Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın “feyk” çıxan peyk xəbəri ölkənin özündə məsxərə mövzusuna çevrildi...

Image


Ermənistanın ilk kosmik peyki Yerin orbitinə buraxılıb. Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Onun sözlərinə görə, peyk ABŞ-ın Kanaveral burnunda yerləşən kosmik stansiyadan “SpaceX” kosmik gəmisi tərəfindən buraxılıb. Paşinyan bunun Ermənistanın “Geokosmos” və İspaniyanın “Satlantis” şirkətləri arasında əməkdaşlıq nəticəsində baş verdiyini bildirib.

Bundan başqa, Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi ölkəsində peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq: “Peyk fotoşəkilləri Ermənistanda sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması, idarəetmə, ətraf mühitin mühafizəsi, o cümlədən iqlim dəyişikliyinin monitorinqi, eləcə də şəhərsalma, yol tikintisi, geologiya və digər sahələrdə istifadə olunacaq”. Baş nazirin sözlərinə görə, peykin buraxılması ilə bağlı bütün qərarlar müəyyən mülahizələrə əsaslanaraq gizli qəbul edilib. Onun ciddi nailiyyət kimi təqdim etdiyi bu peyk xəbərindən sonra sosial şəbəkələrin erməni seqmenti xüsusi fotokollajlarla bəzənib. Müxalif saytlar insanların hökumətə və ümumiyyətlə siyasətçilərə belə acı gülüşlə yanaşmasını təbii hal kimi qiymətləndirib. Saytlar yazır ki, Azərbaycanın 2013-cü ildə nail olduğu bir uğuru 2022-ci ildə bəh-bəhlə təqdim etmək sonda belə yumorla nəticələnməli idi. Ermənistanın deputatı Arusyak Culakyanın da məsələyə münasibəti olduqca maraqlıdır: “İlk kosmik peykimiz orbitə buraxılıb. Bu, gecikmiş olsa da, çox mühüm hadisədir. Deyirlər ki, heç olmamaqdansa, gec olması yaxşıdır. Müharibədən sonra məlum oldu ki, 2017-ci ildə Ermənistan mühüm infrastrukturun inkişafında Azərbaycandan on dəfə geri qalıb. Artıq 2013-cü ildə Azərbaycanın üç peyki var idi. Onlardan biri kəşfiyyat üçün idi. Bakı ilk peyki 2013-cü ildə orbitə çıxarıb. Azərbaycan peyklər almağa başlayanda “müasir xilaskarlarımız” villalar tikirdilər. 44 günlük müharibə zamanı Azərbaycan artıq bu peyklərdən Qarabağda qoşunların hərəkətini onlayn izləmək üçün istifadə edirdi. Azərbaycan prezidenti İlham Əliyev müharibədən sonra bu barədə fəxrlə danışırdı. Bu vəziyyətin Azərbaycan Silahlı Qüvvələrinə üstünlük verdiyi şübhəsizdir”. Arusyak Culakyan peyk məsələsində ölkəsinin Azərbaycandan çox geridə qaldığını etiraf edib. Daha əvvəl Paşinyan özü də belə etiraflar edib: “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi yunan adalarında torpaq sahələri alırdı. Kritik infrastrukturun inkişafının xüsusi çəkisi baxımından Ermənistan şərti vahidlərdə 10-1 hesabı ilə Azərbaycandan geri qalıb. 2017-ci ildə Azərbaycanda biri kəşfiyyat olmaqla iki peyk var idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki aldı, Ermənistan hakimiyyəti isə Avropada, yunan adalarında, harada mümkün oldusa, orada torpaq sahələri aldı. Onlar dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər hər yerə əl uzatdı”.

Erməni mediası qeyd edir ki, Ermənistanın ilk kosmik peykinin orbitə buraxılması ilə bağlı hökumət video da yayıb: “Qısa müddətdən sonra ictimaiyyət məlumatın doğruluğunu yoxlamağa başladı. İnternetdə araşdırma apararkən 25 may 2022-ci ildə buraxılan peyklər siyahısında Ermənistan peyki haqqında məlumata rast gəlinmir. Yəni “SpaceX”in rəsmi səhifəsində, eləcə də yenilənən rəsmi “Vikipediya” səhifəsində bu haqda heç bir məlumat yoxdur, 25 maya dair orbitə buraxılmış peyklərin məxsus olduğu ölkələr sırasında isə Ermənistanın adına rast gəlmək olmur”.  Bu isə Paşinyanın yalan danışma ehtimalının yüksək olduğunu istisna etmir. Həmçinin peykin idarəsi və ondan məlumatların alınması üçün yerdə stansiyaya malik olmaq da mühüm məsələdir. O cümlədən bu məlumatların işlənməsi, istifadə olunmaq üçün hazır vəziyyətə gətirilməsini də təmin etmək lazımdır. Ermənistan isə belə stansiya olmadan kosmosa peyk göndərdiyini iddia edir. Elə bu da məsələnin yalan olma ehtimalını artırır.  “Demokratik konsolidasiya” partiyasının sədri, Ermənistan Nəqliyyat və Rabitə Nazirliyi Aparatının İnformasiya və rabitə idarəsinin sabiq rəhbəri Suren Petrosyan isə bildirib ki, Paşinyanın dediyində söhbət Almaniyanın “Exolaanch” şirkətinin “Transporter-5” proqramı çərçivəsində orbitə buraxılan İspaniyanın “Satlantis” şirkətinin hazırladığı peykdən gedir. Maraqlıdır ki, Ermənistan proqramın 10 benefisiar ölkəsi siyahısına daxil edilməyib: “Paşinyanın ötəngünkü bəyanatı yalnız daxili auditoriyaya yönəlib və siyasi məqsədlər güdür. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Ermənistana, eləcə də BTİ-yə üzv olan bütün dövlətlərə kosmosda müəyyən mövqe, koordinatlar verib. 2015-ci ildə bu prosesi bütün inzibatçı üzvlərlə koordinasiya etmək və peyki orbitə çıxarmaq üçün bizə 4 il vaxt verilmişdi. Ancaq ayrılmış vaxtda biz bunu edə bilmədik”. Onun sözlərinə görə, 2020-ci ildə Ermənistana daha 4 il vaxt verildi, ancaq il yarıma peyk buraxmaq üçün BTİ üzvü olan ölkələrin razılığını almaq fiziki və texniki baxımdan mümkün deyil. Petrosyan qeyd edib ki, Paşinyanın peykin buraxılması barədə danışıqların konfedensial getdiyi haqda sözləri də yalandır: “Belə çıxır ki, onlar BTİ ilə gizli danışıqlar aparıblar? Kimdən gizlədiblər? Erməni xalqından? Məsələ bundadır ki, bu prosesi texniki baxımdan konfedensial aparmaq mümkün deyil. BTİ nizamnaməsinə görə, peykin buraxılması üçün bütün üzv dövlətlərdən icazə alınmalıdır – o cümlədən, Türkiyə və Azərbaycandan. Belə çıxır ki, bu barədə hamı bilib, yalnız bizdən başqa”. Petrosyanın sözlərinə görə, ən yaxşı halda Ermənistana “SpaceX” peyklərindən birinə giriş imkanı verilə bilər ki, ondan istifadə etsin və hansısa məlumatlar ala bilsin: “Əgər bunlar doğru olsa, biz həm mülki-kadastr işlərində, həm də hərbi məqsədlər üçün dəqiq təsvirlər almaq imkanı əldə etmiş olarıq. Ancaq bu, fantastikadır”. Petrosyan xatırladıb ki, bir neçə il öncə “Armkosmos” erməni peyki yarada bilərdi: “Söhbət heç də peyki bizim yaratmağımızdan deyil, təşkilatçı olmağımızdan gedir. Ancaq peyk proqramı həyata keçmədi, çünki hökumət onu maliyyələşdirmədi. Peykin xərcləri 200-250 milyon dollar civarındadır, üstəlik əlavə xərcləri də var”. Bürakan Astrofizika Rəsədxanasının direktoru Areq Mikaelyan isə bildirib ki, informasiya dolğun deyil: “Paşinyan bildirib ki, peyk “SpaceX” kosmik gəmisi ilə buraxılıb. Bu o deməkdir ki, buraxılan mini-peykdir. Bu peyklər isə ciddi funksiya daşımır. Bu, çox ucuz peykdir, oyuncaq kimi bir şeydir. Normal peyklər 200-250 milyon dollara başa gəlir, əvvəlcədən sifariş edilir, hazırlanır. Əgər belə bir peyk sifariş edilsə idi, dövlət büdcəsindən həmin vəsait ayrılmalı idi və hamının da xəbəri olardı”. Hərbi ekspert Vaaqn Mxoyan da məsələyə münasibət bildirib, deyib ki, bu, ən yaxşı halda Ermənistanın ispan şirkətindən hansısa peyki kirayələməsi ola bilər:“Exolaanch” şirkəti buraxıb ilk peykimizi? Bəs, bu şirkətin özünün bundan niyə xəbəri yoxdur? İspaniya mətbuatında “Santander” bankının bu layihə üçün maliyyə vəsaiti ayırdığını bildirən press-relizi dərc olunub. Görünür, söhbət peykin icarəsi üçün kreditin verilməsindən gedir. Ermənistan rəhbərliyi kreditlə peyk kirayə götürüb ki, xalqa “biz kosmosa ilk erməni peykini “SpaceX” şirkətinin “Falcon-9” raketi ilə göndərdik” deyə bilsinlər”. Bundan başqa, Yerin torpaq qatını yaxşı şəkildə izləmək üçün peyk  böyük olmayan yüksəklikdə yerləşməlidir. Bu səbəbdən daima bir sahədə dayana bilməz, davamlı olaraq yerdəyişməsi lazımdır. Elə buna görə də əksər ölkələr kəşfiyyat üçün əsasən bütöv qrup peyklərdən istifadə edirlər. Ermənistanın bir peykinin orbitə çıxarılması xəbərə doğru olsa belə, o, davamlı olaraq yerdəyişmə edəcək. Bu peykin, deyək ki, Azərbaycan üzərində olmadığı müddətdə ölkəmiz istənilən hər şeyi realizə edə bilər ki, bundan heç Ermənistanın xəbəri də olmayacaq. Yalnız varlı ölkələr bu və ya digər ərazisini daima izləməyə imkan verən peyk qruplaşmasına malikdir. Daha bir məqam odur ki, Rusiya və Ermənistan arasında kosmik məkanın tədqiqatı və araşdırılması istiqamətində razılaşma var. Doğrudur, burada söhbət yalnız mülki məhsullar və mülki araşdırmalardan gedir. İndi Ermənistan Rusiyadan xəbərsiz Qərb ölkələri ilə əməkdaşlıq şəraitində peyk buraxdığını iddia edir. Hesab edilir ki, Kreml buna sərt reaksiya verəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ