə etdi ki, bu bayraq burada əbədi dalğalanacaq. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.”

  Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, iki ilə yaxın dövrdə  işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı   bərpa-quruculuq işləri həyata keçirilir:  “Qısa müddətdə görülən işlərin miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil.  Bircə faktı qeyd etmək kifayətdir ki, artıq Qarabağdan   dünyaya hava qapısı açılıb, yaxın zamanlarda Zəngilan Beynəlxalq Hava Limanının  istifadəyə verilməsi ilə bu  mühüm hadisəni  Şərqi Zəngəzur da yaşayacaq.  Üçüncü  hava limanı üçün məkanın Laçın rayonunun ərazisinin seçilməsi də təsadüfi deyil. Bu, həm iqtisadi, həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir.  Laçın Beynəlxalq Hava Limanının 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.  Diqqəti daha çox Beynəlxalq Hava limanlarının tikintisinə və istifadəyə verilməsinə yönəltməyimiz səbəbsiz  deyil. Avtomobil, dəmir yolu və  hava limanları özlüyündə həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıqda  iqtisadi və siyasi  yol xəritəsinin   təqdimatlarıdır. Bu yollar  artıq sahibinə qovuşan  torpaqlarımızı  böyük investisiyalar məkanına çevirəcək,   onların turizm imkanlarından səmərəli istifadə etməklə  ölkəmizin dayanıqlı inkişafı üçün möhkəm zəmin yaranacaq. Ən əsası Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi  tarixi Zəfərimizin  dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə öz töhfəsini verir. Bu gün Zəfər yolu 30 illik torpaq həsrətinə son qoyulan  xalqımızı  mədəniyyət paytaxtımız Şuşa ilə birləşdirir.  Görülən işlərin əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, indi isə Laçın şəhərini bərpa etmək vaxtı çatıb və artıq buna hazırlıq görülür. Laçın rayonuna səfəri zamanı hazırlıq işlərindən danışan dövlət başçısı İlham Əliyev  bildirdi ki,  avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaq, dəymiş ziyan hesablanacaq. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaq. Laçın şəhəri, Zabux və  Sus kəndləri  yenidən qurulacaq. Bütün bunlar bir daha sübut edir ki, hədəflərə  tez bir zamanda nail olmağımız üçün mühüm əsaslar mövcuddur.”

“Torpaqlarımızın 30 il işğal altında qalmasına, bu müddətdə xalqımızın   əzab-əziyyət içində  yaşamasına, tarixi və dini abidələrimizin məhv edilməsinə, bu ərazilərimizin ermənilər tərəfindən illərdir erməniləşdirilməsi üçün   izlərimizin silinməsi istiqamətində  göstərilən səylərə  baxmayaraq Azərbaycan  dünya hərb tarixində  bəlkə də  nadir hal kimi dəyərləndirilən addımı ataraq   təcavüzkar dövlətə sülh təklifini etdi” söyləyən YAP Xətai rayon təşkilatının sədri   diqqəti Müzəffər Ali Baş Komandanın çıxışında  yer alan  mühüm  mesajlara yönəldib: “İki ilə yaxın dövrün reallıqları sübut edir ki,  Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Düşmənin bu niyyətini ifşa etmək üçün son iki ayda Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların miqyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı çıxışında bu statistikanı  açıqladı ki,   müharibədən sonra təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırılıb. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb.  Azərbaycana  qarşı müharibə davam edir.

Törədilən təxribatların qarşısının qətiyyətlə alınması  bir daha  Ermənistana və ona dəstək verən bəzi dünya güclərinə xatırladır ki, Azərbaycan heç vaxt ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan addımları cavabsız qoymayacaq.  Ermənistanda  mütəmadi olaraq  baş qaldıran revanşist qüvvələr “Dəmir yumruq”la yanaşı,  “Qisas” və sonuncu Parlaq Qələbə əməliyyatlarını da unutmamalıdırlar.”

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə bir çıxışı yoxdur ki, orada dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs etməsin və dünya güclərinə, nüfuzlu beynəlxalq təşkilatlara mesajlarını çatdırmasın: “Bu, bir reallıqdır ki, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək  məqsədilə yaradılan və artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrləri  fəaliyyətlərini vəzifələrinə uyğun həyata keçirsəydilər, ən əsası BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi baş verməzdi. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında da bu məqamı xüsusi vurğuladı ki,  beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri edilmədi, əksinə, işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər.”

“Artıq Qarabağ münaqişəsi  tarixə qovuşub, bugünümüzün tamamilə fərqli çağırışları  mövcuddur” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Ermənistan yaxşı fikirləşməlidir: “Əvvəldə də qeyd etdiyimiz kimi, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistana Azərbaycan sülh təklifini edir, ona son şansı verir, təcavüzkar dövlət isə yenə də himayədarlarına arxalanıb    sülh müqaviləsini imzalamaq istəmir.  Keçirilən görüşlərdə  irəli sürülən şərtlər Ermənistan rəhbərliyi tərəfindən   qəbul olunur, sülh   müqaviləsinin  imzalanması üçün danışıqlara başlamağın  zəruriliyi bildirilir, konkret məqam yetişəndə isə erməni silahlı qüvvələri sərhəddə  təxribatlar  törədirlər.  Ermənistanın bu gün də yaddaşında   işğal dövründəki ərköyünlüyü qalıb. Təcavüzkar dövlət  ona uyğun hərəkət etmək istəyərkən unutmamalıdır ki,   Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarındakı, 90-cı illərinin əvvəlindəki   Azərbaycan deyil. Torpaqlarımız 30 il işğal altında olan zaman xalqımız dünyadan  ədalət gözlədi. Sonda bu ədaləti,  beynəlxalq hüququ bərpa edən Azərbaycan dövlətinin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz oldu. Dövlət başçısı İlham Əliyevin Laçından səsləndirdiyi “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq” çağırışı da Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajdır. Yeni reallıqları yaradan,  postmünaqişə dövrünün gündəliyinin müəllifi olan Azərbaycanın  öz ərazi bütövlüyünü qoruması onun beynəlxalq hüquq normalarında təsbit edilmiş suveren hüququdur. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli  bayrağımızın dalğalanması qürurumuzun,  Zəfərimizin rəmzidir.”

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisədir. Bu səfərlər çərçivəsində atılan addımlar tarixi Zəfərimizin təqdimatı, Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir: «Erməni vəhşiliklərinin, vandalizminin  şahidləri olan bu torpaqlarımız qısa zamanda Azərbaycanın öz daxili imkanları hesabına  cənnət məkana çevriləcək.  Ölkə Prezidenti Laçın rayonuna səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış oldu, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Bəli, göründüyü kimi, bu gün torpaqlarımız dağıntılardan xilas olub quruculuq mərhələsini yaşadıqları üçün sanki sevincdən dil açırlar. Tariximizin 30 illik işğal dövrü heç zaman unudulmayacaq.  Şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün tarixi torpaqlarımıza qovuşmuşuq. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb.”

“Tezliklə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə dönüşün başlayacağı, Kəlbəcər və Laçına salınan çoxsaylı yolların ərazidə dinamik həyat yaradacağı günümüzün reallıqları sırasında olacaq.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın rəsmi “Instagram” səhifəsində paylaşımında yer alan  “Ay Laçın, Can Laçın 21.09.22” fikirləri özündə bütün məqamları birləşdirir”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ