Azərbaycan bu il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələsində maksimum konstruktivlik nümayiş etdirib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.