Cümə axşamı günü, 12 noyabr 2026
     

İtalyan parlamentinin üzvləri Azərbaycanla həmrəylik nümayiş etdirdilər

Image


Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatlar Azərbaycan-Ermənistan dövlət sərhədindəki sonuncu hərbi təxribatları pisləyən, verilmiş qurbanlara görə Azərbaycan xalqının ağrısını bölüşən, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyətini dəstəkləyən, həmçinin iki ölkə arasında qarşılıqlı olaraq ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında sülh müqaviləsinin imzalanmasına çağıran açıqlamalar veriblər. Parlamentarların açıqlamaları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də onların rəsmi sosial şəbəkə hesablarında dərc olunub.

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “Leqa” partiyasının təmsilçisi, senator Stefano Luçidi “Azərbaycan və Ermənistan arasında mümkün qədər tez sülh müqaviləsi” başlıqlı açıqlamasında Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin Ermənistan tərəfindən törədildiyinə diqqət çəkərək bildirib: “Azərbaycanın Qarabağ bölgəsindən uzaqda Ermənistanla Azərbaycan sərhədində baş verən son toqquşmalara aydınlıq gətirməliyik. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əhəmiyyətinin bariz sübutu olaraq bu yaxınlarda Azərbaycan Prezidenti ölkəmizdə səfərdə olmuşdur. Azərbaycan əlbəttə ki, Ermənistanla münasibətlərin gərginləşməsində maraqlı deyil”.

Senator açıqlamasında bütün tərəfləri məsuliyyətli olmağa və Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyanat ilə götürülmüş öhdəliklərə hörmət etməyə çağırıb, eləcə də bu mürəkkəb şəraitdə bütün beynəlxalq ictimaiyyətin yeganə məqsədinin bu iki ölkəyə regionda davamlı sülhün təmin olunması üçün bir yol tapmaqda kömək etmək olduğunu qeyd edib. İki ölkə arasında sərhəd məsələlərinin həllinin və sülh müqaviləsinin tezliklə imzalanmasının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin əhəmiyyətli olduğunu vurğulayan Senator Luçidi deyib: “Bu məqsədlə, ilk növbədə, mümkün qədər tez bir zamanda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyətini, həmçinin Ermənistan və Azərbaycan arasında zəruri sülh danışıqlarını və sülh sazişinin imzalanmasını dəstəkləmək lazımdır”.

İtaliya Senatının üzvü, “5 Ulduz Hərəkatı” partiyasının təmsilçisi Canluka Ferrara “Azərbaycan xalqı ilə həmrəylik” başlığı ilə verdiyi açıqlamada bildirib: “Mən Azərbaycan xalqına son bir neçə gün ərzində verdiyi qurbanlara görə həmrəyliyimi bildirirəm. Azərbaycan xalqı uzun illər müharibədən, işğaldan, haqsızlıqlardan əziyyət çəkib. Nəhayət, bütün regionun sabitlik və sülhə qovuşacağı vaxt gəlib çatıb. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycana tarixin ağrılı səhifəsini çevirməyə və ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan sülh sazişinin imzalanmasına kömək etməlidir. Bu məsələdə yersiz ideoloji yanaşma deyil, beynəlxalq hüquq üstünlük təşkil etməlidir.

İtaliya Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının həmsədri, deputat Ettore Rosato mətbuata açıqlamasında 2020-ci ildə Üçtərəfli Bəyanatın imzalanması ilə ikinci Qarabağ müharibəsinə son qoyulduğuna diqqət çəkərək  iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası üzrə Komissiyanın fəaliyyətinə dəstək verməyə çağırıb, habelə bu xüsusda, Avropa İttifaqının rolunun əhəmiyyətli olduğunu vurğulayıb: “Ermənistan və Azərbaycan sərhədində silahlı toqquşmaların yenidən başlanması xəbərləri çox narahatedicidir. Bu, ikinci Qarabağ müharibəsinə son qoyan 2020-ci ilin Üçtərəfli Bəyanatı ilə əldə edilmiş razılaşmaların açıq şəkildə pozulmasıdır. İki ölkə arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı qəti həll yolu tapmaq üçün məsul komissiyanın fəaliyyətini davam etdirməsinə imkan yaratmaq və Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün tezliklə danışıqlar masasına qayıtmaq lazımdır. Beynəlxalq gərginliyin onsuz da yüksək olduğu bir vaxtda biz yeni müharibə cəbhəsinin açılmasına yol verə bilmərik və bu səbəbdən Avropa İttifaqının bölgədə sabitlik və təhlükəsizliyi təmin etmək üçün həyata keçirdiyi vasitəçilik işi çox əhəmiyyətlidir”.

İtaliya Senatının üzvü, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, “İrəli İtaliya” partiyasının təmsilçisi, senator Maria Rizzotti “Ermənistan və Azərbaycan arasında davamlı sülh üçün çalışılmalıdır” başlıqlı açıqlamasında Ermənistan və Azərbaycan arasında münaqişənin bitdiyini nəzərə alaraq, onun yenidən başlamasına imkan verilməməli olduğunu vurğulayıb: “Bu gün Ermənistan və Azərbaycan sərhədindən gələn xəbərlər çox narahatedicidir, dünya artıq digər cəbhələrdə baş verənlərdən çox narahatdır və biz yeni müharibə ocaqlarının açılmasına və ya yenidən açılmasına imkan verə bilmərik. Biz mümkün olan hər şeyi etməliyik.”

Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanatın öhdəliklərinin yerinə yetirilməsini və iki ölkə arasında sülh danışıqlarını  dəstəkləməyə çağıran Senator Rizzotti sözlərinə belə davam edib: “Davamlı sülhün bərqərar olması və Ermənistan və Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması üçün iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasına cavabdeh olan Komissiyanın fəaliyyətinə və sülh danışıqlarına dəstək göstərməliyik. Bəşəriyyətin qardaşlıq və sülhün qoruyucu qanadları altında yenidən çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməməliyik”.

İtaliya Senatının “5 Ulduz Hərəkatı” partiyasından olan üzvü Canluka Kastaldi “Ermənistan və Azərbaycan arasında iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması” başlıqlı açıqlamasında Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən münaqişəyə 2020-ci ildə son qoyulduğunu bildirərək yenidən münaqişənin başlamasına imkan verilməməli olduğunu və iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacib olduğunu qeyd edib: “2020-ci ilin Üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən münaqişəyə son qoysa da, son bir neçə saat ərzində biz hərbi əməliyyatların yenidən başlanmasının şahidi olduq ki, bu da böyük narahatlıq doğurur. Yeni cəbhələrin açılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Tərəflərin qeyd olunan Üçtərəfli Bəyanat ilə götürdükləri öhdəliklərə hörmət etmələri, son nəticədə iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası işlərinə məsul Komissiyaya işlərini yekunlaşdırmasına, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün danışıqlar masasına qayıtmaları vacibdir.”

İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi vacibdir” başlıqlı açıqlamasında sonuncu hərbi təxribatları pisləyərək Üçtərəfli Bəyanata riayət edilməsinin vacibliyinə diqqət çəkib: “Çoxsaylı münaqişələrdən əziyyət çəkdiyimiz bu anda yeni gərginliklərin yaranmaması üçün əlimizdən gələni etmək lazımdır. Xüsusilə, Azərbaycan və Ermənistanla bağlı da beynəlxalq ictimaiyyət tərəflərə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyanat ilə üzərlərinə götürdüyü öhdəliklərə hörmət edilməsinin vacib olduğunu xatırlatmalıdır.”

Senator, habelə əlavə edib: “Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsi üçün delimitasiya və demarkasiyaya cavabdeh olan Komissiyanın fəaliyyətinə dəstəyimizi ifadə edirik. Bu gün Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına və ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında sülh sazişinin imzalanmasına hər zamankından daha çox dəstək vermək lazımdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ