Rusiya məmurundan ermənilərə ismarıc - Azərbaycan açardır, ağlınızı başınıza yığın...

Rövşən Rəsulov: “Artıq Rusiyanın nüfuzlu siyasi xadimləri, eləcə də məmurları, dövlət adamları Ermənistana tərəf barmaq silkələməyə başlayıblar”

img

“Biz Azərbaycanla münasibətləri sizə görə pozmayacağıq”. Bunu Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin deyib.

O, ermənilərə xəbərdarlıq edib: “Azərbaycan öz təhlükəsizliyini qorumağa başlayanda, ermənilər hər oyundan çıxırlar. Özləri birinci başlayırlar, sonra ondan-bundan yardım istəyirlər.
Azərbaycan Cənubi Qafqazın açar dövlətidir və bu düzgündür. Biz Azərbaycanla münasibətləri sizə görə pozmayacağıq.
Ağlınızı başınıza yığın və yola gəlin. Nə qərb, nə də başqası sizə kömək edən deyil!”, – deyə Oreşkin bildirib.

  • “Rusiyanın Ermənistana qarşı sərt tonda danışmasından təəccüblənmək olmaz”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, rusiyalı məmur M. Oreşkinin ermənilərə xəbərdarlığının səbəbləri var. “44 günlük müharibəsinə qədər Rusiya ilə Ermənistan arasında olan münasibətlər artıq həmin tandemi əks etdirmir. Hazırda Rusiya ilə Ermənistan arasındakı münasibətlərin hansı dərəcədə görünməsi artıq faktlarla qarşıya çıxır. Daha dəqiq desək, bu gün Ermənistanda anti-Rusiya meyillərinin artması, eyni zamanda Paşinyanın regionda Qərbin “uşağı” kimi fəaliyyəti, həmçinin Rusiyanın Ukraynadakı bəlli uğursuzluqları rəsmi Kremilin yeni addımlar atmaq və yeni planlar üzrə işləmək planlarını ortaya qoyur. Yeni planlar və yeni tələblər nədir? Artıq Rusiyanın Qərbin sanksiyaları qarşında acizliyi günü-gündən daha çox görünməyə başlayır. Rusiyanın dünyaya, Hind okeanına yeganə çıxış yolu Qərbi Zəngəzur istiqmətindəndir, yəni Zəngəzur dəhlizindəndir. Ermənistanın israrla Zəngəzur dəhlizini açmaması ilə bağlı bəyanatlar verməsi, Nikol Paşinyanın bu və ya digər görüşlərdə bir fikir deyib Ermənistana döndükdən sonra isə dediklərini inkar etməsi təbii ki, Rusiyanı da qıcıqlandırır. Hazırda Rusiya üçün iqtisadi yol, iqtisadi cığır lazımdır. Bu cığır isə məhz Zəngəzur dəhlizindən keçir. Bu gün Rusiyanın Azərbaycanla və Türkiyə ilə münasibətinin aktual şəkildə istiləşməsi də onu göstərir ki, bu ölkənin başqa əlacı qalmayıb. Onun Azərbaycanla və Türkiyə ilə strateji, iqtisadi əməkdaşlıq fonundakı iş birliyi bir nömrəli tələbə çevirilib. Bu baxımdan, artıq Rusiyanın nüfuzlu siyasi xadimləri, eləcə də məmurları, dövlət adamları Ermənistana tərəf barmaq silkələməyə başlayıblar”.

R.Rəsulovun sözlərinə görə, sentyabrın 12-də müəyyən olunmamış sərhədlərdəki toqquşmalar da belə göstərir ki, artıq Rusiya regionda Azərbaycanın gücünü qəbul edir və Azərbaycanla hesablaşmaq qərarını verib: “Daha dəqiq desək, Azərbaycanın haqlı, ədalətli tələblərinin yerinə yetirilməsini Rusiya da istəyir.  Bu Rusiyanın da marağındadır. Bu baxımdan, Rusiyanın yaxın günlərdə, xüsusən də Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatları görüşündən sonra Ermənistana qarşı daja da sərt mövqe göstərəcəyini görəcəyik. Bu da əbəs deyil. Bu yaxınlarda Nensi Pelosinin Ermənistana səfəri gözlənilir. Amerikalı diplomatın, Ağ ev rəsmisinin Ermənistana səfərinin məqsədi odur ki, Cənubi Qafqazda olan əlindəki son rıçaqını itirməsin. Bu gün əslində Ermənistan ABŞ demokratlarına daha çox lazımdır. Bu baxımdan, Amerika rəsmisinin Ermənistana səfərinin planlaşdırılması Ermənistanın Rusiyaya, Azərbaycana və Türkiyəyə qarşı qısqırdılamsı məqsədini daşıyır. Kobud desək, Ermənistan ABŞ-ın zəncirlənmiş itidir o istədiyi vaxt həmin iti bizə tərəf qısqırdır, hürdürür və sair. Bu baxımdan, Rusiyanın Ermənistana qarşı sərt tonda danışmasından təəccüblənmək olmaz. Reallıq da bunu göstərir və sübut edir”.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər