Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır

img

Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır. Bu barədə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, hücum Avropa Parlamentinin binası qarşısındakı mitinqdən sonraya planlaşdırılır.

Səfir həmçinin diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb.

Qeyd edək ki, son dövrlər Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumların sayı kəskin artıb.

Xaricdəki səfirliyimizə ilk hücum avqustun 5-də Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınıb. Gündüz saatlarında hücum təşkil edən radikal dini qruplaşmanın üzvləri diplomatik korpusun içinə daxil olub, binada dağıntılar törədib, daha sonra pəncərəyə çıxaraq, Azərbaycana qarşı hədələyici və dini şüarlar səsləndiriblər.

ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri sentyabrın 15-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirib. Aksiya iştirakçıları Azərbaycanın dövlət himni, hərbi marşlar və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla qarşılaşıblar. Ermənilərin aksiyası səfirliyimizə hücum xarakterli olub. Onlar Azərbaycan səfirliyinin binasına yaxınlaşa biliblər. Amma səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, onların səsləndirdikləri şüarları özləri belə eştiməkdə çətinlik çəkiblər. Bir müddət sonra aksiyaçılar plakatlarını qoyaraq ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar.

Sentyabrın 18-də isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilib. Ermənilər diplomatik korpusun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışıblar. Fransa polisi isə binanın təhlükəsizliyini təmin etməyib.

Qeyd edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyi qəbul edən ölkə tərəfindən təmin olunmalıdır.

Peşə etikası

Son xəbərlər