Cümə axşamı günü, 12 noyabr 2026
     

Əvəz Zeynallının DTX-da saxlanması hansı əsaslara söykənir - hüquqşünasların ehtimalları...

Image


Məlum olduğu kimi, “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qeyd edək ki, Ə.Zeynallı ilə yanaşı tanınmış vəkil Elçin Sadıqov da həbs edilib.

Sentyabrın 7-də jurnalist Eynulla Fətullayev sosial şəbəkədə və rəhbəri olduğu Haqqın.az saytında “Xural” TV-nin rəhbəri Əvəz Zeynallı haqqında ittihamlar yazıb. Həmin ittihamlarda jurnalistin hazırda həbsdə olan “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən onun müdafiəsi üçün 20 min manat aldığı, amma onu müdafiə etmədiyi yazılıb. Saytın paylaşdığı səs yazısında Əvəz Zeynallının “görüşək, iadə edim” sözü alınan pulun qaytarılması istəyi kimi təqdim edilib. İddiaya görə, Ə.Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub. Lakin Ə.Zeynallı üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməyə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər. Saytın yaydığı sonuncu məlumata görə, 20 min manat pul geri qaytarılıb. Bu məlumatlar da mətbuatda yer alıb.

Sentyabrın 12-də Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi səbəblərini açıqlayıb.

Baş Prokurorluqdan verilən məlumata görə,  mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, istintaq olunan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Əvəz Zeynallının vəkili Aqil Layıc deyib ki, jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) saxlanılır.

O bildirib ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə barələrində 4 ay həbs qətimkan tədbiri seçilən vəkil Elçin Sadıqov və Xural TV-nin rəhbəri Əvəz Zeynallının saxlanması DTX-ya həvalə edilib.

A.Layıc həmçinin Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti yazdığını qeyd edib:

"Şikayət sabah Binəqədi məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi xahiş edilib".

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov külli miqdarda rüşvət almaqda ittiham olunur. Onların hazırda həbsdə olan iş adamı "Baku Still Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən 20 min manat aldıqları iddiası və səs yazısı yayılmışdı.

Məlumata görə, sentybarın 13-də Əvəz Zeynallının apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda onun ev dustaqlığına buraxılması ilə bağlı şikayəti təmin olunmayıb.

Ə.Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 4 aylıq həbs qətimkan qərarı qüvvədə saxlanılıb.

Onu da qeyd edək ki, sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib. Trend xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs Rasim Məmmədov Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının həbsi ilə bağlı danışıb.

R.Məmmədov bildirib ki, Əvəz Zeynallı onu dəfələrlə hədələyib: "Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir mənə təzyiq edərək, pul tələb edir. İndi şükür Allaha gəlib oturub qonşuluqda ağlı başına gəlir. Əvəz dəfələrlə məni şantaj edir və ailəmə qarşı terror edirdi. 2005-2020-ci illərdə məni şantaj edib. İndi də davam edirdi".

Dövlət ittihamçısı ittiham olunan şəxsin dediklərinə münasibət bildirərək şəxsin cinayət xarakterli məlumatlarlarla bağlı iltizam tətbiq olunmalı olduğunu bildirib: "Şəxs kifayət qədər cinayət xarakterli məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir”.

Əvəz Zeynallının DTX-da saxlanması hansı əsaslara söykənir? O nə üçün DTX-da saxlanılır, hüquqşünasların ehtimalları nədir?

  • Mehman Muradlı: “...Kürdəxanıda və Şüvəlanda yerlərin darısqal olması səbəbindən onu DTX-nın təcridxanasında saxlayırlar”

Tanınmış vəkil Mehman Muradlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, burada qanunsuz heç nə yoxdur. “DTX-da müvəqqəti saxlanma təcridxanası var. Onun saxlandığı yer də müvəqqəti saxlama təcridxanalarından biridir. Ədliyyə Nazirliyinin təcridxanası olmasa da belə məhkəmələr o şəkildə qərar qəbul edib DTX-ya da, Kürdəxanıya da, Şüvəlana da göndərə bilərlər. Ehtimal edirəm ki, son dövrlər narkotiklərlə bağlı əməliyyatların keçirilməsi nəticəsində Kürdəxanıda və Şüvəlanda yerlərin darısqal olması səbəbindən onu DTX-nın təcridxanasında saxlayırlar. Həm də ki, Əvəz Zeynallı və Elçin Sadıqovun ictimai nüfuzu var. Bu baxımdan da, onları aparıb narkomanlarla bir kamerada saxlayası deyillər. Burada qanunsuz heç nə yoxdur. DTX-nın müvəqqəti saxlanma təcridxanasında həm şərait fərqlidir, həm şəhərin mərkəzində yerləşir, işlərin daha operativ görülməsi baxımından da əlverişlidir. DTX-nın təcridxanası da bu dövlətin qurumlarından biridir, Penitisyar Xidmət də dövlətin qurumudur”.

M. Muradlı hesab edir ki, məhkəmə statistikanı götürüb 1 saylı və 3 saylı müvəqqəti saxlama təcridxanasında yer olub olmadığını da araşdıra bilər. Amma onun ehtimalı odur ki, Ə.Zeynallının və E.Sadıqovun DTX-nın təcridxanasında saxlanılması Kürdəxanı və Şüvəlandakı müvəqqəti saxlama təcridxanasındakı yer darlığı ilə bağlıdır. “Əvəz Zeynallı tanınmış şəxsdir, Elçin Sadıqovun da bir vəkil kimi ictimai çəkisi var. Onların DTX-nın təcridxanasında saxlanılmasını normal qarşılanmalıdır, burada hanısa  bir qanunsuzluqdan söhbət gedə bilməz”.

  • Şəmsəddin Əliyev: “Onun DTX-nın təcridxanasında saxlanılmasında cəmiyyətin sezə bilmədiyi məqam var”

“Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyevin də öz ehtimalları yanaşmaları var: “Bir hüquqşünas kimi deyim ki, maddələr kifayət qədər ciddi maddələrdir. Maddələr rüşvətlə, sui-istifadə, müxtəlif yollarla, şantajla və sairlə müəyyən vəsaitləri əldə etməklə bağlı olduğundan istintaq gedir. Həmin o maddələrlə cinayət tədqiqinə başlanılıb. İstintaqda prosesual araşdırma zamanı müstəntiqin hansı fərziyyələrlə, mənbələrlə, şahid ifadələri ilə addımlar atması mənə öncədən bəlli deyil. Düşünürəm ki, ictimaiyyətə də bəlli olmadığından mən ahıl yaşında olan bir hüquqşünas kimi rəy verməkdə çətinlik çəkirəm. Mənim ehtimallara söykənib rəy verməyimin özü istintaqı yanlış məcraya yönəldə, ədalətli, obyektiv istiqamətdən çəkindirə bilər. Bu baxımdan, səbr edək deyirəm. Onsuz da ictimaiyyət üçün açıqlamalar olacaq və onun DTX-nın təcridxanasında saxlanılmasında cəmiyyətin sezə bilmədiyi məqam var. Mənim ehtimalım belədir ki,  ola bilsin, onların təhlükəsizliyinin təmin olunması, digər məlumatların kənara sızmaması üçün belə edilib. Bu istintaqın ədalətli və obyektiv gedişi ilə də bağlı olduğu üçün onun orada saxlanılması təbii ki, istintaq orqanı üçün önəm kəsb edir. Amma bütün hallarda mən Allah Taladan hüquqşünas həmkarımın da, Əvəz müəllimin də qapılarını açmasını diləyirəm”.

Ş.Əliyev ümid edir ki, istintaq obyektiv və ədalətli olacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ