Cümə axşamı günü, 12 noyabr 2026
     

KTMT-ni tərk etməyə hazırlaşan Ermənistan Rusiya hərbi bazasını da bağlamaq niyyətinə düşüb

Image


Ermənistanın Rusiyanın əsas güc mərkəzi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması son günlərdə bu ölkədə əsas müzakirə mövzusuna çevrilib. Xüsusən də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərindən sonra bu məsələ olduqca aktuallaşıb. Ermənistanın KTMT-ni tərk etməsi baş nazir Nikol Paşinyanın parlamentdənkənar siyasi qüvvələrin liderləri ilə görüşündə də əsas diqqət mərkəzində yer alıb.

Görüşdə Ermənistan Xristian Demokratik Partiyasının sədri, politoloq Levon Şirinyan, Respublika Partiyasının sədri Aram Sarkisyan, Vahid Vətən Partiyasının lideri Mher Terteryan, Sosial Demokrat Hunçak Partiyasının rəhbəri Hambik Sarafyan, “Hnçakyan” Sosial Demokrat Partiyasının İdarə Heyətinin rəhbəri Sedrak Açemyan, Ermənistan Demokratik Partiyasının sədri Tiqran Arzakantsyan və ölkənin sabiq baş naziri Aram Sarkisyan iştirak edib. Həmçinin bu günlərdə hakimiyyətdən KTMT-dən çıxmağı və yeni təhlükəsizlik sisteminin işə salınmasını sərt şəkildə tələb edən Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan müzakirələrdə iştirak edib. Respublika Partiyasının sədri Aram Sarkisyan məsələ ilə bağlı bildirib: “Hakimiyyət öz mümkün addımlarının fayda və risqlərini hesablayır. Baş nazir Nikol Paşinyanla parlamentdənkənar qüvvələr arasında keçirilən görüşdə Rusiyanın rəhbərlik etdiyi KTMT hərbi blokundan çıxmaq məsələsi də müzakirə olunub”. Aram Sarkisyan  və iclasda iştirak edən bir neçə həmkarı İrəvanın KTMT üzvlüyünə dərhal xitam verilməsi təklifi səsləndiriblər. “Bundan sonra nə etmək lazımdır” sualına Sarkisyan belə cavab verib: “Dünyada heç bir hərbi ittifaqa daxil olmayan bir çox ölkələr var. Məsələn, İordaniya heç bir hərbi alyansın üzvü deyil. Yaxud İsrail heç bir hərbi alyansın üzvü deyil, ABŞ-ın tərəfdaşıdır. ABŞ hər il İordaniyaya 800 milyon dollar hərbi yardım edir. Mənim hesablamalarıma görə, Ermənistana münasibətdə onlar hər il 400 milyon dollar məbləğində hərbi yardım göstərəcəklər. KTMT-dən çıxmaq baxımından Ermənistan hakimiyyətindən təsirli addımlar gözləyirəm. Və bu tələbi onların qarşısına qoyuram. Əgər bunu edirlərsə, çox yaxşıdır, etmirlərsə, bu onların problemidir. Hazırda biz rus bataqlığındayıq. Ruslar bizdən yalnız bir şey istəyir: Mehri dəhlizini. Azərbaycan da bizdən eyni şeyi istəyir, onun ərazi bütövlüyünü tanımağımızı və Qarabağdan imtina etməyimizi. Bu vəziyyətdən çıxırıq, ya yox? KTMT-dən çıxmasaq, o zaman bu variantla razılaşırıq: Zəngəzur dəhlizi açılır, Qarabağdan əlimizi birdəfəlik üzürük”.

Ermənistanın ABŞ-dan hərbi əməkdaşlıq təklifi alıb-almaması ilə bağlı suala cavab verən Sarkisyanın sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası sədrinin İrəvana səfəri bu suala müsbət cavab olub. Nensi Pelosi ictimai bəyanatlarında belə birbaşa təkliflər səsləndirməsə də, Sarkisyan bu mesajların açıq olduğunu iddia edir: “Nensi Pelosi birbaşa Ermənistana əlini uzadıb deyir: biz sizə bütün məsələlərdə dəstək verməyə hazırıq. Bu məsələlərə Ermənistanın müstəqilliyi, ərazi bütövlüyü, Ermənistan iqtisadiyyatının, o cümlədən ordusunun inkişafı daxildir. Bütün bunlarda ABŞ bizə dəstək vermək istəyir”. Sarkisyan əmindir ki, ABŞ-ın dəstəyinə yeganə maneə Ermənistanın KTMT-yə üzv olmasıdır: “Onlar düşmən və ya düşmən ölkənin rəhbərlik etdiyi hərbi blokun üzvü olan ölkəyə yeni texnologiyalar ötürmürlər. Yəni KTMT-yə üzv olmağımız yeni hərbi texnologiya silah və sursatları almağımıza mane olur. Rusiya silah və sursatları ilə, rus texnologiyaları ilə biz həmişə Azərbaycana uduzacağıq”.

Sarkisyan qeyd edir ki, Qərblə sıx əlaqələri inkişaf etdirməmək üçün Rusiyanın Ermənistanı qorxutmaqdan başqa çarəsi yoxdur.  Erməni siyasi ekspert  Karen Ohancanyan da onun mövqeyini bölüşür. O, Ermənistanın KTMT-dən çıxması ilə bağlı çağırışlara toxunaraq bildirib ki, Ermənistan hakimiyyəti açıq şəkildə Rusiyanın sistematik hərbi təxribatı ilə üzləşib: “Bütün KTMT ölkələri faktiki olaraq Ermənistan və Azərbaycana hərbi əməliyyatları dayandırmaq və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün neytral çağırışları ilə Vladimir Putini dəfn etdilər, əslində onun gücü Ermənistanın bir dövlət kimi mövcudluğu üçün ən böyük təhlükədir. Ona görə də Ermənistan hökuməti də, müxalifəti də, bütün xalq Ermənistan ərazisində rus hərbi bazalarının olmasına qəti “yox” deməlidir. Ermənistan təkcə KTMT-dən deyil, həm də Rusiyanın iştirak etdiyi və dominant rol oynadığı bütün hökumətlərarası strukturlardan çıxmalıdır. Ermənistan Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırmalı və Rusiya rəsmən üzr istəməyincə onu göndərməməlidir. Ona görə də KTMT-dən çıxmaqla bağlı heç kimin şübhəsi yoxdur, bu, zaman məsələsidir”. “Qraparak” nəşri isə yazır ki, Ermənistanda KTMT əleyhinə çağırışlar Rusiyanı daha da qəzəbləndirir: “Hələ bir neçə il əvvəl Nikol baş nazir təyin olunandan çox keçməmiş KTMT-nin baş katibi, Ermənistanın nümayəndəsi Yuri Xaçaturova qarşı cinayət işi açmaqla həmin strukturun beynəlxalq nüfuzuna şüurlu şəkildə zərbə vurub. Bu, Rusiya prezidentinin özünün səlahiyyətinə zərbədir, çünki KTMT Rusiyanın özüdür. Biabırçı məğlubiyyətdən sonra o, orduda islahat aparmaq və silah-sursat əldə etmək, eləcə də sərhəd zastavalarının normal texniki təchizatı baxımından heç nə etməyib. Bu şəraitdə KTMT-dən çıxmaq Ermənistanı daha böyük təhlükəyə atacaq. Xüsusən də Rusiya Ermənistanı cəzalandırmağa çalışacaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ