Cümə axşamı günü, 12 noyabr 2026
     

ŞƏT-lə dərinləşən əməkdaşlıq Azərbaycanı Avrasiyada mühüm güc mərkəzinə çevirir

Image


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənd toplantısından sonra bu qurumun fəaliyyəti beynəlxalq miqyasda indi daha çox diqqət cəlb etməkdədir. Belə görünür ki, ŞƏT yaxın tezlikdə beynəlxalq təhlükəsizlik və iqtisadi güc mərkəzi kimi daha çox diqqət cəlb edəcək.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanla ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Ölkəmizin strateji müttəfiqi olan Türkiyə də ŞƏT-lə əməkdaşlığını genişləndirir. ABŞ-a səfəri çərçivəsində bu məsələyə toxunan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan  ABŞ-da PBS televiziyasına müsahibəsində Türkiyənin bu təşkilta üzv olmaq niyyətini belə izah edib: “Avropa İttifaqı 52 ildir Türkiyəni qeyri-müəyyən vəziyyətdə saxlayır. Biz NATO ölkəsi olsaq da, hətta NATO ölkələri Avropa İttifaqı prosesində bizi gözlədir. İstər-istəməz fərqli axtarışlara girmək vəziyyətində ola bilərik. Avropa İttifaqı bizi 52 il tutub-saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək və ondan sonra “niyə burada görüşdü, niyə orda görüşdü?” deyəcək. Görüşərəm”. Qeyd edək ki, Türkiyə ŞƏT iclasına ilk dəfə məhz Səmərqənd sammitində qatılıb.  Buradakı çıxışında Ərdoğan təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, kənd təsərrüfatından turizmə qədər bütün sahələrdə Türkiyənin ŞƏT-lə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Burada bir daha xatırladaq ki, ŞƏT regional əməkdaşlıq təşkilatıdır. Əsas əməkdaşlıq mövzusu təhlükəsizlik olan ŞƏT ilk olaraq 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən “Şanxay Beşliyi” adı ilə yaradılıb. 2001-ci ildə Özbəkistanın da qatılması ilə adı Şanxay Əməkdaşlıq Təşkilatı olaraq dəyişib. 2005-ci ildə Hindistan və Pakistan da təşkilata müşahidəçi qismində qatılıb, 2017-ci ildə tam üzvlüyə keçiblər. Beləcə, təşkilatın üzv sayı səkkizə çatıb. Təşkilata üzvlük müqaviləsini 15 sentyabr 2022-ci ildə son  zirvə görüşündə imzalayan İranın da 2023-cü ilin aprelində tam üzv olması gözlənilir. Təşkilatın beynəlxalq strukturunda mütəmadi olaraq toplanan Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası ilə yanaşı, katiblik, Regional Terrorla Mübarizə Strukturu, Xarici İşlər Nazirləri Şurası kimi strukturlar da mövcuddur. ŞƏT katibliyi Çinin paytaxtı Pekində, " Regional Terrorla Mübarizə Strukturu  isə Özbəkistanın paytaxtı Daşkənddə yerləşir. ŞƏT-in üzvləri ilə yanaşı, müşahidəçiləri və dialoq tərəfdaşları da var.  Müşahidəçilər İran, Monqolustan, Əfqanıstan və Belarusdur. Dialoq tərəfdaşları Şri-Lanka, Türkiyə, Kamboca, Azərbaycan, Ermənistan, Nepal, Misir və Qətərdir. ABŞ-nin müşahidəçi olmaq tələbi isə 2005-ci ildə rədd edilib. 

ŞƏT-in üzvü olan 8 ölkənin əhalisi dünya əhalisinin 40 faizdən çoxunu təşkil edir. 

Bu siyahıya müşahidəçilər və dialoq tərəfdaşlarını da əlavə etdikdə dünya əhalisinin, demək olar ki, yarısı təmsil olunur. Dövlətlərarası bir qurum olan ŞƏT-in yaradılmasında Çin və Rusiyanın Asiyada təhlükəsizliklə bağlı əməkdaşlıq etmək məqsədləri əsas rol oynayıb. Təşkilatın təhlükəsizlik barəsində narahatlıqlarından biri Orta Asiyadakı islamçı təşkilatlar və narkotik ticarəti idi. ŞƏT üzvləri bir-biri ilə kəşfiyyat məlumatları paylaşır, birgə hərbi təlimlər təşkil edir, cinayətkarları bir-birinə təhvil verirlər. Təşkilat Rusiya və Çinin Orta Asiya ilə bağlı siyasətlərini koordinasiya etmək üçün bir vasitəçi mahiyyətini daşıyır. Lakin bir hərbi ittifaq deyil. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun keçmiş direktoru Bates Gillin sözlərinə görə, təşkilatın yaradılması zamanı Rusiya və Çinin ABŞ-ın Asiyaya mümkün müdaxilələrinə qarşı birgə hərəkət etmək istəkləri də olub. ŞƏT  Avropa İttifaqının alternativi kimi də qiymətləndirilir. Lakin fərqlər də var. Avropa İttifaqı iyerarxik olaraq üzv dövlətlərdən yuxarıda yerləşən hökumətlərüstü struktur olsa da, ŞƏT əməkdaşlıq üçün yaradılmış hökumətlərarası strukturdur. Aİ-nin iqtisadiyyat, siyasət, təhlükəsizlik və insan haqları ilə bağlı məcburi mükəlləfiyyəti, üzv dövlətlərin millət  vəkilləri tərəfindən təmsil olunan və qanunvericilik səlahiyyətinə malik parlamenti, məhkəməsi, himni və bütün üzv dövlətlərin bayraqları ilə yanaşı istifadə edilən bayrağı var, ŞƏT-də isə bunlar mövcud deyil. Aİ-yə üzv dövlətlər arasında insanların, kapitalın və məhsulların sərbəst hərəkəti mövcud olsa da, ŞƏT-də bunlar yoxdur. Aİ digər ölkələrlə azad ticarət sazişi imzalaya bilsə də, ŞƏT üzvlərinin öz aralarında belə azad ticarət sazişi yoxdur. Avropa İttifaqı və Qlobal Araşdırmalar Assosiasiyasının vitse-prezidenti Can Baydarol Avropa İttifaqının müttəfiqlərinin Aİ üzvünün ŞƏT-ə üzv olmasına icazə vermədiklərini, bu baxımdan hüquqi və texniki maneələrin olduğunu bildirir və “Qərb dünyasındasınızsa, Çin və Rusiya ilə yanaşı ola bilməzsiniz” deyir. İndi görünən odur ki, Azərbaycan üçün ŞƏT-lə əməkdaşlıq daha maraqlıdır. Ekspertlər hesab edir  ki, Azərbaycanın ŞƏT-lə əlaqələrin qurulmasında bir neçə marağı var.  Azərbaycanın birinci hədəfi bu təşkilatda yer alan ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndirməkdir.  Çinin elan etdiyi “Bir Kəmər Bir Yol” layihəsi üzrə Çin mallarının bir hissəsinin Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşınmasında iştirak etmək ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın strateji müttəfiqi Türkiyənin də bu təşkilata maraq göstərməsi Bakının bu təşkilata diqqətini artırır. Digər tərəfdən, gələcəkdə Ermənistan da bu təşkilata qoşula bilər və bu baxımdan da Azərbaycanın orda olması ölkənin maraqları baxımından əhəmiyyətlidir.  Ekspertlərin fikrincə, Azərbaycan ŞƏT-lə əlaqələrini dərinləşdirsə də, bu, Qərblə münasibətlərə mənfi təsir etməz. Xüsusən də bu proses Avropa ilə əlaqələrə mane olmur, çünki elə Çindən ixrac ediləcək malların son ünvanı məhz Avropadır. ŞƏT-in son sammitində qəbul edilən Səmərqənd Bəyannaməsində də qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri öz əksini tapıb. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ