Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycan qaz məsələsində italiyalı istehlakçıların da xilaskarına çevrilir...

Image


Azərbaycan enerji məhsullarının idxalında mühüm yer tutan İtaliya ölkəmizdən daha çox həcmdə karbohidrogen resursları almaq niyyətini bəyan edib.  İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “La Repubblica” qəzetinə müsahibəsində bu xüsusda bildirib ki, “Transadriatik” (TAP) boru kəməri ilə İtaliyaya idxal olunan təbii qaz həcmlərini illik 10 milyard kubmetrə çatdırmaq istəyindədirlər.

O, bu kəmərin əhəmiyyətini olduqca yüksək qiymətləndirib: “TAP boru kəməri İtaliyaya enerji qiymətlərindəki artımların zərbəsini yumşaltmağa imkan verdi. TAP layihəsi haqqında danışmağa başlananda hələ ekoloji transformasiyada söhbət getmirdi. Bu gün təbii qaz ekoloji keçidi təmin edən əsas elementdir. Bugünkü vəziyyət məni bu fikirləri deməyə vadar edir - xoşbəxtlikdən TAP var. Biz TAP boru kəməri ilə təbii qaz tədarükünü ildə 7 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Gələcək perspektivdə TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur”. Nazir onu da bildirib ki, İtaliyanın Rusiya qazından asılılığını Əlcəzair, Türkmənistan və Azərbaycanın hesabına azaltmaq zəruridir: “Bütün Avropada olduğu kimi, bizdə də, əsasən Rusiyadan olan məhdud mənbələrdən asılılıq problemi var. İlin əvvəlində Moskva-Ukrayna marşrutu ilə bizim üçün nəzərdə tutulan qaz axınını demək olar ki, iki dəfə azaldıb. Enerji təhlükəsizliyimizə bu təhlükə, yəqin ki, həm də siyasi motivlidir, təcili tədbirlər tələb edir. Biz orta və uzunmüddətli perspektivdə bərpa olunan enerji mənbələri haqqında düşünməliyik. Lakin biz qısamüddətli perspektivi nəzərdən qaçıra bilmərik və ən etibarlı tərəfdaşlarla işləməliyik”. Onun sözlərinə görə, Əlcəzair belə tərəfdaşdır və Azərbaycan qazının nəql olunduğu TAP mənbələrin şaxələndirilməsi vacibdir. Onun sayəsində Di Stefano bir daha qeyd edib ki, əhali üçün enerji qiymətlərindəki artımı bir qədər saxlamaq mümkün olub: “Digər perspektivli istiqamət Xəzər dənizində TAP boru kəməri ilə birləşdirilə bilən Türkmənistandır. Amma Türkmənistan dünyanın ən böyük qaz yataqlarından birinə malikdir və biz Avropa olaraq bu oyunu oynamalıyıq, həm də ona görə ki, Hindistan və Çin istehlakı artırır. Bu gün özümüzü resurslarla təmin etməsək, getdikcə daha çətin qışlarla üzləşmək risqimiz var”.

Məhz belə bir vaxtda TAP-ın idarəetmə direktoru Luka Şieppati İtaliyanın “Quotidiano Nazionale” saytına müsahibəsində təsdiq edib ki, TAP boru kəməri ilə İtaliyaya nəql olunan Azərbaycan təbii qazının həcmi iki dəfə artırıla bilər. TAP boru kəmərinin Avropa, xüsusilə də İtaliya üçün əhəmiyyətindən danışan Şieppati bildirib ki, ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan boru kəməri ilə əməliyyatların birinci ilində qitəyə 8 milyard kubmetrdən çox təbii qaz idxal edilib: “Həmin həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb. Bu, İtaliyanın istehlakının, demək olar ki, 10 faizini təşkil edir. Gələcəkdə TAP kəməri ilə Azərbaycandan İtaliyaya gələn qaz həcmlərini ikiqat artıra bilərik. 2022-ci və 2023-cü illərdə, eləcə də qarşıdakı 25 il ərzində boru kəməri ilə müqavilələr çərçivəsində ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. TAP-ın potensialı onun ötürücülük gücünün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üçün hazırda bazar sınaqları aparılır. Prosesin təklif mərhələsini cari ilin iyul ayında başa çatdırmağı planlaşdırırıq. Biz TAP-ın ötürücülük qabiliyyətinin illik təxminən 12, 14, 17 və ya 21 milyard kubmetrə qədər artırılması üçün 4 texniki təklif təqdim etmişik. Bunun üçün mövcud kompressor stansiyaları yenilənməli və yeni ölçmə stansiyaları quraşdırılmalıdır. İllik 12 və ya 14 milyard kubmetr təbii qaz nəqli gücünə çatmaq üçün 4 il, 21 milyard kubmetrə çatmaq üçün isə 5 il vaxt lazımdır. Boru kəmərinin ötürücülük gücünün artırılması üçün lazım olan investisiya birbaşa TAP tərəfindən həyata keçiriləcək. Dövlət xərcləri ilə bağlı hər hansı bir ödəniş olmayacaq”.

Bütün bunlar göstərir ki, TAP Avropa ölkələri, o cümlədən İtaliya üçün müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabr ayında başlayıb. Bu vaxtadək boru kəməri ilə Avropaya 8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib və bu həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb. “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmentini təşkil edən TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır. Bu arada xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. Aşqabad müqaviləsinə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq. Cari ilin yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycan qaz mübadiləsi çərçivəsində gündəlik 4.5 milyon kubmetr qaz svopu həyata keçirilir. İranın neft naziri Cavad Oci bununla bağlı qeyd edir: "Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk”. Perspektivdə bu həcmin artırılması gözlənilir. Elə bu da türkmən qazının Azərbaycan üzərindən Avropaya nəqlinə imkan verir. Bu da “Cənub Qaz Dəhlizi”nin Avropa üçün əhəmiyyətini daha da artırır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ