Cümə günü, 13 noyabr 2026
     

İrəvanın vasitəçilərsiz danışıqlardan yayınması sülh prosesini uzadır...

Image


İkinci Qarabağ müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırmağa hazır olduğunu bildirib və bu istiqamətdə əməli addımlar atıb. Eyni zamanda, rəsmi Bakı onu da bəyan edib ki, münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan vasitəçilər olmadan birbaşa danışıqlar apara bilər. Lakin İrəvan bu məsələyə hələ də adekvat reaksiya vermir.

İndilikdə Azərbaycan və Ermənistan 2020-ci ildəki müharibədən sonra  əlaqələrini bərpa etməyə çalışırlar. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu proses bir qədər də sürətlənib. Azərbaycan və Ermənistan liderləri artıq bir neçə dəfə Rusiya və Avropada görüşüblər. Lakin liderlərin təmasları ya Brüssel, ya  da Rusiyanın vasitəçiliyi ilə baş tutub.  Maraq doğuran odur ki, yaxın qonşular olan Azərbaycanla Ermənistan vasitəçi olmadan, birbaşa danışa bilərlərmi? ABŞ-ın Azərbaycandakı keçmiş səfiri  Riçard Kozlariç hesab edir ki, danışıqlar vasitəçi olmadan keçirilməlidir: “Bakı ilə İrəvan arasında intensiv, əhatəli və nəticəyönümlü birbaşa danışıqlar aparılmayınca, Ermənistan və Azərbaycan arasında sülh olmayacaq”.  O da faktdır ki, müharibədən qalib çıxan Azərbaycanda xalq-iqtidar birliyi var, hakimiyyət vəziyyətə nəzarət edir. Ermənistandakı siyasi mühit isə daha fərqlidir. Belə ki, burada baş nazir Nikol Paşinyanın hərəkət azadlığına bir aydan çoxdur ki, davam edən etirazlar təsir edir. Nümayişçilərə görə, Azərbaycanla danışıqlara qatılan Nikol Paşinyan “Ermənistanın maraqlarına zidd” sənədlər imzalamağa hazırlaşır. Ermənistanlı politoloqlar belə bir mühitdə kənar vasitəçilərə ehtiyac olduğunu deyirlər.  “Ermənistan siyasi elmlər assosiasiyası" mərkəzinin icraçı direktoru Benyamin Poğosyan bildirir: “İndiki şəraitdə Ermənistan və Azərbaycanın vasitəçilərə ehtiyacı var. Hazırda bir formatımız var. Rusiya-Ermənistan-Azərbaycan və Ermənistan bu formatdan razıdır. Çünki Rusiya Ermənistanın strateji müttəfiqidir. Başqa formatımız var: Ermənistan - Azərbaycan – Avropa İttifaqı. Hazırda Minsk Qrupunun həmsədrliyinin fəaliyyəti dayandırılıb, lakin bu format hələ də faydalıdır”. Benyamin Poğosyana görə, istənilən ölkənin bir-biri ilə vasitəçi olmadan danışıqlara başlaması üçün onların təməl etibar səviyyəsi olmalıdır.  

Təhlillərə görə, etimad səviyyəsini pozan amillərdən biri də sərhəd bölgəsi və Qarabağda baş verən silahlı qarşıdurma hallarıdır. Bu barədə Beynəlxalq Böhran Qrupunun (BBQ) “Dağlıq Qarabağda vasitəçilik üçün yeni imkanlar” adlı son təhlilində qeyd edilir ki, Rusiyanın Ukraynadakı müharibəsi fonunda silsilə toqquşmalar və sonrakı sakitlik dövrü həm Qarabağda döyüşlərin yenidən alovlanması qorxusunu, həm də diplomatiyanın tərəfləri hələ də sülhə yaxınlaşdıra biləcəyinə ümidləri artırıb: “Diplomatiyanın müdaxiləsilə vəziyyət sakitləşsə də, həssas vəziyyət danışıqlarda vasitəçiliyin rolunu önə çəkir. Vasitəçilərin cəlb olunması Bakı və İrəvan üçün “məsuliyyətin bölüşdürülməsi” deməkdir. Onlar təkbətək danışanda müəyyən kompromislərə görə məsuliyyət daha çox danışıqlar tərəflərinin üzərinə düşür. Lakin vasitəçilərlə danışıqlar və Moskva ilə Brüsselin simasında daha əlverişli platforma seçimi fürsəti  tərəflərə bilavasitə təmaslardan yayınmaq imkanı verir. Lakin vasitəçilər gündəmə öz maraqlarını da gətirə bilər”.

Qeyd edilən fonda Riçard Kozlariç burada daha çox Rusiyanın rolundan narahat olduğunu bildirir: “Rusiyanın Cənubi Qafqazda yeganə marağı yaxın xaricdə öz dominantlığını saxlamaqdır, Azərbaycanla Ermənistan arasında sülh isə Kremlin məqsədlərinə xidmət etmir”. Amma rəsmi Moskva Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq istədiyini deyir. Beynəlxalq Böhran Qrupunun son hesabatı isə Rusiyanın rolu ilə bağlı daha ölçülüb-biçilmiş yanaşmanı təklif edir. Hesabatda bildirilir ki, Rusiya ilə Avropa arasında gərginliyin artmasına baxmayaraq, Avropa İttifaqı Rusiyanın hər hansı vasitəçilik səylərinə mane olmağa çalışdığını göstərən hərəkətlərdən yayınmalı, Ermənistan-Azərbaycan mübahisəsinin həlli istiqamətində Rusiyanın səylərini dəstəkləməyə davam etməlidir. Amma “Eurasianet” nəşrinə görə, hazırda həm Ermənistan, həm də Azərbaycan Aİ-nin regionda dominant güc olaraq qalan Rusiyaya qarşı geosiyasi qüvvə kimi çıxış etməsindən məmnundur. Amma təbii ki, daha yaxşısı vasitəçilər olmadan danışıqlar aparıb razılıq əldə etməkdir. İndilikdə isə Brüsseldə Əliyev-Paşinyan-Mişel görüşündən sonra Rusiyanın xarici işlər naziri Lavrov İrəvan və Bakıya, ABŞ dövlət katibi Entoni Blinken isə İrəvana zəng edib. Blinken hələlik Bakıya zəng etməyib, ola bilsin, yaxın günlərdə belə bir zəng mümkün olsun. Hər halda, Moskva və Vaşinqtonun telefon zəngləri kifayət qədər maraqlıdır və müəyyən müşahidələr aparmağa əsas verir. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır: “Rusiya öz himayəsi altında Cənubi Qafqazda tərəqqi yaratmağı çox istərdi, lakin bu, nəinki Ermənistanın maraqlarına uyğun gəlməyəcək, hətta Qərbə də lazım olmayacaq. Şarl Mişelin dəvəti ilə Brüsseldə keçirilən üçtərəfli görüşlərin Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətini əngəlləməkdən və bütövlükdə Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətinə mane olmaqdan başqa heç bir funksiyası yoxdur. Aİ regionda daha çox fəaldır. Rusiyanın zəifləməsi və ya getməsi Aİ-nin güclənməsi və təsdiqlənməsi deməkdir. Skandinaviyada və ya Bessarabiyada olduğu kimi, burada Türkiyənin deyil, Avropa İttifaqının varlığı və təsiri olacaq. Yüz il sonra Cənubi Qafqazda Rusiya-Türkiyə tandeminin neytrallaşdırılması görünür. Bu vəziyyətdə Ermənistana nə lazımdır? Ən azı, iyul-avqust aylarına qədər Azərbaycanla hər hansı münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş əldə edilməməlidir. Formallıqdan kənar nə sərhədlərin müəyyən edilməsi, nə demarkasiya məsələsi, sülh danışıqlarının başlanması, üstəlik, kommunikasiya kanallarının açılması ilə bağlı heç bir addım atılmamalıdır. Niyə iyul-avqust aylarına qədər? Çünki hadisələr sürətlə inkişaf edir və biz Avropanın qalan hissəsində təyinat nöqtəsinə çatana qədər fasilə verməliyik. Bu gün Rusiyanı hərbi yolla məğlub etmək, amma yenə də Ukraynadakı ərazilərə nəzarət etmək başqa bir şey, Rusiyanı Krım yarımadasından sıxışdırıb çıxarmaq isə tam başqa şeydir. NATO indi Ukraynaya Rusiyadan Krıma və Donetskədək hərbi yardımı müzakirə edir. Artıq Rusiyanın tərəqqisi məsələsinə ümumiyyətlə baxılmır, çünki Rusiya artıq dayandırılıb və geri çəkilib”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ