şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın Qarabağda istifadə etdiyi hücum ssenarisinin Ukraynada tətbiqinə hazırlıq başladı

Image


Qərb dövlətləri, ABŞ başda olmaqla, əvvəlki kimi Rusiyanın şaxtalar düşəndə Ukraynaya qarşı genişmiqyaslı hücum əməliyyatlarına başlayacağını bildirir. Belə bir vaxtda diqqət çəkən məqamlardan biri Qərbin Ukrayna ərazisində və Qara dənizdə aktiv şəkildə hərbi qüvvə cəmləşdirməsidir.  

Yayılan məlumata əsasən, ABŞ Rusiyanın sərhədboyu qoşun cəmləşdirməsini nəzərə alaraq, Ukraynaya hərbi müşavirlər və yeni avadanlıqlar, o cümlədən silahlar göndərməyə hazırlaşır. Birləşmiş Ştatlar Ukraynaya tank əleyhinə “Javelin” raket komplekslərinin yeni partiyasını, “Stinger” daşınan zenit-raket komplekslərini göndərməyi planlaşdırır. Pentaqon israr edir ki, Əfqanıstan üçün nəzərdə tutulmuş bəzi avadanlıqlar, o cümlədən “Mi-17” vertolyotları Ukraynaya göndərilsin. “The Mirror” qəzeti isə yazır ki, Böyük Britaniya da Ukraynaya Rusiyanın gözlənilən müdaxiləsinin qarşısını almaq üçün hərbi dəstək göndərməyə hazırlaşır. Nəşrin yazdığına görə, Böyük Britaniya 600-ə qədər xüsusi təyinatlı döyüşçünü Ukraynanın köməyinə göndərməyə hazırdır. Situasiya ilə tanış olan mənbələr nəşrə deyiblər ki, Böyük Britaniya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Nik Karter Rusiya ilə Qərb arasında Ukraynadan başlayacaq müharibə risqinin çox yüksək olduğu qənaətindədir. Mənbələr deyiblər ki, Britaniya komandanlığı Ukraynanın köməyinə Xüsusi Hava Xidmətinin  döyüşçülərini, tibb personalını, mühəndisləri, rabitəçiləri, 16-cı hava-hücum briqadasından 400-ə yaxın hərbi qulluqçunu göndərməyə hazırlaşır. Onları ilk zərurət halında Ukrayna ərazisinə çatdıracaqlar. Britaniya xüsusi təyinatlıları bu missiya haqda xəbərdar ediliblər, onların avadanlıqları isə təcili nəql olunmaq üçün qablaşdırılıb. Mənbə onu da bildirib ki, xüsusi təyinatlıların hazırlanması barədə qərar Böyük Britaniyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin və MI6 xarici kəşfiyyat xidmətinin direktoru Riçard Murun hökumətə Kremlin Ukraynaya müdaxilə planlarının tamamilə ciddi olduğu barədə məruzələr təqdim etməsindən sonra qəbul edilib. MI6 direktoru bildirib ki, Rusiya və onun rəhbərliyi təkcə Ukrayna üçün deyil, bütün Qərb üçün real və aşkar təhdid təşkil edir.

“Globe and Mail” qəzeti isə qeyd edir ki, Kanada hökuməti də Ukraynadakı hərbi kontingentini gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir. Məlumata görə, Kanadanın milli müdafiə naziri təyin edilmiş Anita Anand hazırda belə bir təklifi nəzərdən keçirir. Mövcud kontingenti gücləndirmək üçün bir neçə variant var: Ukraynaya bir neçə yüz hərbi qulluqçu göndərmək, Rumıniyadan bu ölkəyə Kanadanın CF-18 qırıcılarını köçürmək, Kanada Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisini Qara dənizə göndərmək. Qeyd edək ki, 2015-ci ildən Kanada Silahlı Qüvvələri Ukraynanın Lvov vilayətindəki Yavoriv poliqonunda əsgər və zabitlərə təlim keçir. Missiyaya təxminən 200 kanadalı hərbçi daxildir. 2019-cu ilin martında Kanada hökuməti Ukraynadakı missiyanın müddətini 2022-ci ilin yazına qədər uzatmaq qərarına gəlib. Qeyd edilənlərə paralel olaraq ABŞ, Britaniya Qara dənizə hərbi gəmilər cəmləşdirir. Bu fonda Ukraynanın müdafiə və təhlükəsizlik Şurasının katibi Aleksey Danilov “Ukrinform” rəsmi xəbər agentliyinə müsahibəsində deyib ki, Qərb dövlətləri Rusiyanın hərbi təcavüzü qarşısında Ukraynanı tək qoymayacaq: “Hamı başa düşür ki, nə baş verir. Tərəfdaş ölkələr Ukraynadakı situasiya ilə bağlı məlumatlandırılıb və Putin müdaxilə qərarı verərsə, Rusiyanın hücumu zamanı Ukraynanı tək qoymayacaqlar”. Danilovun sözlərinə görə, Kremldə hələlik belə addıma gedib-getməmək barədə tərəddüd edirlər, amma Kiyev hadisələrin istənilən inkişafına hazırdır və Qərbin dəstəyini qazanıb: “Sirr deyil ki, biz kəşfiyyat məlumatları ilə mübadilə edirik. Naməlum olan yeganə məsələ budur - Putin hücum edəcəkmi, edəcəksə nə vaxt? Əgər “X” məqamı yetişsə, tərəfdaşlar Ukraynaya maksimal hərbi yardım edəcəklər”. NATO ölkələrinin Ukraynada fəallaşması, bura ordu qüvvələri cəmləşdirməsi Rusiyada kəskin reaksiya doğurur. Vladimir Putinin ən yaxın müşavirlərindən biri olan Rusiya Xarici Əlaqələr Şurasının idarə heyətinin rəhbəri Fyodor Lukyanov bu xüsusda bildirib ki, Ukraynada Şimali Atlantika Alyansı addımlarını davam etdirərsə, bu ölkəni öz sıralarına qəbuıl edərsə, Moskva Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacaq. Britaniyanın “The Telegraph” nəşrinin yazdığına görə, Lukyanov NATO-nun daha da Şərqə doğru irəliləməsinin Rusiya ilə qaçılmaz münaqişəyə səbəb olacağını da vurğulayıb: "Rusiya sistemi dəyişməli və yeni qırmızı xətlər çəkməli olacaq". Qeyd olunur ki, elə bu səbəbdən ABŞ və Avropa Rusiyanın hərbi müdaxiləsi təhlükəsi qarşısında Ukraynaya əlavə hərbi yardım göstərmək üçün danışıqlar aparır.

Bu arada “İzvestiya” Rusiya ordusunun Krıma TOS-1A “Solntsepek” və daha müasir TOS-2 “Tosoçka” ağır odsaçan komplekslərinin göndəriləcəyini yazır. Qəzetin yazdığına görə, Rusiya Cənub Hərbi Dairəsində bu komplekslərlə silahlanmış üç yeni batalyon yaradılır, onlar Ukrayna ilə sərhəddə və Krımda yerləşdiriləcək. Rusiya mediasının yazdığına görə isə, ölkənin Baş qərargahındakı mənbə Kiyevin Donbası “zəbt etmək” planını açıb. Mənbənin iddiasına görə, Azərbaycanın ötən il Qarabağda istifadə etdiyi hücum ssenarisi əsasında Ukrayna ordusunun Donbas üzərinə sürətli hücuma başlaması təhlükəsi var. Hücumun dekabrın sonlarında - yanvarın əvvəllərində, Yeni il bayramı fonunda başlayacağı iddia edilir. Mənbə iddia edib ki, Ukrayna qoşunlarının qarşısına qoyulmuş vəzifə Donetsk və Luqansk “xalq respublikalarının” dərinliklərində mövqelər tutaraq onları əldə saxlamaq, yerli əhali arasında “təmizləmə” aparmaqdır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ