Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan diasporu yeni böyük missiya ilə üz-üzə...

Image


Müasir dünyada diasporun həm yaşadıqları ölkənin, həm də tarixi vətənin həyatında əhəmiyyəti və rolu artıb. Buna səbəb diasporun özünün say artımıdır. Hesablamalar göstərir ki, son 50 ildə dünya üzrə miqrantların sayı üç dəfə artıb.

Dünyada doğulduğu ölkədən kənarda yaşayan insanların sayı 1960-cı ildə təqribən 75,5 milyon, 2000-ci ildə 176 milyondan çox, 2010-cu ildə isə 214 milyon nəfər təşkil edib. 2010-cu ildən bəri isə planetin hər 35-ci sakini miqrantdır. Qlobal miqrasiya axınlarının artmasının nəticələrindən biri diasporaların daha sürətlə formalaşmasıdır.

  • Bu gün diaspor fenomeni yeni məzmun alıb

Hazırda proseslər o məcraya gəlib çıxıb ki, böyük diasporlar tarixi vətənlərinə iqtisadi dəstəklə yanaşı, ciddi siyasi xidmətlər də göstərir. Günümüzdə buna misal olaraq İsrail, Çin, Hindistan və başqalarını göstərmək olar. Elə ölkələr var ki, onların siyasi fəaliyyət istiqamətlərini diaspor müəyyən edir. Məsələn, qonşu Ermənistanla bağlı həyati əhəmiyyətli qərarların qəbulunda ənənəvi olaraq diaspor mühüm rol oynayır. Əksər hallarda Ermənistanda hakimiyyətdə, kimliyindən asılı olmayaraq, diaspordan gələn göstərişlər icra edilir.  Ermənistanın suveren dövlət kimi formalaşmasının qarşısını alan məqamlardan biri də məhz budur. Beləliklə, diaspora anlayışı indiki mərhələdə yeni keyfiyyət parametrləri də əldə edir. Yəni diaspor təkcə öz tarixi vətəninin mənafeyini deyil, həm də öz mənafeyini ifadə edir.

İndiki mərhələdə diaspor fenomeni yeni məzmun alır və bu fonda Azərbaycan da diaspor quruculuğuna, bu faktora xüsusi əhəmiyyət verir. Dövlət diaspor qüvvələrinə indi hərtərəfli dəstək ifadə edir. Amma istənilən nəticənin əldə edilməsi, ölkəmzin mövqeyinin dünyada qəbulu üçün, bu sahə üzrə ekspert Yəhya Babanlının fikrincə, Azərbaycan diasporu öz fəaliyyətində aşağıdakı məqmaları ehtova edən müasir dövrün çağırışlarını nəzərə almalıdır: “1. Azərbaycanın diplomatik nümayəndəliklərində diaspor məsələlərinin inkişaf etdirilməsi və vahid diaspor strategiyasının qurulması. 2. Dünyada etnik-siyasi, sosial-mədəni anlaşılmazlıqların adi hal aldığı vaxtda xarici ölkələrin ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” kursunun tədris olunması. 3. İnformasiyanın idarəedilməsi, fəaliyyətin qiymətləndirilməsi və monitorinq keçirilməsi üzrə konsepsiyanın hazırlanması. 4. Diasporla bağlı məlumatların, təbliğat və təşviqat materiallarının əsaslı, düzgün-dolğun olması üçün vahid informasiya bankının yaradılması və bu bank vasitəsilə süzgəcdən keçirməklə yayılması. 5. qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi və bu istiqamətdə yeni qurumların təsis edilməsi. 6. Diaspor nümayəndələrinin Azərbaycanın biznes mühitinə təşviq edilməsi üçün müvafiq layihələrin reallaşdırılması”. Hazırda Azərbaycanın sürətli inkişafı,  uğurlu regional və beynəlxalq əməkdaşlıq əlaqələri, həyata keçirilən yeni transmilli layihələr ölkəmizin beynəlxalq arenada mövqelərini daha da gücləndirib.  Belə bir şəraitdə məntiqi olaraq diasporumuzun da təşkilatlanma imkanları artmalı, onlar Azərbaycanın tərəqqisinə öz töhfələrini verməlidir. Bu mənada, diasporun üzərinə böyük missiya düşür.

  • Beynəlxalq ictimaiyyəti Azərbaycanla bağlı maarifləndirmək üçün diasporun daha aktiv fəaliyyətinə ehtiyac var

Diasporun Azərbaycan üçün siyasi müstəvidə əhəmiyyəti onun maraqlarının xaricdə müdafiəsi və təbliğindədir. Xüsusən də Ermənistanın müəyyən dairələrinin postmüharibə dönəmində düşmənçilik siyasətinin ifşası, həmçinin, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin dərinləşdirilməsi, ölkəmizə göstərilən diqqət və marağın artırılması kimi məsələlər diasporun fəal köməyini tələb edir.

Siyasi müstəvidə Azərbaycan diasporunun təşviqi vasitələri lobbiçilik, xaricdə Azərbaycana bağlı siyasətçilərin formalaşmasına nailolmaqdır. Xüsusilə, lobbiçilik fəaliyyəti müəyyən ölkənin milli maraqları ilə üst-üstə düşdükdə və ya onlara zidd olmayanda təsirli olur. Ona görə də lobbiçilik fəaliyyətinin səmərəliliyini təmin etmək üçün diqqəti bu kimi məsələlərə yönəltmək lazımdır. Ona görə də lobbiçilik fəaliyyətini həyata keçirmək üçün diasporun xaricdəki hər bir azərbaycanlı icmasının mövcud siyasi reallıqları nəzərə alaraq fərdi yanaşması və öz imkanlarından çıxış edərək bu ölkədə uğur qazanması məqsədəuyğundur. Təbliğat fəaliyyəti sahəsində diaspor özünün çap və elektron KİV-ləri, analitik jurnallar və digər nəşrlər vasitəsilə informasiya məkanında Azərbaycanın maraqlarının müdafiəsini təmin etməlidir. Bu, bir tərəfdən anti-Azərbaycan təbliğatına qarşı çıxmaq, digər tərəfdən isə xaricdə informasiya məkanında Azərbaycanın maraqlarının müsbət irəliləyişini nəzərdə tutur. Bütövlükdə siyasi baxımdan Azərbaycan üçün, xüsusən də müasir beynəlxalq münasibətlərdə güc mərkəzləri və ya nüfuzlu aktorları olan ölkələrdə diasporun fəaliyyəti vacibdir.

Diasporun Azərbaycan üçün sosial-iqtisadi sahədə əhəmiyyəti iqtisadi artımın təşviqində və nəticədə sosial məsələlərin həllindədir. Diaspor Azərbaycanın sosial-iqtisadi problemlərinin həllində iki - fərdi və institusional səviyyədə iştirak edə bilər. Lakin bu zaman intellektual sfera xüsusi diqqət mərkəzində olmalıdır. İntellektual sahədə diasporun əhəmiyyəti son dərəcə vacibdir. Burada əsas vəzifə diasporun intellektual potensialını Azərbaycanın maraqlarına xidmətə yönəltməkdir.Diasporun intellektual potensialının milli maraqlar üzərində reallaşması tarixi vətənin tərəqqisi üçün çox önəmlidr. İkinci Qarabağ müharibəsində qazanılan qələbə fonunda tyuxarıda qeyd edilənlərin icrası üçün daha əlverişli zəmin yaranıb. Elə prezident İlham Əliyevin Şuşada keçirilən 5-ci diaspor qurultayında qeyd etdikləri də bu xüsusda yeni realıq və vəzifləri özündə əks ütdirir: “Hər birimiz - həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin - xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır. Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu çox vacibdir”.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ