Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan bu dəfə Ukraynanın xilaskarına çevrilir...

Image


Rusiyanın başlatdığı müharibə səbəbindən Ukraynanın ümumi daxili məhsulu 35 faiz azalıb, ölkə 200-dən çox zavodunu itirib. Bunu Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, indi ölkəsi üçün çox çətin vaxtdır: “Hərbi əməliyyatlar səbəbindən 5 milyon nəfər evlərini tərk edib.

Bir o qədər də məcburi köçkün var. Rusiyanın təcavüzü nəticəsində on minlərlə dinc sakin həlak olub. Müharibə Ukrayna ÜDM-nin 35 faizini aparıb. Biz 200-dən çox zavod itirmişik. Ukraynanın birbaşa itkiləri bugünədək 600 milyard ABŞ dollarını ötüb”.

Hazırda Ukrayna iqtisadiyyatında mühüm yer tutan aqrar sektorda da lazımı fəaliyyət həyata keçirə bilmir. Sənaye də iflic olub. Bütün bunların əsas səbəblərindən biri də ölkədə yanacaq çatışmazlığının getdikcə daha qabarıq hiss olunmasıdır. Belə vəziyyətdə yanacaq məsələsində Ukraynanı üzləşdiyi çətinliklərdən xilas edə biləcək əsas ölkələrdən biri qismində Azərbaycanın adı qeyd edilir. Bu məsələ son günlərdə xarici ölkə liderlərinin prezident İlham Əliyevə ünvanladıqları məktublarda da xüsusi qeyd edilir. Məsələn, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden yazır: “Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından Trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”. Litvanın prezidenti Gitanas Nauseda isə qeyd edir: “Rusiya-Ukrayna müharibəsi zamanı Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xüsusilə vacibdir. Mən çox ümid edirəm ki, biz bu mübarizədə Ukraynanı dəstəkləyəcəyik. Biz Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edirik və buna görə əməkdaşlığımızı daha da inkişaf etdirməkdə maraqlıyıq”. Ukraynanın baş naziri Denis Şmıqal da eyni mövqe sərgiləyir və bu xüsusda qeyd edir: “Ukrayna Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırır. Ukrayna hökuməti Azərbaycan Hökuməti ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata keçirilməsinə hazırdır. Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardım, həmçinin Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılması yüksək qiymətləndirilir”.

Xatırladaq ki, müharibəyə qədərki dövrdə Ukraynanın enerji bazarında əsas söz sahibi olan ölkələrdən biri qismində Azərbaycan çıxış edib. Xüsusən də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada geniş fəaliyyət göstərib. SOCAR-ı hazırda Ukraynada "SOCAR Energy Ukraine" şirkəti təmsil edir. Azərbaycan bu şirkət vasitəsilə Ukraynaya indiyə qədər 300 milyon dollardan çox investisiya qoyub. Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyət göstərir. “SOCAR Energy Ukraine” şirkəti kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün Kiyevdə və Odessada 2 üzən yanacaqdoldurma məntəqəsini  də işə salıb. Müharibə SOCAR-ın Ukraynada fəaliyyətinə mənfi təsir etsə də, son dövrlərdə bu fəaliyyətdə yenidən aktivlik qeydə alınır. Bu arada Ukraynaının təbii qazla təminat məsələsində də Azərbaycanın mühüm rol oynaması gözlənilir. Belə ki, Trans-Balkan Boru Kəməri ilə Ukrayanaya Azərbaycan qazının çatdırılması diqqət mərkəzindədir. Xatırladaq ki, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və Türkiyədən keçən Trans-Balkan magistral qaz kəməri Rusiya qazını Balkan ölkələrinə çatdırmaq üçün istifadə edilib. 1986-cı ildə tranzit qaz kəmərinin tikintisinə başlanılıb, onun vasitəsilə SSRİ qazı Rumıniya ərazisindən keçməklə Bolqarıstan, Türkiyə, Yunanıstan və Yuqoslaviyaya (indiki Şimali Makedoniya) çatdırılıb. 1987-ci ildə bu marşrutla SSRİ-dən Türkiyəyə ilk qaz nəqli həyata keçirilib. 2002-ci ildə bu qaz kəmərinin ikinci xətti çəkilib. 2019-cu ildə Trans-Balkan qaz kəmərinin infrastrukturunun bir hissəsi "Balkan Axını" qaz kəmərinə daxil edilib. Bu fonda enerji məsələləri üzrə ekspert İlham Şaban “report”a açıqlamasında qeyd edib ki, Azərbaycan qazının Türkiyə ərazisindən keçərək hazırda işlək vəziyyətdə olmayan Trans-Balkan Boru Kəməri ilə Ukrayanaya ötürülməsi mümkündür: “Ancaq bu zaman o, Boqlarıstandan və Rumıniyadan da keçəcək. Ümumiyyətlə, Ukraynanın Azərbaycandan qaz almaq istəyi yeni bir ideya deyil və bu ideya hələ 1990-cı illərdə mövcud olub”. Ekspert n xatırladıb ki, növbəti belə ideya 2000-ci illərin ortasında gündəmə gəlib: “Ukrayna tərəfinin belə bir ideyası var idi ki, Azərbaycan və digər Xəzər ölkələrinin qazı Gürcüstan sərhədinə çatdırıla, oradan Qara dənizin dibi ilə Ukraynaya gətirilməklə Ukraynanın tələbatı üçün istifadə edilə və Ukraynanın mövcud kəmərlər sistemi ilə tranzit olaraq Avropaya nəql edilə bilər. Təəssüf ki, kommersiya baxımından buna Avropadakı şirkətlər qoşula bilmədi. Dİgər tərəfdən, o zaman bu kəmər Rusiyanın 2000-ci ildə inşa etdiyi və 2003-cü ildən istismarda olan Türkiyəyə yönəlmiş “Mavi Axın" kəməri ilə kəsişməli idi". İ.Şaban qeyd edib ki, Ukraynanın Azərbaycandan qaz idxal etməsi hazırda mümkün olmasa da, sonrakı dövrlərdə nəzəri baxımdan mümkündür: “Azərbaycan neft və qaz layihələrini kommersiya yönümündə həyata keçirir. Azərbaycan elə ölkə deyil ki, hansısa siyasi məqsədlər güdən layihələrdə iştirak etsin. Bizim əsas istəyimiz dünya bazarında öz təbii resurslarımızı kapitala çevirməkdir". Ekspert əlavə edib ki, neft və neft məhsullarına gəlincə, biz müstəqilliyimizi qazanandan sonra daim Ukrayna ilə bu sahədə əməkdaşlıq etmişik: "Hətta onlara barter və kredit yolu ilə də məhsul vermişik. Biz öz dəstəyimizi həmişə dost və bizə siyasi dəstəyini göstərən Ukraynaya göstərmişik”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ