şənbə günü, 14 noyabr 2026
     

ABŞ-ın demokratiyaya da ikili standartlardan yanaşması dünya boyu narazılıq doğurmağa başladı

Image


Məlum olduğu kimi, ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda “Demokratiya zirvəsi” adlı sammit keçiriləcək. Ümumilikdə, sammitə 109 ölkə dəvət olunub. Siyahıya nəzər yetirdikdə bu dövlətlərin hansı kriteriya ilə seçildiyi ciddi sual doğurur.

Sammitə dəvət olunan ölkələrə selektiv münasibət, ABŞ-la münasibətlərində problemlər olduğuna, müstəqil siyasət yürütdüklərinə görə bir sıra demokratik ölkələrin siyahıdan kənarda qalması artıq beynəlxalq miqyasda ciddi müzakirə mövzusuna çevrilib. Bu hal, eyni zamanda, Bayden administrasiyasına qarşı ittihamlara səbəb olub. Çünki ölkələrə ikili standartlar əsasında, selektiv şəkildə yanaşma ABŞ-ın ədalətli dövlət olmasının üzərinə yeni kölgə salır. ABŞ-ın demokratiya anlayışını monopoliyaya götürməsi və əlahiddə seçim səlahiyyətinə malik olduğunu açıq nümayiş etdirməsi bu mənada dünyada birmənalı qarşılanmır. Hesab edilir ki, Ağ Evin demokratiyaya və onun yayılmasına belə ayrıseçkilik mövqeyindən yanaşması demokratik prinsiplərə ziddir. Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Cao Licien məsələ ilə bağlı bildirib ki, Birləşmiş Ştatların Qərb tərzi demokratiya modellərini başqa ölkələrə yaymağa və "demokratiya"dan özünün qlobal strategiyasını, geosiyasətini reallaşdırmaq üçün alət kimi istifadə etməyə çalışması özlüyündə demokratik dəyərlərin ən böyük məhvidir: "Demokratiya hər hansı bir ölkənin patenti deyil, o, bəşəriyyətin ortaq dəyəridir". Cao Licien əlavə edib ki, demokratiyanın forması və ona nail olmaq yolu vahid deyil, heç bir ölkənin də demokratiyanı müəyyənləşdirmək və mühakimə etməyi inhisara almaq hüququ yoxdur. Çinlə yanaşı, dünyanın bir çox ölkəsində də ABŞ-ın subyektiv xarakter daşıyan demokratiya siyasətinə, ölkələr arasında fərqləndirmələr etməsinə narazılıqlar artır. Bu da səbəbsiz deyil. Ekspertlər bildirir ki, bu sammitə ABŞ-ın Rusiya və Çinə qarşı geosiyasi mübarizəsi, dünyadakı strateji nöqtələrdə ona sərf etməyən siyasi rejimlərə qarşı apardığı “demokratiya” siyasəti kontekstində yanaşılmalıdır. Yaxın Şərq Demokratiya Layihəsi üzrə tədqiqat direktoru Emi Hazron bu xüsusda qeyd edir: “Aydındır ki, Çinə qarşı mübarizə ilə bağlı strateji mülahizələr Hindistan və Filippin kimi Çinin qonşuluğunda yerləşən çox problemli, geri dönmüş demokratiyaları dəvət etməkdə rol oynayır”.  Bu fikirlər məsələnin mahiyyətinin üzə çıxmasında az rol oynamır.

ABŞ-ın sammitə dəvət etdiyi daha bir ölkə Ermənistandır. Bu ölkədə, ümumiyyətlə, demokratiyanın zərrəsi belə mövcud deyil. Ölkənin keçmiş prezidentlərinə qarşı saysız-hesabsız cinayət işləri açılan, müxalif heç bir fikri yaxına buraxmayan və sərt şəkildə cəzalandıran, terrora dəstək verən Ermənistan ABŞ-ın gözündə “demokratiya zirvəsi”nə ucalacaq məqamda dayanıb. Ağ Ev Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətləri də nədənsə nəzərə almayıb. Hazırda parlamentli respublika adı altında erməni hakimiyyəti bütün rəqiblərinə qarşı pressinq aparır. Yeri gəlmişkən, bu yaxınlarda BMT-nin İnsan Haqları Komitəsi Ermənistanda sərbəst toplaşma azadlıqlarının əsassız məhdudlaşdırılması, dinc nümayişlərə polis müdaxiləsi və nümayişçilərin qanunsuz olaraq uzunmüddətli saxlanmasından narahatlığını ifadə edib. Komitənin sözügedən məsələ ilə bağlı bəyanatında bildirilir ki, BMT ekspertləri Ermənistana aksiyalar zamanı polisin sayını azaltmağı və həddən artıq güc tətbiq olunaraq həbslərin həyata keçirilməsi barədə faktları araşdırmağı tövsiyə edib. Komitə Ermənistanı daxili qanunvericiliyin BMT-nin hüquq-mühafizə orqanları tərəfindən güc və odlu silahın tətbiq olunması üzrə Əsas Prinsiplərinə tam uyğunlaşdırılmasını təmin etməyə çağırıb. Məhkəmə hakimiyyətinin asılılığına gəldikdə, komitə icra və qanunverici hakimiyyətin hakim və prokurorların təyinatı və azad edilməsi prosesinə təsirindən narahatdır. Komitə Ermənistan hökumətinə hakim və prokurorları istənilən təzyiq formasından və müdaxilədən qorumağı və onların təhlükəsizliyini təmin etməyi tövsiyə edib. Bütün bunlar Ermənistanın demokratiyadan nə qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirir. Amma ABŞ, nədənsə, bunları nəzərə almaq istəmir.

O da məlumdur ki, NATO üzvü olmaq üçün tələb edilən kriteriyalardan biri də insan haqları və qanunun aliliyinə sadiqlikdir.  NATO üzvü olan, Avropa İttifaqına namizəd sayılan Türkiyənin “demokratiya zirvəsindən” kənarda qalması və guya müvafiq kriteriyalara cavab verməməsinə dair iddia, bu mənada, sadəcə absurddur. Eyni sözləri sammitə dəvət almayan Macarıstan barədə də demək olar. Bu bir daha təsdiqləyir ki, “demokratiya zirvəsində” iştirak edən dövlətlərin siyahısı obyektiv deyil. Əslində, ABŞ-ın özündə demokratiya ilə bağlı vəziyyətə nəzər salmaqla əsl məsələdən xəbər tutmaq olar. Son seçkilər və ondan sonrakı proseslər, Donald Trampın seçkilərin saxtalaşdırıldığını bildirməsi, onun nəticələrini tanımaması, sabiq prezidentin sosial mediaya çıxışlarının bloklanması, eyni zamanda Ferqyusonda baş verən iğtişaşlar və digər hadisələr ABŞ-da demokratiyanın iflasından xəbər verir.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ