Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azad ərazilərimizə xarici şirkətlərin yeni axını başlanır...

Image


İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, bərpa, yenidənqurma tədbirləri dünya miqyasında, o cümlədən Ermənistanda da xüsusi diqqətlə izlənilir. Qısa zaman kəsiyində Azərbaycanın azad olunmuş yerlərdə gördüyü işlər beynəlxalq miqyasda həm təqdir edilir, həm də uğurlu nümunə qismində qəbul olunur.

Ermənistanın işğal zamanı 30 il boyunca davam edən total dağıntılarının nəticə və fəsadları Azərbaycan dövləti tərəfindən aradan qaldırılır, ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına qayıtmasının təmin olunması istiqamətində əməli addımlar atılır. Artıq bu prosesdə çoxsaylı xarici şirkətlər yaxından iştirak edir. Yaranmış vəziyyətdə investor və podratçı kimi azad edilmiş ərazilərdə görülən bərpa, quruculuq işlərində iştirak etmək istəyən xarici tərəfdaşların sayı artır. Azərbaycanla stratreji tərəfdaşlıq əlaqələri quran Macarıstan sözügedən prosesdə maraqlı tərəflərdən biridir. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirir ki, ölkəsini təmsil edən şirkətlər Azərbaycanın azad edilmiş ərazilərində texniki və maliyyə cəhətdən bərpa işlərində iştiraka hazırdır. Macar hökuməti bu şirkətlərə siyasi dəstək verməyə hazırdır. Macarıstanın “Exim Bank”ının regional direktoru Robert Grillijov işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməyə, müvafiq maliyyə vəsaiti ayırmağa hazlr olduğqlarını bildirir: “Biz bərpa ilə bağlı təcrübəmizi Qarabağda da tətbiq etməyə hazırıq. Ümumiyyətlə isə, macar şirkətlərinin fəaliyyətinin qlobal miqyasda genişlənməsini qarşımıza məqsəd qoymuşuq”.

Qeyd edək ki, “Exim Bank” Macarıstan şirkətlərinə Qarabağın yenidən qurulmasında iştirak etmək üçün 120 milyon dollar həcmində kredit xətti ayırıb. Macarıstan XİN yanında Türk Dövlətləri Təşkilatına cavabdeh olan Culiya Popelixin sözlərinə görə, Macarıstan şirkətləri Qarabağ bölgəsində şəhər infrastrukturunun bərpasında, enerji təchizatının qurulmasında və kənd təsərrüfatı fəaliyyətinin başlanmasında iştirak edəcəklər. Xatırladaq ki, fevralın 3-də Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib və azad edilən ərazilərdəki layihələrdə macar şirkətlərinin iştirakı müzakirə edilib. Peter Siyarto bu fonda bildirir  ki, Macarıstan həmişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq təzyiqlərə baxmayaraq, obyektiv mövqeyi olub. Nazir həmçinin deyib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir: “Macarsıtanın “Exim Bank”ı Azərbaycana 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb, iri şirkətlərimiz Azərbaycan iqtisadiyyatına sərmayə qoyublar, o cümlədən neft yataqlarının işlənməsində iştirak ediblər". Siyarto Bakıya Macarıstandan 24 şirkətin nümayəndəsi ilə birlikdə gəldiyini, Azərbaycan iqtisadiyyatının fərqli sahələrinə investisiya yatırmağa hazır olduqlarını söyləyib: “Biz Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Qarabağın bərpasına uğurlu töhfə vermək istəyirik. İşğaldan əziyyət çəkmiş insanların həyatını yaxşılaşdırmaq və bu istiqamətdə Azərbaycan şirkətləri ilə birgə bu ərazilərdə işləmək istəyirik. Bura mənimlə Macarıstandan 24 şirkətin nümayəndəsi gəlib. Biz şəhərlərin, ərazilərin infrastrukturunun qurulması prosesində iştiraka hazırıq. Alternativ enerji mənbələrindən istifadə üçün lazımi avadanlıqları istehsal edən müəssisələrin qurulmasına, mədəni və dini abidələrin bərpasında iştiraka hazırıq. Macarıstan bankı investorlarımız üçün kredit xətti açıb, lazım gəlsə, bu maliyyə genişləndiriləcək. Qaz təchizatı ilə bağlı da danışıqlar aparırıq. “Cənub Qaz Dəhlizi” ilə bağlı marağımızı ifadə etmişik. Biz enerjinin diversifikasiyasında maraqlıyıq. Texniki danışıqlar artıq başlayıb. Bu gün kənd təsərrüfatı, su təsərrüfatı sahəsində sənədlər imzaladıq”.

Bu arada bəlli olub ki, İtaliya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirak etmək arzusundadır. Bu məsələ  “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 8-ci  iclası çərçivəsində İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava və TAP AG şirkətinin icraçı direktoru Luka Şieppatinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Azərbaycanda keçirdiyi görüşlərdə əsas müzakirə mövzularından biri olub.  Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavliyeviç də maraqlı açıqlama verib: "Bu il Serbiya hökuməti Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq layihələrinə ölkəsinin tikinti şirkətlərini cəlb etməyi nəzərdə tutur. Azərbaycanla iqtisadi və ticari əməkdaşlıqdan əlavə, Serbiya həm də enerji, turizm, mədəniyyət, təhsil, idman kimi sahələrdə əməkdaşlığı daha da genişləndirməyə çalışacaq. Konkret olaraq iqtisadiyyat və ticarətlə bağlı mövcud olan layihələr çərçivəsində əməkdaşlığı davam etdirmək və gücləndirmək nəzərdə tutulur ki, bunun bir vasitəsi də işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərinə Serbiyanın tikinti şirkətlərini cəlb etmək ola bilər”. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da bəyan edib ki, Azərbaycanın azad olunmuş torpaqlarında İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaq. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov isə qeyd edir ki, indiyədək Rusiyanın 14 şirkəti Azərbaycanın azad olunmuş ərazilərində bərpa layihələrində iştirak etmək üçün müraciət edib: “Ötən il Rusiyanın Azərbaycana 50-dək şirkətin iştirak etdiyi iki işgüzar missiyası həyata keçirilib. Həmin missiyaların gündəliyində Rusiya şirkətlərinin Qarabağdakı layihələrdə iştirak etməsi mühüm yer tutub”. Çinin Azərbaycandakı səfiri Qo Min da bildirib ki, Çin şirkətləri azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə, xüsusilə də sənaye parklarında istehsalın yaradılmasında iştirak etməkdə maraqlıdır. Diplomat Çin şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa işlərində fəal iştirak etdiyini vurğulayıb. Belə ki, “Huawei” şirkəti Qarabağda “ağıllı kənd” və “ağıllı şəhər”lərin yaradılmasında iştirak edir: “Əminəm ki, ikitərəfli münasibətlərimiz inkişaf etdikcə, daha çox Çin şirkəti azad edilmiş ərazilərin bərpasında iştirak edəcək”. Ukraynanın dövlət başçısı Volodimir Zelenski də bu günlərdə qeyd edib ki, ölkəsi azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasında iştirak etmək fikrindədir. Azad edilmiş ərazilərdə bərpa işlərində iştirak etmək istəyən Böyük Britaniya şirkətlərinin siyahısı artıq Azərbaycan tərəfinə təqdim edilib. Bundan başqa, məlumdur ki, bu ölkənin BP şirkətinin investisiyası hesabına Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi həyata keçiriləcək. Hazırda azad edilmiş ərazilərdə İtaliya, Türkiyə, Çin, İsrail, Böyük Britaniya, Rusiya və digər ölkələri təmsil edən şirkətlər fəaliyyət göstərir. Onların sırasının tezliklə əhəmiyyətli dərəcədə artması gözlənilir. Bundan başqa, çoxsaylı yerli şirkətlər də azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərində yaxından iştirak edirlər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) son məlumatına əsasən, işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarların sayı 1 000-nə çatıb ki, onların 300-dən çoxu xarici ölkələrdən daxil olan müraciətlərdir. Xarici ölkələrdən daxil olan müraciətlərin 60-dan çoxu Macarıstanın payına düşür. Bura həm investisiya, həm də podradçı layihələri daxildir. Ümumiyyətlə isə, yaxın tezlikdə azad olunmuş ərazilərdə bərpa işlərində iştirak etmək istəyən şirkətlərin sayının əhəmiyyətli dərəcədə artması gözlənilir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ