Cümə axşamı günü, 12 noyabr 2026
     

Yunus Oğuz: "Bu faktı bütün dünyaya göstərmək lazımdır ki, mənim sərhəd qoşunlarımın əsgərləri niyə şəhid olub?" - MÜSAHİBƏ

Image


Məlum olduğu kimi sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə növbəti təxribat törətdi. Azərbaycan Ordusu böyük qətiyyət nümayiş etdirərək hücumların qarşısını aldı.

Nəticədə Azərbaycan tərəfi də ciddi itkilər verdi. Erməni təxribatı, onun səbəb və nəticələri ilə bağlı suallarımızı yazıçı-publisist, Milli Vəhdət Partiyasının sədri, Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz cavablandırıb.

-Yunus bəy, Ermənistanın ölkəmizə qarşı törətdiyi son təxribatın kökündə hansı amillər durur?

-Cənubi Qafqazı nüfuz dairəsinə bölmək istəyən  dairələr var. Ortada Rusiya, Avropa və Amerika var. Avropa Birliyi  Amerikanın əli ilə 31 avqustda üçtərəfli görüş təşkil etmişdi. Təbii ki, regonda baş verən hadisələrlə bağlı müəyyən qüvvələr çalışır ki, münaqişə tərəfləri arasında heç bir sülh müqaviləsi imzalanmasın. Məqsəd odur ki, ortada gərginlik olsun, təbii ki, gərginlik olanda ziyan təkcə Azərbaycana dəymir. Cənubi Qafqazda silah satışı gedir, Ermənistanın son təxribatı zamanı açıq-aşkar göründü ki, iki il ərzində nə qədər silah-sursat əldə etmişdilər. Buna baxmayaraq, Azərbaycan Ordusu tərəfindən hardasa 8 yüksəklik, 40 post məhv edildi. Nəticə isə ondan ibarətdir ki, Ermənistan tərəfi faktiki olaraq yenidən silahlanmaya gedir və revanş götürmək istəyir. Lakin Avropa da, Amerika da nəzərdən qaçırırlar ki, artıq müharibə Azərbaycanın içində yox, kənarda gedir. Azərbaycanın da özünün ərazi bütövlüyü və sərhəd təhlükəsizliyini qorumaq üçün cüveren hüququ var. Mən bir partiya sədri, bir yazıçı-publisist kimi Azərbaycanın bu mövqeyini dəstəkləyirəm.

- Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Sərhəd Qoşunu əsgərlərinə hücumunu necə xarakterizə edərdiniz?

 

-Ermənistanın ölkəmizin sərhədində törətdiyi təxribat  zamanı Azərbaycanın Sərhəd Qoşunundan 8, digər silahlı qoşunlardan isə 42 əsgər şəhid oldu. Məlum olduğu kimi sərhəd qoşunları heç vaxt ərazidən kənara çıxaraq postu tərk eləməz. Aparılan analizlər deməyə əsas verir ki, Ermənistan tərəfindən diversiya xarakterli təxribat törədilərək sərhəd qoşunlarımızın əsgərlərinə hücum edilib. Yalnız bunun nəticəsində Azərbaycan tərəfi özünümüdafiə hüququndan istifadə edib. Fakt ondan ibarətdir ki, dünyanın heç bir dövlətində sərhəd qoşunları hücuma keçmir, ona həvalə edilmiş sərhəd zolağını qoruyur. Hücum üçün Müdafiə Nazirliyinin xüsusi təyinatlı əsgərləri və digər qoşun birləşmələri var. Sərhəd qoşunlarının vəzifəsi isə ona tapşırılan postu qorumaqdan ibarətdir. Bu faktı bütün dünyaya göstərmək lazımdır ki, mənim sərhəd qoşunlarımın əsgərləri niyə şəhid olub? Bəlkə, Azərbaycanın Sərhəd Qoşunlarının əsgərləri Ermənistan ərazisinə daxil olub?  Bu, o deməkdir ki, sərhəd təxribatı ermənilər tərəfindən törədlilib.

Paşinyanın Vladivostokda dediyi sözlərdən belə məlum olurdu ki, guya onlar Azərbaycanla istədikləri müqaviləni bağlaya bilərlər. Azərbaycan beynəlxalq hüquq normalarına söykənən beş bənddən ibarət müqavilə şərtlərini ortaya qoyub və ona uyğun da sülh müqaviləsini bağlamaq niyyətindədir. Ermənistanın siyasi rəhbərliyi Brüsseldə deyir ki, sülh müqaviləsini imzalamağa hazırdır, ancaq Vladivostokda başqa bir şey danışır. İrəvanda isə dəhlizin açılması məsələsinə razı olmadığını deyir. Bütün bu mərkəzdənqaçma meyillərinə baxmayaraq Paşinyan üçtərəfli bəyənata imza atıb və bunu ona heç kim bağışlamayacaq. Nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlıları təyin olunmuş ərazidə infrastrukturu qoruyur, buradan isə beynəlxalq dəhliz açılır. Sən imzanın altından qaçırsan, Azərbaycanla Rusiya qaçmayacaq ki. Putinə bu gün həmin dəhliz hava, su kimi lazımdır. Bu gün Rusiyanın əli-ayağı bağlanıb, Avropaya çıxa bilmir. Təbii ki, beynəlxalq  aləmdə Azərbaycanın güclənməsi Türkiyə, Pakistan və İsraildən başqa heç kimə sərf etmir. Odur ki, regionda marağı olan qüvvələr düşünürlər ki, Azərbaycanı zəiflətmək lazımdır. Onlar düşünürlər ki, Türkiyəni də zəiflətsinlər. Lakin Türkiyə günü-gündən güclənir. Bu ölkə artıq camaata ev verir, maaşları artırır. Əslində beynəlxalq geosiyasət dəyişib. Beynəlxalq geosiyasət dəyişəndə də belə təlatümlər olacaq. Məlum olduğu kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edib.

-Ermənistanın son təxribatı ilə bağlı ölkə daxilində də fərqli münasibətlərə rast gəlinir.

-Bizim müxalifətdən olan bəzi nümayəndələr deyir ki, 50 əsgərin orada nə işi var idi. Biri demir ki, erməni silahlı birləşmələrinin bizim sərhəd qoşunlarının əsgərlərində nə işi var idi? Niyə erməni diversant qrupu sərhəd qoşunlarımızın 8 əsgərini şəhid etdi? Əslində bu fakt Ermənistanın təxribat törətdiyini sübut edir. Bunu ermənilər özləri dünyadan pul yığmaq üçün göstərirlər. Paşinyan indi dünyadan pul yığmaqla məşğuldur, dünya erməni kilsəsinə, digər beynəlxalq təşkilatlara üz tutub. Sözsüz ki, həmin pullarla silah da alırlar. Amma əsas silahı heç kim ona satmır. İndi guya Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyaya başlanıb. Əslində isə ora 1500-2000 adam çıxıb. Onlar da erməni təxribatı zamanı həlak olan əsgərlərin qohum-əqrabalarıdır. Məsələ orasındadır ki, müxalifətdən də ortalıqda heç kim görünmür. Köçəryan, Sərkisyan haradadır? Xatırlayaq ki, Ter-Petrosyanın vaxtında da evni ssenari qurulmuşdu, nəticədə parlamentdə gülləbaran törədərək Dəmirçiyanı güllələdilər. Əslində nəinki bu şəxslər, Ermənistan dövlətinin özü terror təşkilatıdır. Ermənilər müqaviləyə imza atmaqdan qaçmaq üçün hər şeyə əl ata bilərlər. Ola bilsin ki, çevriliş eləsinlər. Paşinyanın xaricdəki havadarları onu məcbur etsinlər ki, hakimiyyətdən get ki, sülh müqaviləsinin vaxtı uzadılsın. Hələ Səmərqənddə keçirilən toplantıda nələrin danışılacağı bilinmir. Asiyanın aparıcı dövlətlərinin liderlərinin hamısı oradadır. Ola bilsin ki, orada hansısa ciddi qərarlar qəbul olunsun. Paşinyan ona görə tədbirdə iştirak etməkdən imtina etdi ki, yaxşı bilirdi ki, ora getsə onu sıxışdıraraq divarın dibinə qoyacaqlar. Çünki, KTMT-nin iclasında Qazaxıstan, Tacikistan və Özbəkistan Paşinyanı sıxıblar ki, niyə təxribat eləmisən.

-Tez-tez Azərbaycanın bufer zona yaratması fikri səslənir. Sizin məsələyə münasibətiniz necədir?

-Bu gün Azərbaycan bufer zonası yaratmalıdır. Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb 8 yüksəklik, 40 postda dayanmalıdır. Lazım gəlsə bir az da irəli getməlidir. Necə olur, sən Kəlbəcərdə mənim ariçılıq təsərrüfatıma, heyvan otaran mülki vətəndaşa atəş açırsan. Bir tərəfdən sülh müqaviləsi istəyirsən, o biri tərəfdən mülki vətəndaşa güllə atırsan. Özün də gedib şəhərin ortasında topları qurursan ki, cavab atəşi olanda deyim ki, Azərbaycan tərəfi dinc əhaliyə atəş açır. Necə ki, 44 günlük Vətən müharibəsində təxribat eləmişdilər, indi də eyni ssenarini təkrar işə salıblar. Nəzərə almaq lazımdır ki, bizdə nöqtə atəşıdır, heç bir mülki şəxsə atəş açılmır. Sadəcə olaraq regionda nüfuz sahibi olmaq istəyən bəzi dövlətlər, beynəlxaq təşkilatlar var ki, bu məsələni Ermənistandan maşa kimi istifadə edib qarışdırırlar. Buna baxmayaraq biz yenə də sülh tərəfdarıyıq.

-Göründüyü kimi regionda maraqlı dairələrin sayı kifayət qədər çoxdur. Necə düşünürsünüz, belə bir şəraitdə sülh müqaviləsi baş tutacaqmı?

-Cənab Prezidentin bir sözü var, istəsələr də istəməsələr də Ermənistan bu sülh müqaviləsinə imza atacaq, Zəngəzur dəhlizi açılacaq. Artıq bunun ilkin görüntüləri var. Əslində Ermənistan bu dəhlizi açmağa məhkumdur, onun başqa çarəsi yoxdur. Düzdür, regionda sülhü istəməyən qüvvələr çoxdur, amma bədbəxt erməni yıxılan divarın aitında qalır. Buna baxmayaraq düzəlmirlər ki, düzəlmirlər. Çünki beyinləri xarab olub. Millət kimi yoxdular, əslində Ermənistandakı revanşist qüvvələr bir mafiyadır, terrorçulardır. Dövləti də mafiya idarə edir, harda gəldi terror törədirlər. Hazırda Bakının azad olunmasının 104-cü ili, Ənvər Paşanın Bakıya daxil olmasının 104-cü ildönümüdür. Bu gün Azərbaycan Ordusu öz gücünü yenə də göstərdi, yenə də öz sözünü dedi ki, Ənvər Paşanın qarşısında borclu qalmadıq ki, döyüşməyi bacarırıq. Bir dəfə prezident demişdi ki, kişisənsə gəl təkbətək döyüşək. Ermənilər həmişə onun-bunun dalında gizlənərək döyüşürlər. Hücum edib, qacıb divarın dalında gizlənirlər. Buna baxmayaraq, Azərbaycan Ordusu bu dəfə də ermənilərin layiqli cavabını verdi.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ