Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Soçidə iki ilginc məqam - Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli tənzimlənməsində üçtərəfli formatı xüsusi vurğuladı, Putin isə DQ probleminin hərtərəfli tənzimlənməsində üçtərəfli formatı vurğuladı - FOTO/VİDEO/YENİLƏNDİ

Image


Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub.

Prezident İlham Əliyevi salamlayan Prezident Vladimir Putin dedi:

- Hər vaxtınız xeyir, hörmətli İlham Heydər oğlu. Sağ olun ki, gəlməyə razılıq verdiniz. Çoxlu suallar yığılıb qalıb. Əlbəttə, Dağlıq Qarabağ probleminin nizamlaması ilə əlaqədar bizim üçtərəfli görüşümüz diqqət mərkəzində olacaq. Mən indicə öz həmkarlarımla - Sizin yaxşı tanıdığınız və iqtisadiyyat problemləri, nəqliyyat dəhlizlərinin açılması məsələləri ilə məşğul olan Rusiya hökumətinin Baş nazirinin müavini, müdafiə naziri, məlum olduğu kimi nizamlanma işinə əhəmiyyətli töhfə verən Sərhəd Xidmətinin tabe olduğu Federal Təhlükəsizlik Xidmətinin direktoru ilə söhbət edirdim.

Ümumiyyətlə, orada suallar çoxdur, lakin hər halda bizim ikitərəfli görüşümüzü ondan başlamaq istərdim ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi tamam olur. Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafiq şəkildə qeyd etməli olacağıq. Bununla əlaqədar demək istərdim ki, bizim strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Bunu demək kifayətdir ki, pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, hər halda bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir. Əlbəttə, humanitar əlaqələr bu fonda davam edir. Mən bizim görüşlərimizdə həmişə ilk növbədə bu barədə danışıram. Rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizdə 304, hətta mən bilən daha çox - 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənilirlər. Bu da yaxşı göstəricidir, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir. Bu əlaqələr həqiqətən çoxtərəfli xarakter daşıyır. Humanitar sahədə münasibətlər də, gənclərin əlaqələri də inkişaf edir. Bizdə bu cür ümumbəşəri səviyyədə dəstəklənən tədbirlər çoxdur. Bu, gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır.

Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəldikdə isə, bu barədə üçtərəfli formatda danışarıq. Bir azdan Ermənistanın baş naziri bizə qoşulacaq və biz bu diskussiyanı davam etdirəcəyik. Lakin mənə belə gəlir ki, burada bizim sülhməramlılar da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir.

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz.

X X X

Prezident İlham Əliyev dedi:

- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam. Bu il ərzində biz çox fəal dialoq aparmışıq – həm görüşmüşük, həm də tez-tez telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir. Lakin mən əvvəlcə Kemerova vilayətində kömür şaxtasında baş vermiş faciə ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək istərdim. Təəssüf ki, xeyli insan həlak olub. Dünən Sizə teleqram göndərmişəm. Bu gün Azərbaycan xalqı adından bir daha Sizə, bütün Rusiya xalqına başsağlığı vermək istəyirəm.

Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Bu, sadəcə söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.

Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanması üzrə bizim fəaliyyətimizi qiymətləndirdiyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik. Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq.

Dəvət üçün bir daha çox sağ olun, təkcə Rusiyanın deyil, bütün dünyanın incisi olan bu diyarın gözəl təbiətinə heyran olduğumu bir daha bildirmək istərdim.

Vladimir Putin: Çox sağ olun.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

-Hörmətli həmkarlar, dostlar.

İlk növbədə, sizə təşəkkür etmək istərdim ki, mənim dəvətimə cavab verməyi və atəşkəs haqqında bəyanat qəbul ediləndən sonra bir il ərzində görülmüş işə müəyyən yekun vurmaq üçün Rusiyaya gəlməyi mümkün hesab etmisiniz. Sonra biz artıq cari ilin yanvarında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılaşmalarımızı təsdiq etdik. Bu müddətdə həqiqətən az iş görülməyib.

Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində, biz sizinlə bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin.

Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb. Yaxşı monitorinq qrupu yaradılıb, bizim kontingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərləndirməsindən belə başa düşürəm ki, layiqincə işləyir, insanların həyatı üçün təhlükəsiz şərait təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu, çox vacibdir.

Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Mənim həmkarlarım işin necə getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik.

Mənə elə gəlir ki, bütün səylərimizin məqsədi bundan ibarətdir, yəni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki, hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır.

Ermənistan və Azərbaycan ilə münasibətlərin xüsusi xarakterini nəzərə alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin kəsilməsini istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də dəstəkləməyə səy göstərməliyik.

Əvvəldə mənim demək istədiklərim bunlardır.

Biz indi İlham Heydər oğlu ilə birgə işlərin gedişində razılaşdırmalı olacağımız məsələləri qabaqcadan müzakirə etdik. Ermənistan tərəfi ilə biz bunu qabaqcadan, vaxtında etmişik, Ermənistanın baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə danışmışıq. İndi, görüş yerinə gələndə də bu barədə fikirlərimizi bölüşdük. Bizim üçtərəfli görüşümüzdən sonra Nikol Vovayeviç qalacaq, biz hələ onunla ikitərəfli görüş də keçirəcəyik.

Görüşümüzün əvvəlində mənim demək istədiklərim bunlardır. Əgər görüşümüzün əvvəlində həmkarlarımın deməyə sözü və istəyi varsa, buyursunlar.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev: Dəvət üçün çox sağ olun, Vladimir Vladimiroviç. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Sizin şəxsi iştirakınızı və əlbəttə, keçən il Bəyanatın mətninin razılaşdırılması işində fəal iştirakınızı Azərbaycanda yüksək qiymətləndiririk. Siz qeyd etdiyiniz kimi, biz ilin əvvəlində bu formatda görüşmüşdük, indi artıq ilin sonunda görüşürük. Yekun vurmaq olar. Əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir. Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımırdı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istərdim.

Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, - bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, - bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk.

Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq.

Əlbəttə, bir sıra başqa məsələlər də qarşıya çıxır, lakin onlar operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir.

Dəvət üçün, yenidən belə bir görüş keçirmək imkanı üçün bir daha təşəkkür edirəm.

X X X

Ermənistanın baş naziri Nikol Paşinyan: Vladimir Vladimiroviç, icazə verin, əvvəlcə dəvətə, bu görüşün təşkilinə görə Sizə təşəkkür edim. Bugünkü görüşün gündəliyinə keçməzdən əvvəl icazə verin, Kuzbasda çoxsaylı insanın həlak olması ilə nəticələnmiş partlayışla əlaqədar öz adımdan, erməni xalqı adından Sizə başsağlığı verim. Həlak olmuş şaxtaçıların bütün doğmalarına və yaxınlarına başsağlığı vermək istəyirəm.

Prezident Vladimir Putin: Sağ olun.

Nikol Paşinyan: Keçən il müharibənin dayandırılmasında Sizin rolunuz və Rusiya Federasiyasının rolu aşkardır. Noyabrın 9-dan sonra Dağlıq Qarabağda, Laçın dəhlizi boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Aşkardır ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır. Lakin təəssüflə vurğulamaq istəyirəm ki, vəziyyət istənilən qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir. Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan Respublikasının suveren ərazisidir.

Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir. Lakin demək istəyirəm ki, mənim fikrimcə bu gün biz təkcə problemləri səsləndirmək üçün deyil, söhbət etmək, məsələləri müzakirə etmək və mövcud problemləri həll etmək üçün toplaşmışıq. Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik. Mən gördüm, Siz Azərbaycan Prezidenti ilə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini də xatırlatdınız. Azərbaycan Prezidenti də indicə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsini xatırlatdı. Əlbəttə, biz də bunda maraqlıyıq və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır. Düşünürəm ki, çox məsələləri üçtərəfli formatda, ikitərəfli formatda müzakirə və həll etmək lazımdır və mümkündür.

Deməliyəm ki, Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında birbaşa əlaqələr də nəzərdə tutulur. Mənim fikrimcə, o qədər də yaxşı və pozitiv olmayan nüanslar fonunda bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən başlıcası, təkrar etmək istəyirəm, üzr istəyirəm, düşünürəm ki, bugünkü görüşün əsas mənası hansısa problemlərin mövcud olmasını və ya mövcud olmamasını, sadəcə, səsləndirmək deyil. Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərarlara gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir. Sağ olun.

X X X

Prezident Vladimir Putin: Mənə belə gəlir ki, sizin indicə dedikləriniz - həm Azərbaycan Prezidenti tərəfindən, həm də Ermənistanın baş naziri tərəfindən deyilənlər, əslində, çox vacibdir. Vəziyyətin normallaşdırılmasının inkişafında, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı var. Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırlatdınız. İlham Heydər oğlu da bu barədə danışıb. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr, - biz qonşuyuq, biz böyük əmtəə dövriyyəsinə malikik, - hamımız bu məsələdə maraqlıyıq. Birincisi də, ikincisi də, biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri, əvvəlcə delimitasiya, daha sonra demarkasiya işlərini sahmana salaq. Əlbəttə, biz bu barədə də bu gün danışacağıq. Baxmayaraq ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var. Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir. Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir. Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı olsun. Çox sağ olun.

  • Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Rusiya Prezidenti Vladimir Putinin bəyanatı

-Bizim üçtərəfli görüşün yekununda mən öz həmkarlarım – Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə bir daha təşəkkür etmək istərdim ki, onlar Rusiyaya gəlməyə və Qarabağ problemi ətrafında və bütövlükdə, hazırda regionda nizamlama məsələlərində yaranan vəziyyəti müzakirə etməyə razılaşıblar. Əvvəlcədən deməliyəm ki, bu gün biz çox konstruktiv şəkildə işləmişik. Bu gün üçün yaranmış vəziyyət dərindən təhlil edilib. Biz Rusiya sülhməramlılarının, sərhədçilərin, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan, insanların daimi yaşayış yerlərinə qayıtmalarını təmin edən mütəxəssislərin işini yüksək qiymətləndirdik.

Onu da qeyd etmək istərdim ki, mənim fikrimcə biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.

Diqqəti cəlb etmək istədiyim ikinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik.

Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə təşəkkürlərimi bildirmək istəyirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, icazə verin, bugünkü görüşə görə, həmçinin Azərbaycan ilə Ermənistan arasında mövcud məsələlərin həlli işində əlverişli şərait yaradılması üçün səylərinizə görə Sizə bir daha təşəkkürümü bildirim. İki ölkə arasında müharibəyə son qoymuş məlum Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və biz bu ili bütövlükdə, müsbət səciyyələndirə bilərik.

Vladimir Vladimiroviç, fürsətdən istifadə edib Sizə, habelə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə Qarabağda sülhməramlı fəaliyyətə görə bir daha təşəkkür etmək istərdim. Bu bir ildə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Əlbəttə, bu il ərzində çox mühüm hadisələr baş verib. Biz bu formatda artıq ikinci dəfə görüşürük – ilin əvvəlində və ilin sonunda. Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq.

Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq.

Vladimir Vladimiroviç, dəvətə və bugünkü görüşə görə Sizə bir daha təşəkkür edirəm.

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatı

-Vladimir Vladimiroviç, icazə verin, dəvətə görə və əlbəttə, pozitiv iş şəraiti yaradılmasına görə Sizə bir daha təşəkkür edim. Mən təsdiqləmək istəyirəm ki, bizim çox müsbət görüşümüz, müsbət söhbətimiz oldu. Biz faktiki olaraq, gündəlikdəki bütün məsələləri müzakirə etdik. Bu görüş problemi gizlətmək üçün deyildi. Bu görüşdə biz bütün məsələləri açıq müzakirə etdik. Qeyd etmək istəyirəm ki, bir çox məsələlər üzrə mövqelərimizi çox pozitiv dəqiqləşdirdik və məlum oldu ki, bəzi məsələlər barədə bu görüşə qədər güman edildiyi kimi, bizdə heç bir fikir ayrılığı yoxdur. Demək istəyirəm ki, biz regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi barədə həqiqətən qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır. Delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusu təzə deyil. Biz bu məsələni müzakirə etdik. Biz həm də Üçtərəfli Bəyanat qəbul etdik, orada qeyd etdik ki, bundan əvvəl zəruri şərait yaratmaq, yəni Ermənistan ilə Azərbaycan arasında sərhəddə müəyyən təhlükəsizlik və sabitlik mexanizmləri yaratmaq lazımdır.

Əlbəttə, humanitar məsələlərə də toxunuldu. Bugünkü söhbətləri, bugünkü görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm. Bizim strateji müttəfiqimiz olan Rusiya Federasiyasına bu təşəbbüsə görə bir daha təşəkkür etmək istəyirəm. Fikrimcə, əgər bu görüşün bazasında bizim söhbətimizin müəyyən dinamikasını yarada bilsək, onda konkret nəticələr də gözləmək olar. Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm və bizim hədəfimiz budur. Əlbəttə, bugünkü görüşümüz bu gündəliyin reallaşmasının xeyrinə oldu. Sağ olun.

Prezident Vladimir Putin: Son olaraq bir daha vurğulamaq istəyirəm ki, görüş yüksək dərəcədə faydalı və vaxtında oldu. Artıq deyildiyi kimi, biz bugünkü birgə işimizin nəticələrinə əsasən Bəyanat imzaladıq. İctimaiyyət və kütləvi informasiya vasitələri bu bəyanatla tanış ola bilərlər. Orada bizim məşğul olduğumuz və razılığa gəldiyimiz bütün məsələlər ətraflı şərh edilib.

Məndən sol tərəfdə bizim həm erməni dostlarımıza, həm də azərbaycanlı dostlarımıza hədiyyəmizi – sülhün və əmin-amanlığın rəmzi olan zeytun budağını görürsünüz. Mən çox ümid edirəm ki, bugünkü razılaşmalar yerinə yetiriləcək və bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması işində növbəti addımlar üçün şərait yaradacaq. Sağ olun..

  • Bəyanat imzalandı...

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ