Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlara cəhd edib. Azərbaycan Ordusu bu təxribatlara cavab olaraq düşmənin mövqelərinə, qoşunların və silahların cəmləşdiyi ərazilərə zərbələr endirib.
Ordumuzun Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsində yerləşən hərbi obyektlərinə zərbələr endirməsinin görüntüləri yayılıb. Kadrlarda Ermənistana məxsus yerüstü sığınacaqların və mövqelərin məhv edilməsi anı əks olunub. Həmçinin zərbələr nəticəsində Ermənistanın bir qrup hərbçisi zərərsizləşdirilib.