şənbə günü, 14 noyabr 2026
     

Putin Soçidə Paşinyana da sülh rəmzli hədiyyə verməklə düzmü etdi?..

Image


Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı keçirilən birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana zeytun budaqları təsvir edilən suvenir hədiyyə verib.

V.Putin vurğulayıb ki, zeytun budağı sülhün və rifahın rəmzidir.

Zeytun budağı qədim yəhudi, xristian və islam ənənələrində sülh, qələbə, sevinc, bolluq, saflıq, iffət və ölməzliyi simvollaşdırır. 

Azərbaycan sülhə hər zaman hazırdır və bunu öz əməlləri, davranışları ilə göstərib, bu halda Azərbaycan Prezidentinə sülh rəmzi olan  zeytun budaqları təsvir edilən suvenirin verilməsi tam təbii idi. Putin Soçidə Paşinyana da sülh rəmzli hədiyyə verməklə düzmü etdi?..

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə Rusiyanın sülh təşəbbüsləri ilə çıxış etməsi, bu təşəbbüslərin tərəfləri sülhə gətirəcəyi görüntüsünün yaradılması o qədər də düzgün yanaşma deyil. A.Nağının fikrincə, illərdir Rusiyanın Qarabağda oynadığı rolla bağlı mövqelər, münasibətlər aydındır, hər kəsin bu barədə bilgisi var. “Hesab edirəm ki, indiki situasiyada da Rusiyanın sülhməramlı qüvvələri bölgəyə yerləşdirilibdir. Amma Rusiya burada sülhməramlı rolu oynayır, yoxsa yox? Bu ciddi sual doğuran məsələdir. Soçidə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşdürülməsi, orada gedən söhbətlər, müzakirələr də prosesin Rusiyanın təşəbbüsü ilə real sülhə doğru getdiyini göstərmir. Bu gerçəklikdir. Orada da Rusiyanın özünü sülhpərvər kimi göstərərək hər iki tərəfə zeytun budaqları təsvir edilən suvenir hədiyyə etməsi, bununla da tərəfləri sülhə çağırması fikrimcə, o qədər də mahiyyətə, reallığa uyğun deyil. Təbii ki, Azərbaycan Ermənistandan fərqli olaraq həmişə sülh tərəfdarı kimi çıxış edib. 30 il ərzində Azərbaycan dəfələrlə Ermənistana və onun arxasında dayananlara məsələnin sülh yolu ilə həll edilməsini və sülh müqaviləsi imzalamağı təklif edib. Azərbaycanın sülh çağırışlarına, problemin sülhlə həll edilməsi təkliflərinə Ermənistanın əhəmiyyət verməməsinə və  bu ölkənin təxribatına cavab verərək Azərbaycan  hərbi əməliyyatlara başlamışdı. Azərbaycan sona qədər sülh variantına sadiq qaldı. Sonda da yenidən Ermənistanın yeni hərbi təcavüz davranışı ilə rastlaşdıq. Ermənistanda aşağıdan yuxarıya “yeni hücum, yeni ərazilər” tezisi ortaya atıldı və bu ölkənin hərbi-siyasi rəhbərliyinin təxribatlarına cavab olaq Azərbaycan hərbi əməliyyatlar keçirdi. Paşinyan da, onun xarici işlər naziri də, müdafiə naziri də müharibə istəyirdilər. Müharibə baş verdi və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın bu 30 ildə göstərdiyi dözümə, sülh siyasəti yeritdiyinə, sülh tərəfdarı olduğuna və bu gün də sülh mövqeyindən çıxış etdiyinə görə Azərbaycan Prezidentinə sülh simvolu olan suvenirin hədiyyə edilməsi tam məntiqə uyğundur.  Amma Putinin Azərbaycan Prezidenti ilə yanaşı Paşinyana da sülh simvolu olan suvenir verməsi heç yerinə düşmür və məntiqə sığmır. Bu simvolik sülh suveniri Ermənistana verilib, amma nə Ermənistan, nə də Paşinyan sülh simvolu olan hədiyyəyə layiq deyil. Çünki Paşinyan heç zaman sülh tərəfdarı kimi çıxış etməyib”.

A.Nağı xatırlatdı ki, Paşinyan Azərbaycanı dəfələrlə təhdid edib, əvvəllər Şuşada o cür oyunlardan çıxıb, ağılagəlməz hərəkətlər törədib, müharibə bəyanatları səsləndib, Azərbaycanın yeni ərazilərinə iddialar irəli sürürdü, Gəncəni hədəfə götürmüşdü. “Bunu gizlətmirdi, Azərbaycana qarşı tam militarist mövqedən çıxış edirdi. Ermənistan cəmiyyəti özü də həmişə Azərbaycana qarşı barışmaz mövqe sərgiləyib. Ermənistan Qriqoryan kilsəsi indinin özündə də Azərbaycana qarşı revanşist mövqedən çıxış edir, müharibəni təşviq etməklə məşğul olur. Yəni bütövlükdə Ermənistan hakimiyyəti, Ermənistan cəmiyyəti, erməni kilsəsi Azərbaycana qarşı düşmənçilik edir və hərbi əməliyyatların yenidən başlanılması mövqeyindədirlər. Bu gün onlar məcburiyyət qarşısında özlərini məzlum kimi göstərirlər, Azərbaycanın qoyduğu tələblərin müəyyən bir hissəsini yerinə yetirirlər. Amma yenə də onların içərisində Azərbaycana qarşı hərbi əməliyyatlara yenidən başlamaq cəhdləri var”.
A.Nağı deyir ki, hazırda müvəqqəti olaraq rus sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə Rusiyanın dəstəyi ilə erməni silahlı dəstələri yaradılır, bu silahlı dəstələri birbaşa Ermənistan yaradır. Ermənistan tərəf indiyə qədər Azərbaycana qarşı çox təxribatlar, hərbçilərimizə qarşı xoşagəlməz hallar törədib, bundan sonra da ondan hər cür təxribatlar gözlənilir. A.Nağı bu baxımdan hesab edir ki, Rusiya prezidenti bunları bildiyi halda bu addımı atmalı deyildi: “Ermənistanın, Ermənistan vətəndaşlarının Azərbaycana qarşı törətdiyi cinayətlərə görə, birabaşa məsuliyyəti Paşinyan daşıyır. Ona görə də, Paşinyana elə bir simvolun verilməsi qətiyyən yerinə düşmür. Paşinyan sülh tərəfdarı deyil, belə görünür ki, o sülhü qəbul etməyəcək də, Azərbaycana qarşı yenə də təxribatlar törədəcək. Bu səbəbdən də Rusiya prezidentinin zeytun budaqları təsvir edilən suveniri Paşinyana da verməklə Azərbaycan Prezidenti ilə Paşinyanı eyniləşdirmək, eyni müstəviyə qoymaq, hər ikisinə eyni yanaşma sərgiləmək mövqeyi qətiyyən qəbul edilməzdir, bu düzgün deyil. Fikrimcə, Rusiya da bu mövqeyinə yenidən baxmalıdır” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbasın ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ