Cümə axşamı günü, 12 noyabr 2026
     

Diplomatlarımız və xaricə gedən dövlət adamlarımız "Yeni ASALA"nın terror hədəfində...

Image


Ermənistanın törətdiyi sərhəd təxribatının ardınca xaricdəki erməni diasporu, erməni lobbisi və erməni terror təşkilatları hərəkətə keçib. Son günlər erməni terror təşkilatlarının hərəkətə keçməsi ciddi narahatlıq törədir.

Bildiyimiz kimi, erməni terrorçuları müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirliklərinə qarşı hücumlar və təxribatlar təşkil ediblər. Fransada, Londonda, Beyrutda, Tbilisidə erməni terrorçularının həyata keçirdiyi hücumlar və təxribatlar artıq böyük təhlükələrdən xəbər verir.

Qeyd edildiyi kimi, ermənilər xaricdəki səfirliklərimizə də hucumlar edirlər. Bu baxımdan, çox təhlükəli vəziyyət yaranıb. Azərbaycan diplomatlarına və Azərbaycandan xaricə səfərə gedən dövlət rəsmilərinə erməni terroru təhlükəsi var.

Diplomatlarımız və xaricə gedən dövlət adamlarımız "Yeni ASALA"nın terror hədəfindədir. Diplomatlar və xaricə gedən dövlət adamlarımız erməni terrorundan necə qorunmalıdır?

  • "Xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımıza, xarici ölkələrə səfər edən dövlət adamlarına qarşı da terror aktları təhlükəsi istisna deyil, bu da gözlənilə bilər"

Siyasi şərhçi Azər Həsrət hesab edir ki, erməni terror təşkilatları hər an hər cür təxribata, hücuma əl ata bilər, bu səbəbdən də dövlətimiz başqa ölkələrə ümid olmayıb özü təhlükəsizlik  tədbirləri görməlidir: "Əlbəttə ki, birinci növbədə səfirliklərin təhlükəsizliyini təmin etmək lazımdır. Azərbaycan dövləti öz tərəfindən, eyni zamanda səfirliyin yerləşdiyi dövlətin müvafiq qurumları öz tərəflərindən bu təhlükəsizliyin təminatının qayğısına qalmalıdır. Özəlliklə də son vaxtlar baş verən hadisələrdən belə qənaətə gəlmək olar ki, örnək üçün Fransa kimi bir dövlətdə, yaxud da ki, Böyük Britaniya da Azərbaycan səfirliyi qorunmur. Yəni söhbət əlbəttə ki, o səfirliyin yerləşdiyi ölkədən, dövlətdən gedir. Eləcə də Livanda baş verən hadisə gözümüzün önündədir. Onlar bizim üçün dərs olmalıdır və əlbəttə ki, ikitərəfli münasibətlərdə bu məsələlər həmin dövlətlərin diqqətinə çatdırılmalıdır. Beləliklə, səfirliklərin qorunması üçün yollar, üsullar seçilməli, müzakirələr aparılmalıdır. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən də, Azərbaycan dövləti o səfirliklərə müvafiq gücləndirmə tətbiq etməlidir. Söhbət nədən gedir? Əlbəttə ki, diplomatlar öz yerində qalır, əlavə olaraq da təhlükəsizliyə məsul olan şəxslərin təlimatlandırılması, hazırlanması, göndərilməsi zərurəti var. Elə ölkələr var ki, orada bizim səfirliklərə, diplomatlara bu cür vəhşi hücumların olması az ehtimal olunur".

A.Həsrətin sözlərinə görə, amma elə ölkələr var ki, orada erməni lobbisi və erməni terror təşkilatları güclü fəaliyyətdədir və aktivdir, belə ölkələrdə ciddi təhlükə yarana bilər.  "ABŞ, Fransa, Almaniya və başqa bu cür dövlətlərdə Azərbaycan səfirliklərinin, diplomatların qorunması üçün əlavə işçilərin, vəzifəlilərin cəlb olunması vacibdir. Eyni zamanda səfirliyin ümumiyyətlə qorunması üçün onun ətrafında bir qoruma çəmbərinin də formalaşmasına ehtiyac var. Baxın, Bakının tən ortasında ABŞ səfirliyi var, ora nəinki insan girə, heç quş belə uça bilməz. Burada heç bir təhlükəsizlik problemi yoxdur. Niyə? Çünki səfirlik elə qurulub, elə yerləşdirilib, elə mühafizə edilib ki, hətta ağır texnika ilə hücum etmək çətindir, mümkünsüz görünür. Demirəm ki, Azərbaycan dövləti də ABŞ kimi tankın belə girə bilməyəcəyi bir səfirlik qursun, ən azından iki - üç nəfər vəzifəli şəxs ola bilər ki, onlar sırf təhlükəsizlik məsələsinə baxsınlar. Siz xatırlayırsız, Böyük Britaniyadakı səfirliyimizdə hücum edənlərin qarşısına çıxacaq bir adam belə olmadı. Yaxud da Fransadakı səfirliyimizdə baş verənlərin qarşısı alına bilmədi. İndi bir nəfərin videosu yayılıb ki, o dirəniş göstərir. Bu artıq çox şeydən xəbər verir ki, demək olar səfirliyimizi özümüz qorumuruq. Elə buraxmışıq başlı-başına ki, həmin dövlət səfirliyin təhlükəsizliyini təmin etməyə borcludur. Bu baxımdan düşünürəm ki, əlavə tədbirlər görülməlidir və biz nəzərə almalıyıq ki, ondan sonrakı mərhələdə ermənilər qisas almaq üçün xarici ölkələrdə azərbaycanlılara hücumlar təşkil edəcəklər. Təbii, xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımıza, xarici ölkələrə səfər edən dövlət adamlarına qarşı da terror aktları təhlükəsi istisna deyil, bu da gözlənilə bilər.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətindən sonrakı dövrdə də erməni terror təşkilatları həm Türkiyənin, həm də Azərbaycanın diplomatlarına qarşı hücumlar, terror aktları təşkil edirdilər. Bizim diplomatlara qarşı erməni terror təşkilatları indi də hücumları təkrarlayacaqlar. Eyni zamanda biz unutmayaq ki, hətta ötən əsrin 70-ci illərində də erməni terror təşkilatları Türkiyə diplomatlarını ard - arda öldürürdülər, hava limanlarına hücum edirdilər, həmçinin də diplomatların ailə üzvlərini qətlə yetirirdilər, səfirliklərə hücum edirdilər. Bütün bunları biz eşitmişik, görmüşük, bilirik. Bu baxımdan da, bütün hallarda təhlükəsizlik tədbirləri gücləndirilməlidir"-deyə A. Həsrət qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ