Cümə günü, 18 sentyabr 2026
     

Səmərqənddə Prezident İlham Əliyevin Vladimir Putinlə görüşü olub - FOTO/YENİLƏNDİ

Image


Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizi bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatım Sammitində görməyə çox şadam.

Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.

İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir.

Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır.

Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Sağ olun, Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam.

Bundan əvvəlki görüşümüzdən üç aydan az vaxt keçib. Lakin bu müddətdə də biz daim əlaqədə olmuşuq, telefonla danışmışıq, həmçinin ikitərəfli münasibətlərin çox müsbət dinamikasını görürük.

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb və Sizin qeyd etdiyiniz kimi, bütövlükdə görürük ki, əmtəə dövriyyəsində və nəqliyyat sahəsində yükdaşımaların həcmi artır. Bundan əlavə, indi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik. Belə ki, nəticələr göz qabağındadır. Əminəm ki, biz bu ili bütün istiqamətlər üzrə yaxşı nəticələrlə başa vuracağıq.

Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü bildirmək istərdim. Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.

Prezident Vladimir Putin: Çox sağ olun.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş Arsaxla bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

17.09.2026 / 14:41
Prezident və Birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 14:26
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - FOTO

17.09.2026 / 14:09
102-ci baza “boyun əti“ kimi dəri üstündə qalıb – nə Rusiya gedir, nə də Paşinyan tələb qoyur...

17.09.2026 / 14:07
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 13:46
Prezident: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

17.09.2026 / 13:45
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" - Prezident

17.09.2026 / 13:38
Bakıda TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib

17.09.2026 / 13:36
"Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır" - Prezident

17.09.2026 / 13:34
Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

17.09.2026 / 13:31
"Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir" - Prezident

17.09.2026 / 13:25
Prezident: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

17.09.2026 / 13:21
Səudiyyə hüsilərlə savaşda problemlə qarşılaşdı – ölkənin HHM raketləri tükənir…

17.09.2026 / 13:20
"Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir" - Prezident

17.09.2026 / 13:16
Prezident İlham Əliyev: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

17.09.2026 / 13:11
"TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" - Prezident

17.09.2026 / 13:03
İngiltərədə bir kənd ölkədən ayrılmaq qərarı verdi…

17.09.2026 / 12:57
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər - FOTO

17.09.2026 / 12:54
SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu

17.09.2026 / 12:48
Putinin "Rusiya Qəhrəmanı" titulu verdiyi general Ukraynada öldürüldü…

17.09.2026 / 12:31
Avropada Ukraynaya sursat tədarük edən müdafiə zavodu bir həftədə ikinci dəfə yan(dırıl)dı…

17.09.2026 / 12:19
Qarabağda Alban irsi: Epiqrafik saxtalaşdırmalar və tarixi həqiqətlərin bərpası

17.09.2026 / 12:08
Xüsusi karantin rejiminin müddəti uzadıldı

17.09.2026 / 12:03
Tramp Ukrayna münaqişəsinin tezliklə başa çatacağını deyir - liderlər bir-birindən nifrət edirlər…

17.09.2026 / 11:50
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlandı

17.09.2026 / 11:38
Prezident İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - FOTO/YENİLƏNDİ

17.09.2026 / 11:24
Nazir tarixi-dini abidələrin qorunması ilə bağlı çağırış etdi

17.09.2026 / 11:15
Azərbaycan əhalisinin sayı açıqlandı

17.09.2026 / 11:09
"Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı" - Prezident

17.09.2026 / 11:07
Ukrayna Rostovda aviabazanı, Yaroslavlda isə neft emalı zavodunu vurdu… - VİDEO

17.09.2026 / 10:51
Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir

17.09.2026 / 10:51
Fındığın ixrac qiyməti 17 dollardan bahadır – fermerlərimiz 3 manata sata bilmirlər...

17.09.2026 / 10:47
Ukrayna Rusiyanın neft sənayesini çökdürür – son iki ayda 10-dan çox zavod işini dayandırıb...

17.09.2026 / 10:40
Prezident TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət etdi

17.09.2026 / 10:30
Rusiya Ukraynaya hücumları artırır - Polşa sərhədə qoşun yeritdi…

17.09.2026 / 09:38
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

17.09.2026 / 09:27
Ağdamda minalanmış ərazidə yanğın başlayıb

17.09.2026 / 09:11
2027-ci ilin büdcə xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlandı

17.09.2026 / 07:16
Nümayəndələr Palatası mərhum senatorun “cəhənnəm sanksiyaları”nı qəbul etdi - Putin boyun əyəcək?..

17.09.2026 / 07:02
Trampdan Avropa İttifaqına təhdid dolu mesaj - “Kanada ilə tərəfdaşlıq davam edərsə…”

17.09.2026 / 06:17
Hacıyevin Qandzasar ziyarəti Ermənistan parlamentində emosiyaları coşdurdu

16.09.2026 / 23:15
ABŞ və Avropada sui-qəsdlər və terror aktları planlaşdıran Rusiya agentləri ifşa edildi – ŞOK DETALLR…

16.09.2026 / 22:47
Trampın oğlunun toy xərclərini Putinin dostu, rus oliqarx ödədi – ABŞ qarışdı… Demokratlar hərəkətə keçdi...

16.09.2026 / 22:23
Trampın Zelenskiyə məsləhətinin arxasında 2 niyyət var - Putinə dəstək və...

16.09.2026 / 22:06
Ermənilər də Şərqi Zəngəzur terminini qəbul etmir, Altay Göyüşov da...

16.09.2026 / 21:48
Səudiyyə Ərəbistanının neft bazarı tam iflasda...

16.09.2026 / 21:33
Qafqaz, türk və islam dünyaları Azərbaycanın sayəsində birləşir...

16.09.2026 / 21:17
Həmin Avropadır ki, müharibədən 4 ay sonra Azərbaycanı cəzalandırmaq istəyirdi...

16.09.2026 / 21:01
Rusiya ilə sanksiyalardan gizli iş görən ölkələr də cəzalanacaq - Konqres qəbul etdi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ