Putin: "Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb" - YENİLƏNDİ

img

Pandemiya məsələlərinə, bununla əlaqədar iqtisadi məhdudiyyətlərə baxmayaraq, bu ilin ilk 9 ayı ərzində Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Prezident bildirib: "Ümumiyyətlə, orada suallar çoxdur, lakin hər halda bizim ikitərəfli görüşümüzü ondan başlamaq istərdim ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi tamam olur. Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafiq şəkildə qeyd etməli olacağıq. Bununla əlaqədar demək istərdim ki, bizim strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Bunu demək kifayətdir ki, pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, hər halda bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir".

Son xəbərlər