Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Bu barədə Nazirliyin "Twitter" səhifəsində bildirilib.
Paylaşımda deyilir: "Azərbaycan ilə Ermənistan arasında sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına başsağlığı, səbr diləyirik".