Cümə axşamı günü, 12 noyabr 2026
     

Pelosinin səfəri həm Ermənistana, həm də ABŞ-ın özünə ciddi ziyan vurdu

Image


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri Cənubi Qafqaz bölgəsindəki durumun tam təhrif eddilməsi ilə yadda qaldı. Amma bu təhriflər regionda heç də Ermənistanın xeyrinə deyil və bu ölkənin Rusiya ilə münasibətlərinin pisləşməsinə xidmət edir.

Elə bu səbəbdən erməni ekspertlərinin özləri də həyəcan təbili çalırlar. Onlardan biri olan Karen Köçəryan qeyd edir ki, Nensi Pelosinin Ermənistana səfəri bu ilin noyabrında keçiriləcək seçkilərdə Kaliforniya ermənilərinin dəstəyini qazanmaq və Ermənistanda yaranmış anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq məqsədi daşıyır.

Politoloqun sözlərinə görə, Vaşinqton hər zaman erməni cəmiyyətini rusiyapərəst hesab edib, lakin indi Ermənistanda yaranmış anti-Rusiya əhval-ruhiyyəsindən istifadə edərək təşəbbüsü öz əlinə almaq qərarına gəlib. Köçəryan Nensi Pelosinin Ermənistanı tərk etməsindən sonra sərhəddə vəziyyətin yenidən pisləşə biləcəyini deyib. Bununla belə o, regionda yeni oyunçuların meydana çıxmayacağını qeyd edib. Ekspert Ermənistan hakimiyyətini vəziyyəti ayıq şəkildə dəyərləndirməyə və hərbi əməliyyatların bərpası təhlükəsini nəzərə almağa, mövcud münasibətləri pozmamağa çağırıb: “Əgər strateji müttəfiq ümidləri doğrultmayıbsa və Türkiyənin Azərbaycana münasibətdə davrandığı kimi davranmayıbsa, bu o demək deyil ki, bütün əvvəlki münasibətlər məhv edilməlidir”. Pelosinin hadisələrə münasibəti Ermənistanla yanaşı, ABŞ-ın öz imici üçün də mənfi nəticələrə malkdir. Beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Piter Teys bu xüsusda bildirib: “ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ-ın xarici siyasət strategiyasını məhv edir”. O qeyd edir ki, Pelosi Azərbaycana – ABŞ-ın Avrasiyada ən sadiq müttəfiqi olan sülhsevər ölkəyə qarşı böhtan atmaqla və bəyanatlar verməklə ciddi səhvə yol verib: “Bu siyasət Azərbaycan kimi əsas müttəfiqlə strateji tərəfdaşlığı qoruyub saxlamağa deyil, müxtəlif ştatlarda yaşayan erməni icmalarının səsini almağa yönəlib”. Teys əlavə edib ki, Pelosi Ermənistan rəhbərliyinin regionda sülhə və iqtisadi inkişafa əsas maneə olmasına baxmayaraq, İrəvana səfər edib.

Rusiyada çıxan “Kommersant” nəşrinin də məsələyə münasibəti olduqca maraqlıdır: “Nensi Pelosi ola bilsin öz adından, bəlkə də Konqresin adından danışırdı, amma Vaşinqtonda xarici siyasəti Dövlət Departamenti və prezident müəyyən edir, onlar isə bütün bu müddət ərzində bitərəf qalmağa çalışaraq, həm İrəvanı, həm də Bakını eskalasiyaya son qoymağa çağırıblar. Pelosinin sözlərinə görə, o, İrəvana vasitəçi kimi deyil, dost kimi gəlib və “bütün ABŞ Konqresinin” fikrini ifadə edir. Amma Vaşinqtonda xarici siyasəti qeyd edildiyi kimi Dövlət Departamenti və prezident müəyyən edir. ABŞ Nümayəndələr Palatasının spikeri öz pencəyinin yaxasına “erməni soyqırımının qurbanları” xatirəsinin rəmzi kimi yaddaş çiçəyi şəklində sancaq taxıb. Əlbəttə, bunu İrəvanda qiymətləndiriblər, amma yəqin ki, Türkiyədə də yadda saxlayıblar”. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin vitse- prezidenti Fuat Oktay artıq məsələyə sərt reaksiya verib. O bildirir ki,  Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər tarix və hazırkı reallıqlara uyğun deyil. F.Oktay qeyd edib ki, bu diplomatik səyləri sabotaj edən açıqlamalardır: "Onun fikirləri xoş niyyətdən tamamilə uzaqdır, tərəfli mövqeyin göstəriçisidir və diplomatik səyləri sabotaj edən açıqlamalardır. Heç bir halda bunların qəbul edilməsi mümkün deyil”. O, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edib. Vitse-prezident vurğulayıb ki, hazırda bölgədə sülh və sabitliyə ehtiyac var: “Regionda daimi sülh və sabitliyə ehtiyac olan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. Otuz ildir haqsız şəkildə işğal altında olan torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”. “Kommersant”dakı məqalədə isə bu da xatırladılır ki, Nensi Pelosi erməni jurnalistlərin ona ünvanlanmış “Ermənistan KTMT-dən çıxacağı halda Vaşinqton Yerevana alternativ təhlükəsizlik sistemi təklif edə bilərmi?” sualına özü cavab vermək əvəzinə mikrofonu energetika və kommersiya məsələləri komitəsinin sədri Frenk Palloneyə verib. Pallone hər hansı vədlər verməkdən və ya çağırışlar etməkdən boyun qaçıraraq xatırladıb ki, Ermənistan Rusiya ilə bərabər Təhlükəsizlik Təşkilatının üzvüdür və onlar özləri başa düşmək istəyirlər ki, ABŞ bu güc strukturuna müraciət etmədən nə edə bilər. Nəşr oxucuları Pelosinin səfərinə Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası ilə də tanış edib. Azərbaycana ünvanlanmış əsassız və ədalətsiz ittihamları qəbuledilməz adlandıran Azərbaycan xarici siyasət idarəsi ABŞ Nümayəndələr Palatasının spikerinin bəyanatı ilə əlaqədar dərindən təəssüfləndiyini bildirib və vurğulayıb ki, bu bəyanat regionda vəziyyəti təhrif edir: “Çox ehtimal ki, bu yaxınlarda baş vermiş Tayvan epopeyası ilə bağlı halda olduğu kimi, xanım Pelosi Ermənistanı tərk edəndən sonra amerikalı diplomatlar yenə yanğını söndürməli və izah etməli olacaqlar ki, Nümayəndələr Palatasının spikeri öz fikrini bildirmək hüququna malikdir, çünki demokratiyalar belə işləyir. Lakin ABŞ Ermənistan-Azərbaycan münaqişəsində rəsmi vasitəçilərdən biri olduğuna görə, sülhyaratma baxımından Nensi Pelosinin belə çıxışları yəqin ki, ABŞ-ın zərərinə olacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ