Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. bununla bağlı Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Twitter”də yazıb.
Səfir bildirib ki, Fransa hökuməti diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı Azərbaycan tərəfinin xahişinə məhəl qoymayıb.
Bundan istifadə edən erməni vandalları isə əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.
“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, - səfir Rəhman Mustafayev sosial şəbəkə hesabında yazıb.
Tahir TAĞIYEV