Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ bu gedişlə Ermənistanı Rusiya və İrana yem edəcək…

Image


Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş açıqlamalr təkcə Azərbaycanda yox, elə Rusiyada da ciddi narazılıq doğurub. Belə görünür ki, ABŞ Ermənistanı Rusiyanın orbitindən çıxarmaqda israrlıdır. Təbii ki, belə vəiyyətdə İran da ermənistandan narazı qalan əsas tərəflərdən biri olacaq.

Bu haqda danışmazdan öncə qeyd edək ki, Nensi Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. Azərbaycan belə hesab edir ki, ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir. Lakin görünən budur ki, ABŞ-dakı erməni lobbisindən qidalanan bəlli qüvvələr son vaxtlar yenidən aktivləşiblər. ABŞ-dakı ermənipərəst qüvvələrin sözşüsü kimi tanınan Nensi Pelosi də öz aktivliyini bir qədər də artırıb. Pelosinin Ermənistana son səfəri və səfər zamanı səsləndirdiyi əsassız fikirlər də ABŞ-dakı ermənilərdən növbəti səs dilənməsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Artıq 85 yaşı olan Pelosi hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür və buna görə də ermənilərin səsini qazanmağa çalışır. Öz məqsədi üçün də Azərbaycana qarşı bütün iftiraları atır. Amma o, təkcə Azərbaycanı yox, Rusiyanı da hədəf götürüb. Maraqlıdır ki, Ermənistanda da indi daha çox ABŞ-la yaxınlaşmaqdan, Rusiya ilə starteji əlaqələrə son qoymaqdan danışırlar. Bunlar fonunda Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiyalar təşkil edir. Həmin aksiyalara qatılan etirazçılardan biri, sosioloq Karen Sarkisyan bildirib ki, onlar  hökumətdən Ermənistanın dərhal KTMT-dan çıxarılmasını istəyir: “Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq”.
Rusiyalı politoloq İqor Korotçenko bu xüsusda çox maraqlı məqamlara diqqət edir. O, öncə qeyd edir ki, 44 günlük müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçir: “Ermənistan üçtərəfli bəyanat və ondan sonrakı yüksək səviyyəli razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Vaxt uzatdı, qaçdı, demaqoqluqla məşğul oldu, müxtəlif silahlı təxribatlar törətdi. Moskva İrəvanla Bakının yaxınlaşması üçün əlindən gələni etdi. İrəvan isə növbəti təxribat törətdi: gecə erməni diversantları Azərbaycan ərazisinə daxil olaraq rabitə vasitələrini minalamağa başladılar. Onlar aşkar olundu və döyüş baş verdi. Belə bir vəziyyətdə Azərbaycan tərəfi sərhəd münaqişəsinin yarandığı və sərhədin delimitasiyası aparılmayan zonasında Ermənistan silahlı qüvvələrinin bütün atəş nöqtələrini və erməni hərbi obyektlərini susdurmaq qərarına gəlib. Yəni işğalçı Ermənistan cavabını aldı. Əsl cavab! Belə ki, təxribata cavab alan İrəvan KTMT-yə və Rusiyaya üz tutdu ki, bizim üçün vuruşun! Xeyir ola?! Siz Azərbaycan ərazisində mina basdırmağa qalxmısınız, onlar da sizin dərinizi soyublar. İndi kimsə sizin üçün döyüşməlidir? Pələngin bığını dartmağa qərar verirsənsə, fəsadları ilə də üzləşməyi gözə almalısan. Bu artıq olur sənin problemin. Buna baxmayaraq, Rusiya siyasi və diplomatik üsullarla münaqişəni çox tez dayandırdı. Nəticədə isə İrəvandan minnətdarlıq əvəzinə, "Bu, Rusiyanın yox, ABŞ-ın xidmətidir" sözünü eşitdik. Sonra da ortaya Pelosi çıxdı... Budur məsələ, erməni həmkarlar... İndi ABŞ-a üstünlük verirsiniz? Buna tam haqqınız var! Siz yenidən atəş açanda və ya xarici əraziləri minalamaq üçün can atan zaman Rusiyanın da sizi, çox demirəm, beşcə günlük Azərbaycanla təkbətək qoymağa tam haqqı olacaq". Rusiya ilə yanaşı, İranın da Ermənistana qarşı ciddi addımlar atması bu gedişlə qaçılmaz olacaq. Erməni analitik Arqişti Kiviryan bunun səbəblərini belə izah edib: “Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etməkdir. Nensi Pelosi Qafesyan İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. Beyinsizlərə indi sadəcə demək olar ki, o, əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin antiiran cəbhəsinə cəlb olunmasıdır. Vilsonun “yetimləri” isə onun onları xilas etməyə gəldiyini düşünürlər. Və bu, Pelosinin günahı deyil. Əgər bu insanlar Vilsonun tullantı kağızına kütləvi şəkildə inanıblarsa, bu xalqı hər şeyə inandırmaq olar. Bura bir dəfə Boltonun İrəvana səfəri zamanı dediklərini də əlavə edin”. Analitik qeyd edib ki, İran öz ordusunu Ermənistan sərhəddinə gətirdi, amma bu siyasi axmaqlar Nensi Pelosinin ayaqlarından asıldı: “Onlar Pelosiyə "Ay, bizim misilsiz xilaskarımız!" deyirlər. Qulaq asın, bu regionda yalnız gücə və güc təhdidinə hörmətlə yanaşılır və Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə tarixən və faktiki təhlükə yaradan cəmi iki dövlət var: onlardan biri Rusiya, ikincisi isə İrandır. İlham Əliyev heç kəsin sözünə əhəmiyyət vermir, xüsusən də enerji baxımından ondan asılı olanların... İndi isə Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi? Nə edəcəklər və niyə? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüblənəcəksiniz. İndi ermənilər onun ən qatı düşməni olan ABŞ-a ümid bağlayıblarsa, o, necə fəal ola bilər?". əslində, İran da son dövrlərdə anti-Azərbaycan mövqeyində durmaqdansa, Ermənistanın addımlarına diqqət etsə, özü üçün daha yaxşı olar.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ