“Boltonun səfərindən sonra çox şey itirdik, indi də Pelosi gəldi və bu dəfə də itirəcəyik”. Bu barədə “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.
Deputat bununla bağlı bir sıra arqumentlər səsləndirib: “Ümid edirəm ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun səfərindən sonra baş verən hadisələri unutmamısınız. Unudanlar üçün kiçik yaddaş yeniləməsi edirəm. Bolton erməni xalqına tarixi stereotiplərdən qurtulmağı, yəni anti-Rusiya meydanına daxil olmağı, Rusiya hərbi bazasını Ermənistandan çıxarmağı, Qarabağı Azərbaycana verməyi, Türkiyə və Qərbə qarşı xarici siyasət vektorunu dəyişməyi təklif etdi. Boltonun səfəri zamanı Nikol Paşinyan bəyan etdi ki, İran-Ermənistan sərhədi bağlana bilər. Yeri gəlmişkən, Bolton ABŞ-da çox yüksək statusa malik bir məmur idi. Hakim dairə onun səfərini epoxal hesab edirdi. Boltonun səfəri, doğrudan da, əlamətdar hadisə oldu, amma Türkiyə və Azərbaycan üçün. “Arsax” dövlətçiliyini itirdi, ərazilər təslim edildi, düşmən Şuşaya girdi, minlərlə erməni öldü…Boltonun səfəri 2018-ci ildə baş tutmuşdu. İndi ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistandadır - hakim dairə onun səfərini epoxal hesab edir…”.
Görünən odur ki, Ermənistanda müəyyən dairələr bundan xoflanıb. Hesab edirlər ki, Rusiya buna görə Ermənistanı cəzalandıracaq.
“Əsasən Rusiyaya bağlı olan siyasi partiyalar konkret etiraz edirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanda müəəyyən dairələr bəzi məqamlardan narahatdılar: “Ermənistana səfər edən ABŞ Nümayəndələr palatasının sədri Nensi Pelosinin bəyanatları ölkə daxilində siyasi proseslərı qızışdırıb. Demək olar ki, Rusiyaya bağlı olan siyasi partiyalar konkret etiraz edirlər. Əsasən də Respublika Partiyası buna qarşıdır və bu kimi bəyanat verir. Ümumiyyətlə, Cozef Bolton regiona sülh platforması təkkif etmişdi. Ermənistan ona əməl etsəydi müsbət nəticə olardı. N.Pelosi isə Ermənistanı Rusiyadan uzaqlaşdirmaga çalışır və bu ölkə daxilində siyasi böhrana yol açmaqla yanaşı, regionda sülhün əldə edilməsinə qarşıdır. Ona görə də bu istiqamətdə Ermənistan ciddi şəkildə daxildə siyasi proseslərdə xaos, Azərbaycanla münasibətləri pozacaq. Ümumiyyətlə, müxalif Respublika Partiyası da Ermənistan üçün faydalı deyil. Çünki revanşitlərdən ibarətdir. Onlar burada Rusiyanın mövqeyinin zəifləməsindən narahatdır. Onların fəaliyyəti konkret olaraq Azərbaycanin ərazilərinin işğalına yönəlib. Regionda siyasi prosesləri Azərbaycan müəyyən edir və Ermənistan satallet dövlətdi”.
Bu baxımdan politoloq hesab edir ki, istər ABŞ, istərsə də Rusiya bu nizamı poza bilməz.
Vidadi ORDAHALLI