Cümə günü, 13 noyabr 2026
     

Zəngəzur məsələsində dünya Azərbaycanın yanında: erməni mətbuatında pessimist ovqat artır...

Image


Ermənistanda fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin son günlərdə Zəngəzur bölgəsinə səfərləri nəzərəçarpacaq dərəcədə intensivləşib. Bütün bunlar isə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonraya təsadüf edir.

Erməni siyasi şərhçi Akop Badalyan hesab edir ki, ABŞ, Rusiya və Avropa İttifaqının səfirlərinin Zəngəzur bölgəsinə səfərləri Paşinyan, Əliyev vəMişelin Brüssel görüşü ilə bağlıdır. Təhlilçinin sözlərinə görə, Brüsseldə Ermənistan, Azərbaycan və Avropa İttifaqı Şurası liderləri regionda kommunikasiyaların  açılması məsələlərinə dair substantiv müzakirələr aparıblar: “Səfirlər Zəngəzura məhz bu səbəbdən gediblər. Düşünürəm ki, səfərlər şəklində bu kifayət qədər sürətli reaksiya Brüssel formatında bu məsələlərlə bağlı əsaslı müzakirələrin aparıldığını göstərir. Əsas ölkələrin - ABŞ və Rusiyanın səfirlərinin reaksiyası, bəlkə də, obrazlı desək, prosesləri yerindəcə sınaqdan keçirmək və “diplomatik kəşfiyyat” aparmaq məqsədi daşıyır. Təbii ki, burada strateji rəqabət məsələsi də var, ABŞ səfiri səfər edəndə Rusiya səfiri də bunu görür”. “Azatutyun” radiosu qeyd edir ki, ABŞ, Rusiya və Avropa İttifaqının Ermənistandakı səfirləri  Zəngəzura müxtəlif səbəblərlə, lakin eyni gündə səfər ediblər. Mayın 24-də Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri və Aİ ölkələrinin səfirləri Gorusda Avropa Gününə həsr olunmuş tədbirlərdə və Ermənistan-Avropa İttifaqı münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş qəbulda iştirak ediblər: “Bu, ötən ilin mayından bəri Aİ nümayəndə heyəti rəhbərinin Zəngəzura dördüncü səfəridir. ABŞ-ın Ermənistandakı səfiri də bu müddət ərzində Zəngəzura 4 dəfə səfər edib. Səfirlik vurğulayıb ki, Zəngəzurda səfir Linn Treysi təhlükəsizlik vəziyyəti ilə bağlı məlumat almaq üçün qubernatorla görüşüb. Görüş zamanı amerikalı səfir indi Zəngəzur üçün çağırışlarla dolu bir dövr olduğunu anladığını qeyd edib. Treysi bildirib ki, səfirlik ABŞ-ın müxtəlif dövlət qurumları vasitəsilə dəstəyini davam etdirir.
ABŞ səfiri, xüsusilə Zəngəzurda turizmin inkişaf etdiyini vurğulayaraq əlavə edib ki, bu baxımdan regionun böyük potensialı var. Qubernator Amerika sərmayəsinə görə Linn Treysiyə təşəkkür edib və səfirin Zəngəzura vaxtaşırı səfərlərinin vacibliyini vurğulayaraq, bunun yerli sakinlər üçün müəyyən müsbət mesaj göstərici olduğunu qeyd edib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzura səfəri zamanı Teh icması və Qafan hava limanı yaxınlığında yerləşən Rusiya sərhədçiləri ilə görüşüb. Kopırkin Ermənistan sərhədinin bu hissəsində əməliyyat vəziyyəti ilə tanış olub. Müharibədən sonra sərhəd bölgəsinə çevrilən Zəngəzurun bu bölgədə maraqları olan böyük oyunçuların diqqət mərkəzində olduğuna Akob Badalyan şübhə etmir. Bu maraqlar, Badalyanın fikrincə, təkcə Ermənistan-Azərbaycan proseslərinin axarını müəyyən etmir: “Onları təkcə Ermənistan-Azərbaycan probleminin həlli və ya idarə olunması şəraiti deyil, həm də Yaxın Şərq regionuna təsir və xüsusən də bu kontekstdə İrana qarşı siyasət və İran ətrafındakı reallıqlar müəyyən edir”.

Ermənistanın “Qraparak” nəşri yazır ki, baş verənlər Zəngəzur dəhlizi məsələsində dünyanın Azərbaycanı dəstəklədiyini göstərir: “Bu fonda Gorusdan həyəcan təbili çalırlar ki, Xot-Bazarçay alternativ yolunun tikintisi bir aya yaxındır dayandırılıb. Müharibədən aylar sonra Ermənistan hakimiyyəti Gorus-Qafan yolunun Bazarçay hissəsinin 21 kilometrini Azərbaycana “bağışlayanda” Zəngəzurda bir neçə kənd sözügedən torpaq yola bel bağlamışdı. Azərbaycanlılar ötən ilin noyabrında Gorus-Qafan yolunun Bazarçay hissəsində və Qafan-Çakaten yolunda gömrük-keçid məntəqələri qurublar və 9-a yaxın kənd anklav vəziyyətinə düşüb. Xot-Bazarçay alternativ yolu ən qısa yoldur. Sürüşmə səbəbindən vaxtaşırı bağlanan bu yolda son aylar tikinti işləri aparılır. Amma artıq bir aydan çoxdur ki, ümumiyyətlə, heç bir iş görülmür. İcmaların sakinləri eşidiblər ki, yol beynəlxalq standartlara cavab vermədiyindən və artıq azərbaycanlılar üçün dəhliz rolunu oynaya bilmədiyindən Azərbaycan tərəfinin istəyi ilə işlər dayandırılıb. Yerli əhalinin sözlərinə görə, bu magistral, Paşinyanın dediyi kimi, Eyvazlı və digər kəndləri Naxçıvana birləşdirəcək. Azərbaycan və Ermənistan liderləri arasında belə bir razılaşma əldə olunub. Azərbaycanlılar baxımlı və beynəlxalq standartlara uyğun avtomobil yolu istəyirlər. İşlərin niyə dayandırıldığı ilə bağlı Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyindən izahat almağa çalışdıq. Bizi yazılı sorğu göndərməyə çağırıblar. Onların nə vaxt cavab verəcəyini yalnız Allah bilir”. Nəşr bildirir ki, indiki halda Zəngəzur dəhlizinin Azərbaycan deyən variantda açılması, Bakının istədiyi coğrafiyalardan keçməsi reallaşır. Erməni politoloq Jirayr Əzizyan bu fonda qeyd edir: “Brüssel platforması Qərbin maraqları əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına nail olmağa çalışır”. Onun sözlərinə görə, Qarabağ, Zəngəzur  məsələsi iki qonşunun münasibətlərində müəyyənedici amil olub və bu cür olaraq qalır: “Azərbaycanın imkanlarını nəzərə alsaq, biz dərk etməliyik ki, resurslar baxımından Azərbaycan Rusiyanın enerji resurslarına alternativ olaraq Qərbdə maraqlıdır. Ona görə də Qərb imkan daxilində Azərbaycana üstünlük vermək siyasəti ilə məsələni Azərbaycanın xeyrinə həll etməyə, ən azı vədlərlə öz maraqlarının təmin edilməsinə nail olmağa çalışır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ