Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Dünya enerji bazarında əsl qiymət “qiyaməti” yaşanır...

Image


Rusiya və Ukrayna arasında gedən müharibə dünya enerji bazarında qiymət xaosuna səbəb olmaqdadır. Xüsusən də neft və qazın qiymətləri sürətlə artır. Buna rəğmən, belə bir vaxtda ABŞ prezidenti Co Bayden Rusiyadan neft idxalına qadağa qoyub.

Bayden bildirib ki, onun bu addımı Vladimir Putinin Ukraynada apardığı müharibəyə “güclü zərbə” olacaq. ABŞ prezidenti bunu da vurğulayıb ki, amerikalılar azadlığın müdafiəsi üçün bütün xərcləri çəkməyə hazırdırlar: “ABŞ Rusiyadan neft, qaz və kömürün idxalına qadağa qoyub. Mən bəyan edirəm ki, ABŞ Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəfə alıb. Biz Rusiyadan bütün neft, qaz və enerji idxalına qadağa qoyuruq. Bu o deməkdir ki, Rusiya nefti artıq ABŞ limanlarına daxil ola bilməyəcək və Amerika xalqı Rusiya prezidenti Vladimir Putinin döyüş maşınına daha bir güclü zərbə vuracaq. Bu, Konqresdə və inanıram ki, ölkədə güclü ikipartiyalı dəstəyi olan bir addımdır. Amerikalılar Ukrayna xalqını dəstəkləmək üçün toplaşdılar və Putinin müharibəsinin subsidiyalaşdırılmasında iştirak etməyəcəyimizi açıq şəkildə bildirdilər. Biz bu qərarı dünyada, xüsusən də Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələrdən sonra qəbul etdik”. Onun sözlərinə görə, ABŞ başa düşür ki, onun avropalı müttəfiqləri Rusiyanın enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcək. Bayden qeyd edib ki, qərar ABŞ-ın özünə zərbə vuracaq, lakin Vaşinqton bu addımı atmalıdır. Bu fonda Rusiya prezidenti Vladimir Putin də xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb. Rusiyanın dövlət başçısı bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarını iki gün ərzində müəyyən etməyi tapşırıb. O, həmçinin, dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etməyi tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək. Fərmana əsasən, Rusiyaya dost olmayan ölkələrə xammal ixracı, o cümlədən neft-qaz tədarükü mümkün olmayacaq. Elə bu da neft və qazın qiymətini daha sürətlə artırmaq iqtidarındadır. Bununla belə, Vaşinqtonla həmrəylik əlaməti olaraq Britaniya elan edib ki, bu ilin sonunadək Rusiya neftindən istifadəni tamamilə dayandıracaq. Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyanın neft və neft məhsullarını idxal etməkdən imtina edəcək. Krallığın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenqin  sözlərinə görə, imtina bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniya tələbatının 8%-ni təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək. Nazir qeyd edib ki, krallıq ABŞ, Niderland və Körfəz ölkələri ilə daha çox neftin tədarükü edilməsi istiqamətində işləyəcək: “Bazar artıq Rusiya neftini kənarlaşdırmağa başlayıb və onun demək olar ki, 70%-i hələ də alıcı tapa bilmir”. O, həmçinin bildirib ki, London Rusiya qazının ölkəyə idxalını dayandırmaq üçün imkanları araşdırır. Nazir qeyd edib ki, hazırda krallıqda Rusiya qazının payı 4% təşkil edir.

Rusiya qazından asılılığı olan Avropa İttifaqı isə Rusiyadan qaz idxalını üçdə iki nisbətində azaltmaq niyyətində olduğunu bildirib. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Qərbi dəfələrlə Rusiya neftinə və qazına embarqo qoymağa çağırıb. Ekspertlər Rusiya neftindən imtinanın benzinin qiymətinin rekord səviyyədə artmasına səbəb ola biləcəyini deyir. Elə ABŞ-da benzinin qallonu (3,785 litr) artıq 4 dolları keçir. Rusiya nefti ABŞ-ın yanacaq istehlakında 7 faiz yer tutur. Ameikada yanacağın maya dəyərinə nəzarət edən Amerika Avtomobil Assosiasiyası bildirir ki, dünya bazarında neftin qıymətinin kəskin artması ABŞ-da yanacaq böhranına səbəb olub, artıq hər qallon üçün 4,17 dollara çatıb. Bu rəqəm ABŞ üçün tarixdə yanacağın ən yüksək orta qiyməti olub. Əvvəlki antirekord 2008-ci ilin iyulunda ABŞ yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin 1 qallon üçün 4,11 dollara çatdığı vaxt qeydə alınıb. Bir il əvvəl istehlakçılar üçün benzinin qiyməti 2,7 ABŞ dolları idi. Avropada da neftə görə benzin bahalaşır. “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2,23% artaraq 1 barrelə görə 130,83 dollar təşkil edib. Azərbaycan nefti 140 dollara yaxınlaşır. Rusiya baş nazirinin müavini Aleksandr Novak qeyd edir ki, rus neftindən imtina dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Novak əlavə edib ki, Rusiya neftindən imtinaya görə xam neftin 1 barrelinin qiyməti 300 dolları keçə bilər. Avropa bazarında Rusiya neftini tezliklə əvəzləmək mümkün deyil. Bunun üçün azı 1 il tələb olunur. Rusiya neftinə qadağa yanacağın qiymətində sıçrayışa səbəb ola bilər. Novak bildirib ki, Avropanın neftinin 30%-ni, başqa sözlə, 150 milyon tonunu Rusiya təchiz edir. Qaz bazarında da qiymət xaosu hökm sürür. Qiyməti min kubmetr üçün martın 7-də 3800 dollara çatan qaz sonradan ucuzlaşsa da, yenə olduqca bahadır. Enerjidaşıcılılarının qiymət artımı isa digər məhsulları da bahalaşdırır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ