Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Rusiyaya qarşı yeni sanksiya dalğası Azərbaycanın şimal istiqamətində ixracını kəskin artıracaq

Image


"Partnyorlarımız deyirlər ki, sabah Rusiya tərəfdən eskalasiya olarsa, müharibə başlaya bilər, sonra isə güclü sanksiyalar tətbiq olunacaq. Sanksiyalar siyasətindən və eskalasiya ehtimalından danışırıqsa, o zaman sual yaranır ki, siz niyə sanksiyaları indi tətbiq etmirsiniz, niyə eskalasiyanı gözləyirsiniz?". Bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski “The Washington Post” nəşrinə müsahibəsində səsləndirib.

Xatırladaq ki, Kiyev uzun müddətdir Qərbdən Rusiyaya qarşı qabaqlayıcı iqtisadi və siyasi sanksiyaların tətbiqini istəyir. Lakin Kiyev bu çağırışlara heç bir müsbət cavab almayıb. Bununla belə, indi Rusiyaya qarşı sanksiyalarla bağlı ən qətiyyətli mövqe ABŞ tərəfindən sərgilənir. ABŞ Prezidenti Co Bayden, Rusiya Ukraynanı işğal edəcəyi təqdirdə, Rusiya prezidentinə qarşı fərdi sanksiyaların belə tətbiq oluna biləcəyini istisna etməyib. O qeyd edir ki, bu dəfə sanksiyalar Qərbin Krımın ilhaqından və Donbasda münaqişənin başlamasından sonra tətbiq etdiyi sanksiyalardan xeyli fərqlənəcək: "Mən Vladimir Putinə izah etdim ki, Ukraynanı işğal etsə, ciddi nəticələrlə, o cümlədən sərt iqtisadi sanksiyalarla üzləşməli olacaq. O bu addımı atacağı təqdirdə tətbiq edəcəyim, söz verdiyim sanksiyalarla heç vaxt üzləşməyib. Onlar müdaxilə edəcəklərsə, bunun əvəzini ödəyəcəklər. Onların bankları dollarla işləyə bilməyəcək. Bu, Rusiya üçün fəlakət olacaq". 2014-cü ildə sanksiyaların tətbiqindən sonra Rusiya iqtisadiyyatının bu sanksiyalardan ciddi şəkildə təsirlənmədiyini iddia edirdi. Lakin statistika bunun əksini göstərib: Rusiya iqtisadiyyatı ciddi şəkildə tormozlanır və Qərb kapitalı, avadanlığı və texnologiyasından çox asılıdır. Bu fonda Qərbdə hesab edirlər ki, yeni sanksiyaların təsiri əvvəlkilərindən fərqli olacaq. Rusiya üçün ən son texnologiyalara çıxışa malik olmanın nə qədər vacib olduğunu "Şimal axını-2" layihəsi çərçivəsində tikinti işləri zamanı podratçı şirkətlərə qarşı sanksiyaların tətbiqi göstərdi, çünki layihə üçün mürəkkəb texnoloji həlləri məhz onlar təmin ediblər. ABŞ-la yanaşı, Britaniyada da Rusiyaya qarşı tez və qətiyyətlə hərəkətə keçməyə söz verirlər. Baş nazir Boris Conson Rusiya hökumət rəsmiləri və iqtisadiyyatına qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib. Bundan əvvəl Britaniya xəbərdarlıq edib ki, Kreml genişmiqyaslı işğal əvəzinə Ukraynada marionet rejimi qurmaq və Kiyevə sürətli və güclü zərbə endirmək variantı üzərində düşünə bilər. Onu da xatırladaq ki, Rusiya üçün Avropa İttifaqı ən iri ticarət partnyorudur. Ayrı-ayrı ölkələrə gəldikdə isə, Rusiya ixracında da, idxalında da birinci yeri tutan Çindən sonra növbəti yerləri Niderland və Almaniya tutur. İlk iyirmilikdə eləcə də İtaliya, Fransa, Finlandiya və Polşa da var. Avropa diplomatiyasının rəhbəri Cosep Borrell sanksiyaların təfərrüatlarına varmayaraq qeyd edib ki, onlar lazımi anda tətbiq olunacaq: "İstənilən yeni sanksiya paketi Ukraynaya mümkün müdaxilənin planlaşdırılmasında əli olan Rusiya zabit korpusunu, eləcə də Rusiya prezidentinin yaxın ətrafı və onun orbitində olan oliqarxları ailələri ilə birlikdə əhatə etməlidir. Sanksiyalar, həmçinin, Aİ-dəki maliyyə və fiziki aktivlərin dondurulmasını, səfərlərə qadağa qoyulmasını, Rusiyanın SWIFT ödəniş sistemindən xaric edilməsini, iqtisadiyyatın vacib sektorlarını, həmçinin ölkənin kəşfiyyat xidmətlərinin maliyyələşdirilməsinin kəsilməsini əhatə etməlidir".

Məlumdur ki, Avropa sanksiyalar paketi aşağıdakı iqtisadi tədbirləri nəzərdə tutacaq: 1-valyuta konvertasiyasının məhdudlaşdırılması; 2-ixrac nəzarətinin gücləndirilməsi, ixrac və idxalın məhdudlaşdırılması və qadağan olunması; 3-mühüm texnologiyaların əldə edilməsinə məhdudiyyət. Avropa ölkələri arasında iki məsələyə dair yekdillik yoxdur: Rusiyanın beynəlxalq SWIFT ödəniş sistemindən xaric edilməsində və enerji sahəsində məhdudiyyətlərdə. Artıq  ayrı-ayrı bank və şirkətlər öz hökümətlərindən xahiş edirlər ki, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq ediləcəyi halda onlar üçün istisna edilsin.

Avropa ölkələri razılığa gəliblər ki, bu və ya digər şəkildə Rusiyaya qarşı sanksiyalar onun qoşunları Ukrayna sərhədini keçərsə tətbiq olunacaq. Hesab edilir ki, Rusiya üçün problemli məqamlardan biri də qlobal ödəniş sistemi olan SWIFT-lə bağlı ola bilər. Bu ödəniş sisteminin mənzil-qərargahı Brüsseldə yerləşir və sistemin özü Belçika qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. 2021-ci ilin sonuna olan statistikaya görə, SWIFT sistemi gündəlik olaraq təxminən 30 milyon ödəniş mesajını emal edib. Bu sistemdən yalnız müəssisə və banklar deyil, həm də fiziki şəxslər istifadə edə bilir. Bu sistemdən Rusiyanın kənarlaşdırılmasının onun iqtisadiyyatı və əhalisi üçün Moskvanın iddia etdiyi kimi təsirsiz keçəcəyini təsəvvür etmək çətindir. 2014-cü ildə Qərb ölkələri Rusiyanın SWIFT-dən çıxarılması imkanlarını ilk dəfə müzakirə edərkən, Rusiya özünün SPFS adlı daxili ödəniş sistemini yaratdı. Rusiya ən böyük ticarət tərəfdaşı olan Çində yaradılmış CIPS adlı oxşar ödəniş sisteminə də qoşula bilər.

Bu sahədə alternativlərin olması rusiyalı analitiklərə deməyə əsas verir ki, Rusiya SWIFT-dən kəsildikdən sonra da belə, Rusiya vətəndaşları vəziyyətdən birtəhər çıxa biləcəklər. Ancaq Qərb ölkələri və onların Rusiya ilə iş aparan şirkətləri bundan zərər görəcək. Vyanada hərbi təhlükəsizlik üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib ki, Rusiyanı SWIFT-dən kəsmək de-fakto mümkün deyil: "Nefti, qazı və digər sərvətləri olan Rusiyanı həmin sistemdən kəsmək mümkündürmü? Onlar nədir, zarafat edirlər?". Qavrilov İranla bağlı oxşar cəhdləri və nəticəni də xatırladıb. Bəzi Aİ ölkələri bu tədbirin effektivliyinə şübhə ilə yanaşır. Bu məsələdə liderlik edən Almaniyadır. Əksər Avropa ölkələri ilə müqayisədə Almaniyanın Rusiya ilə daha geniş və daha dərin iqtisadi əlaqələri mövcuddur. Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın SWIFT sistemindən çıxarılmasının zəruriliyinə şübhə ilə yanaşıb. O bildirib ki, belə bir qərar Rusiyanın Ukraynaya qarşı təcavüzünə ən güclü cavab ola bilər, lakin bu addımın ən təsirli olacağı şübhə doğurur. İndilikdə Avropa İttifaqı Rusiyanın ən mühüm ticarət tərəfdaşı olaraq qalır. Rusiya Avropa və ABŞ-dan avadanlıq, kimyəvi maddələr, texnologiyalar və hətta məhsulların idxalından asılıdır. Ancaq Avropa da neft və qazın üçdə birindən çoxunu Rusiyadan alır. Və Rusiya Qərbin sanksiyalarına cavab olaraq, xüsusən də qışın sonuna doğru qaz təchizatını dayandırarsa, Avropa hökumətlərinin öz vətəndaşlarına evlərində işıq və istiliyin nə səbəbdən kəsildiyini izah etməsi çətin olacaq. İndi maraq doğuran məsələlərədən biri Rusiyaya qarşı gözlənilən sanksiyaların Azərbaycana hansı mümkün təsirlərinin ola biləcəyidir. Axı, Rusiya ölkəmizin əsas ticarət tərfdaşları sırasında yer alır. Proqnozlara görə, sanksiyalar tətbiq edilsə. Rusiyanın maliyyə sektoruna Azərbaycanın Neft Fondunun yerləşdirdiyi depozitlərdən əldə olunan gəlirlər aşağı düşəcək. Eyni zamanda Rusiyanın əmlak bazarına yerləşdirilən vəsaitlərdən də əldə olunan gəlirdə dəyişiklik baş verəcək. Sanksiyaların ölkəmizə təsirlərindən biri də kənd təsərrüfatı məhsullarının bahalaşmasıdır. Avropadan şimal qonşumuza ixracın dayandırılması bu ölkədə Azərbaycan məhsullarına tələbatı artıracaq. Bu səbəbdən də ölkə bazarlarında kənd təsərrüfatı məhsullarının qıtlığı və bahalığı yarana bilər. Bundan başqa, sanksiyalardan sonra rublun ucuzlaşması Rusiyadan ixrac olunan məhsulların maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq. Yəni Rusiyadan Azərbaycana ixrac olunan məhsulların qiymətinin ucuzlaşması baş verəcək. Bu da yerli məhsulların rəqabətdə uduzmasına gətirib çıxaracaq. Bunlar ilkin gözlənilən problemlərdir. Amma sanksiyalar sərtləşərsə, təsir daha böyük sektorları əhatə edə bilər. Lakin iqtisadçılar qonşu dövlətin iqtisadi çöküşündən Azərbaycanın müəyyən qazancının ola biləcəyini də düşünür. Xüsusən də ixrac həcminin artması gözlənilir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ