Cümə axşamı günü, 12 noyabr 2026
     

İlham İsmayılov: "Nuru Paşa Türkiyə və Azərbaycanın tarixi dostluq və qardaşlığının simvollarından biridir" - MÜSAHİBƏ

Image


Sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycana gəlişi və Bakının qurtuluşundan artıq 104 il keçir. Uzun illərdir ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bu günü bayram olaraq qeyd edir, silsilə tədbirlər keçirir. Əslində, Osmanlı dövlətinin ən ağır dönəmində Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını Allahın xalqımıza bir lütfü kimi də qiymətləndirmək olar.

Mövzu ilə bağlı ATXƏM-in sədri İlham İsmayılovla görüşüb, söhbət etdik.

- İlham müəllim, Qafqaz İslam Ordusunun Bakını erməni-boşevik işğalından qurtarmasından və Bakının ilk dəfə paytaxt olaraq tarixə keçməsindən 104 il ötür.  Bu günün əhəmiyyətini necə izah edərdiniz?

- Ötən əsrin əvvəllərində çar Rusiyasının dağıldığı, Rusiyanı və bütün regionu inqilab alovlarının bürüdüyü bir vaxtda cərəyan edən tarixi-siyasi hadisələr, Birinci Dünya müharibəsinin başlanması Türkiyə və Azərbaycanda yaşayan müsəlman-türk xalqlarını növbəti ağır sınağa məruz qoydu. Tarixin bütün dövrlərində olduğu kimi, həmin mərhələdə də ölüm-dirim mübarizəsi ilə üzləşən xalqlarımız qəddar və amansız düşmənlə mübarizədə bir-birinə dəstək verərək ayağa qalxdılar.

Eyni hadisələr 1918-ci ilin mart-sentyabr aylarında yenidən təkrarlandı. Bakıda hakimiyyəti ələ keçirmiş erməni-bolşevik daşnakları çar Rusiyasının ordusundan qalan silah-sursatı ələ keçirərək, Bakıda və Azərbaycanın digər bölgələrində misli görünməmiş vəhşiliklər – soyqırımlar, qətliamlar törədərək 50 mindən çox dinc azərbaycanlını qətlə yetirdilər.

Türkiyə özü Birinci Dünya müharibəsində böyük dünya gücləri ilə üz-üzə olsa da, belə bir çətin vaxtda Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı general Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Azərbaycan xalqının köməyinə gəldi. Gəncə ətrafında, Göyçayda, Şamaxıda, Salyanda, Qubada, Lənkəranda və digər ərazilərdə gedən qanlı döyüşlərdə Qafqaz İslam Ordusunun 7500 nəfərlik əsgərin və yerli könüllülərdən ibarət dəstələrin qəhramancasına döyüşməsi sayəsində erməni-daşnak bolşeviki Stepan Şaumyanın Azərbaycanı və Bakını tam ələ keçirib burada “dənizdən-dənizə böyük Ermənistan” dövləti yaratmaq ideyası həyata keçmədi. 1918-ci il sentyabr ayının 14-15-də Bakı ətrafında gedən döyüşlərdə cəsur və qəhraman sərkərdə olan Nuru Paşa Bakını erməni-daşnak və sentrokaspi diktaturasının təpədən-dırnağa qədər silahlanmış quldur dəstələrindən azad etdi. Məhz bu qələbədən sonra Azərbaycan hökuməti Bakıya köçdü və Azərbaycan Demokratik Respublikası dünya dövlətləri tərəfindən tanındı. Beləliklə də,  Bakı Azərbaycanın paytaxtı kimi əbədiyaşarlıq qazandı.Hesab edirəm ki, bu günü biz həm də paytaxt günü olaraq qeyd etməliyik.

- ATXƏM neçə illərdir ki, elə bu günü böyük təmtəraqla, bayram havasında qeyd edir...

- Əslində bu il də Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsinin 104-cü ilini böyük bir tədbirlə qeyd olunacaqdı. Təəssüflər olsun ki, sentyabırın 12-də Ermənistan ordusunun cəbhədə Azərbaycan ordusuna təcavüzü nəticəsində 50 şəhidimiz oldu. Bunu nəzərə alaraq, tədbirlərimizi təxirə saldıq. Fikir verirsinizsə, biz 104 il sonra da eyni hadisələrlə qarşı-qarşıyayıq, ermənilərin Azərbaycan xalqına qarşı soyqırım siyasəti davam edir, torpaqlarımıza qarşı məkrli erməni planları hələ də davam etməkdədir. Bu o deməkdir ki, Qafqaz İslam Ordusunun missiyası bu gün də davam edir. Məhz bu gün yenə də biz erməni işğalının durdurulmasında, ermənilərin təkrar soyqırım törətmələrinin qarşısının alınmasında yenə də Qafqaz İslam Ordusunun xələfləri olan qardaş Türkiyə Ordusunu görürük, onların təmənnasız dəstəyini hiss edirik.   

Bilirsiniz, bir neçə il əvvələdək Nuru Paşanın fəaliyyəti ilə bağlı cəmiyyətdə çox az məlumatlar var idi. Neçə illərdir ki, Azərbaycan və Türkiyə cəmiyyətinin aktiv təbəqəsi olaraq apardığımız fəaliyyətlər nəticəsində hər iki ölkədə Qafqaz İslam Ordusunun komutanı Nuru Paşa haqqında tam dolğun məlumatlar formalaşıb. Artıq bu əfsanə qəhramanı hər kəs tanıyır və onun adının əbədiləşdirilməsini istəyirlər. Biz tariximizə nəzər salanda görürük ki, erməni-daşnak birləşmələrindən xalqımızın xilas olunmasında Nuru Paşanın əvəzsiz xidmətləri olub. Biz erməni vandalizmindən xilas olduğumuza görə həm də onlara borcluyuq və onun adının əbədiləşdirilməsi gələcək nəsillərə örnək olmaq üçün əsl nümunə olardı.

- Səhv etmirəmsə, Siz Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı bir neçə dəfə müraciət də etmisiniz...

- Əlbəttə, biz dəfələrlə bu məsələ ilə bağlı ölkə rəhbərliyinə, müxtəlif icra orqanlarına müraciət etmişik. Əsaslandırmışıq ki, Nuru Paşaya heykəl qoyulması, onun adına küçə və parkların verilməsi bu əfsanə komutana Azərbaycan xalqı olaraq bir vəfa borcumuz olardı. Bu il Astara rayonunda bir küçəyə Nuru Paşanın adı verilib. Bu addımı yükək qiymətləndirirəm. Hesab edirəm ki, Qafqaz İslam Ordusunun Bakıya gəldiyi marşurt üzrə bütün rayonlarımızda bu gözəl təşəbbüs qiymətləndirilməlidir. Yerli icra orqanları da bu məsələdə aktivlik göstərib, təşəbbüs etsələr lazımı nəticəni də əldə edə bilərik.  Ola bilsin ki, əvvəllər Qafqaz İslam Ordusu, Nuru Paşa ilə bağlı məlumatlar az olduğundan, bu olaylar haqqında insanlarda tam dolğun fikirlər formalaşmamışdı. Artıq zaman yetişib, indi hər bir azərbaycanlı Nuru Paşanın necə bir xilaskar olduğunu bilir və onun adının əbədiləşdirilməsini könüldən istəyir. Azərbaycan xalqının ürəyində Qafqaz İslam Or¬dusuna və onun komandanı general Nuru Paşaya böyük sevgi və rəğbət kök salıb. Nuru Paşa Türkiyə və Azərbaycan dövlətlərinin tarixi dostluq və qardaşlığının simvollarından birinə çevrilib. Buna görədir ki, 1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusunun komandanı general Nuru Paşanın adının əbədiləşdirilməsi təkcə bizim deyil, qardaş Türkiyə ictimayyətinin də arzusudur. Hesab edirəm ki, Azərbaycan xalqının bu böyük sərkərdəyə olan minnətdarlıq duyğusuna qarşılıq ola¬raq, Bakı şəhərinin görkəmli yerlərinin birində və onun döyüş yolu keçdiyi digər ərazilərdə Nuru Paşanın abidəsi ucaldılacaq, mərkəzi küçələrdən birinə onun adı veriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ