Cümə axşamı günü, 12 noyabr 2026
     

Paşinyan sülh müqaviləsi imzalamaq istədi? - revanşistlər və radikallar aranı qarışdırdı

Image


Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatına qətiyyətli cavabı gözlənildiyi kimi Ermənistanda ictimai-siyasi vəziyyəti gərginləşdirib. İndiki vəziyyətdən istifadə etməyə çalışan müxalifət Nikol Paşinyan iqtidarını etirazlar aksiyası təşkil etməklə devirməyə çalışır.

Parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirir ki, Ermənistan Paşinyan iqtidarı sayəsində sürətlə məhvə gedir: "Türkiyə və Azərbaycanın maraqlarına xidmət edən Paşinyan Zəngəzur dəhlizinin verilməsi tələbindən başqa, onların bütün tələbləri ilə praktiki olaraq razılaşıb. Amma biz görürük ki, üzük daralır, çünki ordunun bərpası və diplomatiya sahəsində addımların atılması üçün qiymətli vaxt itirilib. Nə qədər ki, Ermənistan məğlubiyyət simvolu kimi təmsil olunacaq, itkilər və təhlükələr durmadan artacaq. Paşinyan öz hakimiyyətini saxlamaq adı ilə Brüssellə Moskva arasında oynayıb, Ermənistanı çətin vəziyyətə salıb, ölkəni geosiyasi qarşıdurmalar teatrına çevirib. Bütün bunlara paralel olaraq Bakının mövqeləri güclənib, çünki heç kim zəif Ermənistanı nəzərə almır. Əksinə, Azərbaycanın tələblərini bizim hesabımız hesabına təmin etməyə cəhdlər edilir". O bildirib ki, Paşinyanın impiçmentini elan etmək üçün deputatlar parlamentə gəlməlidirlər. Əks halda, məcburi şəkildə parlamentə gətiriləcəklər. Paşinyana qarşı impiçment prosesinin başlanması ilə bağlı sənədin altına 35 deputat imza atıb və onlar hamısı müxaliflərdir. Ohanyan bu xüsusda qeyd edib: “Ermənistan və mən həmişə bu barədə danışmaqdan şərəf duyuruq. Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması ilə bağlı sənədə 35 deputat imza atıb. Mən sizə bir zabit sözü verirəm. Prosedura başlamaq üçün müxalifət fraksiyalarından olan deputatların 35 imzası var. Amma bunu başa çatdırmaq üçün “Vətəndaşi müqaviləsi”ndən daha 18 deputatın imzası lazımdır”. O, xalqın Paşinyanı devirmək səlahiyyətinin olduğunu bildirib: “Bizim vəzifəmiz bu uğursuz hakimiyyəti aradan qaldırmaq, beynəlxalq platformada Ermənistanı təmsil edən danışıq aparatını kənarlaşdırmaqdır. Yalnız güclü yumruq Ermənistan və Qarabağı indiki vəziyyətdən çıxara bilər”. Amma müxaliflərdən fərqli olaraq “Vətəndaşi müqaviləsi” partiyasının deputatları Paşinyana istefaya göndərməyə tələsmirlər. “Hayastan” fraksiyasından olan deputat Aram Vardevanyan da bunu etiraf edir: “Həmişə hakimiyyətin xalqa məxsus olduğunu bəyan etmələrinə baxmayaraq, “Vətəndaşi müqaviləsi” fraksiyasının deputatlarından heç biri parlamentdə görünmədi. Xalq tələbini irəli sürdü, amma onlar xalqın tələbini yerinə yetirmədilər. Deputatların xalqın tələbini yerinə yetirməkdən başqa yolu yoxdur. İkinci variant yoxdur. Bu, hər şeyi deyir”. “Şərəf duyuram” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, onlar orada hakim fraksiya nümayəndələrini gözləmək niyyətindədirlər. “Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan bildirib ki, müxalifətdən 35 deputat  sənədi imzalamağa və impiçment prosesinə başlamağa hazırdır, lakin “Vətəndaşi müqaviləsi” fraksiyasının nümayəndələrinin də 18 imzası lazımdır”. O, hakim fraksiya nümayəndələrini Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq elan edilməsi prosesinə qoşulmağa çağırıb və əks təqdirdə onların ev ünvanlarını elan edəcəyini söz verib.

Müxaliflərin fəallaşmasına və aksiyalara səbəb Paşinyanın parlamentdə keçirdiyi brifinqdə dedikləridir. Burada o bildirib: “Mən sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərimə götürdüm. Amma çətin qərarlar Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Biz Ermənistan Respublikasının təhlükəsizliyini, davamlı sabitliyini və sülhünü təmin etmək üçün bu qərarları qəbul etməliyik. Biz bu gün elə sülh müqaviləsi imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistanın başına nə gələcəyi düşündürür”. Bu da etiraz aksiyalarına səbəb olub. Elə bunun ardınca Paşinyan dediklərini təkzib edərək bildirib ki, Emənistan və Azərbaycan arasında imzalanacaq sənəd yoxdur. O, sosial şəbəkə hesabında aksiyalara cavab olaraq qeyd edib: “Əziz həmvətənlər, sizi manipulyasiyaya getməməyə səsləyirəm. Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, ölkənin müqavimətini qırmaq üçün düşmən xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”. Paşinyan daha sonra canlı yayıma çıxaraq, niyə belə dediyini izah edib: “Niyə mən bu haqda danışdım? Bu gün Ermənistana təcavüz edilir. Biz deyirik ki, ərazi bütövlüyü müzakirə olunmur. Bizə deyirlər, “dəhliz”! Biz deyirik, Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Biz ərazi bütövlüyünü hər hansı şəkildə şübhə altına qoyan sənədə imza atmayacağıq. Bu gün sərhəddən əsgərlər zəng edirlər ki, düzdür ki, sənədə imza atılıb, yəni sərhədi qorumayaq? Mənə deyirlər ki, Azərbaycan saytları belə başlıqlarla çıxışımı yayıb. Biz deyirik ki, kompleks həllə hazırıq. Bizim vətənimiz müqəddəsdən də artıqdır, o, müzakirə edilmir”. O bir daha vurğulayıb ki, nə sənəd var, nə layihə: “Əgər müzakirələrin gedişində sənəd hazırlansa, o sənəd bizim arzuladığımız olmasa da, ancaq analizdən sonra hesab etsək ki, o, Ermənistanın uzunmüddətli təhlükəsizliyini və sülhü təmin edir, biz bu istiqamətdə davam edəcəyik. Xalq deyəcək, niyə belə sənəd imzaladınız, amma fakt odur ki, o, Ermənistanın yaxın 100 ildə təhlükəsizliyini və sülhü təmin edəcək. Qərar yalnız bizim xeyrimizə olmamalıdır. 2018-ci ildə də demişdim, qərar hər kəs üçün xeyirli olmalıdır ki, davamlı olsun”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ