Cümə axşamı günü, 12 noyabr 2026
     

"Ermənistan hərbi avantüralarının, təxribatlarının nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır" - Vüqar Rəhimzadə

Image


“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini, eyni zamanda, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər.

İşğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında, müraciətlərində bu bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Yada salaq ki, bu il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə malik olduğu hərbi gücünü düşmənə yenidən göstərməklə yanaşı, dəmir yumruğun yerində olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusundan aldığı dərsi unutmağa çalışmasına baxmayaraq Silahlı Qüvvələrimiz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha verilən dərsi onlara xatırladır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, istənilən təxribat Ermənistana baha başa gələcək: “Onların növbəti hərbi təxribatlarının da qarşısı qətiyyətlə alındı. Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat miqyasına görə kiçikdir, lokal xarakter daşıyır və hədəflərə nail olundu.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Ermənistan tərəfi yenə də xislətinə uyğun olaraq Azərbaycanı üçtərəfli Bəyanatın tələblərini pozmaqda ittiham etsə də artıq reallıq dünyanın gözü qarşısındadır: “Tarixi Zəfərimizdən sonra Ermənistanın törətdiyi hər bir təxribatın kökündə sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaq dayanır. Azərbaycan dövləti tarixi Qələbəmizin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürsə də bu bəyanatı daim gündəmdə saxlayır ki, təklif uzun müddət masa üzərində qala bilməz. Bu bəyanat Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Azərbaycan qalib tərəfdir. Torpaqlarımız öz tarixi sahibindədir. İşğaldan azad edilmiş ərazilərimizdə iki ilə yaxın dövrdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün infrastruktur yenilənir, təkmilləşdirilir. Bu torpaqlarda dünya standartlarına cavab verən üç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Artıq Azərbaycan Qarabağın dünyaya hava qapısını açıb. Yaxın günlərdə bu mühüm addım Şərqi Zəngəzurdan atılacaq. Bu, Azərbaycanın bu ərazilərimizdə bütün işləri beynəlxalq səviyyədə həyata keçirdiyini, təhlükəsizliyi təmin etmək üçün zəruri addımları atdığını göstərir. Ermənistanda baş qaldıran revanşist qüvvələr daim Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında aciz olduqlarını nümayiş etdirirlər. Azərbaycan Ordusu növbəti təxribatların qarşısını alaraq və düşmənə layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, dəmir yumruq yerindədir.”

Vüqar Rəhimzadə erməni yalanlarının qarşısında diqqəti bu reallığa da yönəldib ki, dünya son təxribat zamanı Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyinin şahidi oldu: “30 il ərzində erməni təxribatlarına göz yuman dünyanın bəzi güclərinin artıq gözlərini açması, qulaqlarının isə yaxşı eşitməsi zamanıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan, 10 noyabr 2020-ci il Bəyanatının müddəalarının icrasına məhəl qoymayan Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var. Əks təqdirdə 44 günlük Vətən müharibəsində aldığı dərs növbəti dəfə işğalçı dövlətə xatırladılacaq. Bu gün Azərbaycan qalib ölkə olaraq üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Dövlət başçısı İlham Əliyev bəyan edir ki, əgər biz 10 noyabr Bəyanatının bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

“Təxribata verilən cavab nəticəsində Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Şəhidlərimizin qisası artıqlaması ilə alınıb” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, Ermənistan hərbi avantüralarının, təxribatlarının nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Çünki cavab kəskin olacaq və düşmən daha böyük itkilərə məruz qalacaq: “44 günlük Vətən müharibəsinin reallıqlarından biri bu oldu ki, ermənilərin illərdir yaratdıqları “yenilməz ordu” mifi darmadağın edildi. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlar açıqlandı. İşğal altında olan torpaqlarımızda qurulan istehkamlar, istifadə edilən silahlar bütün məqamlara aydınlıq gətirdi. Ermənistan kimi kasıb ölkənin həmin silahları almaq üçün maddi imkanı yox dərəcəsindədir. Digər tərəfdən, işğalçı dövlət illərdir qurduğu həmin istehkamlarla sübut etdirdi ki, torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində deyil. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə həm bu torpaqların sahibi olduğumuzu, bir qarış ərazimizi belə düşmənə verməyəcəyimizi, həm də bəzi güclərin dəstəyi ilə silahlanıb təxribatlar törətməyin, yeni ərazilər uğrunda müharibə planları hazırlamağın nəyə gətirib çıxardığını Ermənistana və ona dəstək olan dövlətlərə nümayiş etdirdik.”

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, beynəlxalq təşkilatlar və süpergüclər tərəfindən Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi yaşanmazdı: “Azərbaycan təkbaşına BMT qətnamələrini yerinə yetirdi, ədaləti bərpa etdi. Tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqları Ermənistan tərəfi keçirilən görüşlərdə, ən əsası 10 noyabr 2020-ci il tarixli Bəyanatda qəbul etsə də konkret addımların atılması zamanı gəldikdə hərbi təxribatlar törətməklə vaxtı uzatmaqda maraqlı olduğunu nümayiş etdirir.

Məlum olduğu kimi, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sayca 4-cü görüşü keçirildi. Azərbaycanın növbəti diplomatik qələbəsi olan həmin görüşdə Ermənistana bir daha sülh müqaviləsinin imzalanması ilə bağlı xəbərdarlıq edilərək son şans verildi. Ermənistan hakimiyyətinin bu şansdan bəhrələnərək xalqının gələcəyi üçün sülh müqaviləsini imzalamaq əvəzinə hərbi təxribatlara əl atılmasında maraqlı olması bütün məqamlara aydınlıq gətirir. İşğalçı dövlət bu mövqeyi ilə artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpasında maraqlı olduğunu da nümayiş etdirir. Bu istəyi şərtləndirən amillərin geniş təhlilinə ehtiyac yoxdur. 30 ilə yaxın dövrün reallıqları bu istəyin təqdimatıdır. Lakin dövlət başçısı İlham Əliyev bununla bağlı konkret mövqeyini ortaya qoyub. Çıxışlarında “Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var” söyləyən Prezident İlham Əliyev bildirir ki, indi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Minsk qrupunun həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan bir tərəfdən Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul edir, digər tərəfdən isə Minsk qrupunun fəaliyyətini bərpa etməyə cəhd göstərir. Artıq Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ