şənbə günü, 14 noyabr 2026
     

Soçi görüşünün ardınca müxalifət Ermənistanda vəziyyəti qarışdırmaq istəyir…

Image


Baş nazir Nikol Paşinyanın noyabrın 23-də keçirdiyi onlayn mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı Ermənistanda yeni siyasi qalmaqal qopub. Burada müxalifət Paşinyanın səsləndirdiyi fikirlərdən istifadə edərək, baş nazirə qarşı daha aqressiv mövqe sərgiləməyə can atır.

Həmin mətbuat konfransında Paşinyan bildirmişdi ki, noyabrın 26-da Azərbaycan lideri ilə keçiriləcək görüşdə hər hansı sənəd imzalanarsa, bu yalnız delimitasiya və demarkasiyanı həyata keçirəcək komissiyanın təşkili və formatı barədə olacaq. Paşinyan burada Ermənistanın üzləşdiyi təhlükəsizlik çətinliklərinə də toxunmuşdu. Baş nazir dəfələrlə etiraf etmişdi ki, “biz hazırda minalanmış sahədən keçirik və çox ehtiyatlı olmalıyıq”. Bu fonda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bağlı “Şərəf duyuram” müxalifət fraksiyasının deputatı Ayk Mamicanyan qeyd edir ki, Paşinyan onun bəyanatlarını təkcə daxili auditoriyanın eşitmədiyini unudur. Deputat bildirib ki, baş nazirin iki saat davam edən mətbuat konfransında səsləndirdiyi fikirlər Ermənistanın mövqeyini daha da zəiflədib: “Sualların əvvəlcədən göndərildiyi nəzərə alınarsa, onun suallarla tanış olmaq üçün vaxtı olub. Suallar qruplaşdırılmışdı. O, sadəcə olaraq, tənbəl şagird kimi ev tapşırığını yerinə yetirməyib”. Mamicanyan xatırladıb ki, Paşinyanın mətbuat konfransında səsləndirdiyi başqa fikirlərdə zor tətbiq edilməsi, Azərbaycanın şantajdan istifadə etməsi və Ermənistanı cəngəlliyə çevirmək istəməsi kimi təhlükələrdən söz açılır. Millət vəkili sual edib ki, baş nazir delimitasiya və demarkasiya prosesinə hədə altında niyə gedir? Mamicanyan eyni zamanda soruşur ki, delimitasiya və demarkasiyanın başlanması Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdirmi? “Azatutyun” radiosu yazır ki, Paşinyan mətbuat konfransında bu qəbildən olan suallara cavab verərkən 1991-ci ildə MDB yaradılarkən Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını deyib. Minasyan iddia edir ki, Paşinyanın bu bəyanatları da ciddi narahatlıq yaradır: “Bəs qarabağlılar hansı ərazidə öz müqəddəratlarını müəyyən edəcəklər? Paşinyan azərbaycanlıların, türklərin və sairin dediklərini deyirdi. Əgər diqqətli olsaydınız, bilərdiniz ki, o, ərazi məsələsinə başqa müstəvidə baxır. Yəni biz Qarabağın hansısa konkret ərazidə öz müqəddərratını təyin etməsi və xalqın bu ərazidə təhlükəsizliyinin təminatı məsələsini qaldırmamalıyıq və yalnız xalqın bu ərazidə yaşamaq hüququ olması məsələsini qaldıra bilərik. Bu o deməkdir ki, o, Qarabağ problemini Azərbaycanın tərkibində, həm də Qarabağ ermənilərinin fiziki varlığına daimi təhlükə şəraitində görür. Başqa sözlərlə, onun səsləndirdiyi formul ermənilərin Qarabağdan qovulması formuludur”. “Azatutyun” radiosu yazır ki, baş nazirin iki saat davam edən mətbuat konfransında müxalifətçilərə ən ağır gələn bu məqam olub. Bu arada daha bir maraqlı məqam odur ki, Paşinyan baş nazir vəzifəsində ən böyük sarsıntını 2019-cu ildə Noraqavit gömrüyündə Ermənistanın bayrağını döşəmənin üstündə görərkən keçirdiyini deyib. Müxalifətçilərin firkincə, burdan belə çıxır ki, Paşinyanı 44 günlük müharibənin minlərlə qurbanı, Qarabağın böyük bir hissəsinin itirilməsi sarsıtmayıb.

Digər keçmiş prezident Robert Köçəryanın “Hayastan” müxalif blokundan deputat Artsvik Minasyan isə qeyd edir ki, əvvəla, Paşinyanın dediklərinə inanmır, ikincisi də, imzalanmalı hər hansı sənəd parlamentə təqdim olunmalıdır: “Mən inanmıram ki, bu sənəddə təhlükəli müddəalar olmayacaq. Bununla belə, Paşinyan çıxışında o qədər təhlükəli fikirlər səsləndirib ki, bu fikirlər bəyanat və ya sənəddə də yer ala bilər. İkincisi də, onun beynəlxalq münasibətlər çərçivəsində imzalamalı olduğu sənəd parlamentdə ratifikasiyadan keçməlidir”. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan noyabrın 25-də parlamentdə rəhbərlik etdiyi müxalifətçi “Hayastan” fraksiyasının təşəbbüsü ilə keçirilən dinləmədə iddia edib ki, delimitasiya və demarkasiya qanla və birtərəfli qaydada keçirilir. Ohanyan bəyan edib ki, Ermənistan hakimiyyəti sərhədlərin dəqiqləşdirilməsi prosesinə bunun üçün müvafiq şərait olmadan başlayır. Onun sözlərinə görə bu, “Türkiyə-Azərbaycan hiyləsinə” uyğun olaraq keçirilən tələsik və vaxtsız prosesdir: “Bugünlərdə delimitasiya və demarkasiya əslində ən alçaq bir tərzdə aparılır - erməni əsgərin qanı ilə. Noyabrın 16-da baş verən hadisə bunun təsdiqidir. Ali hakimiyyətin bir nümayəndəsi də izah eləmədi ki, birgünlük müharibə niyə baş verdi, onun ardınca nələr oldu və ondan əvvəl nə olmuşdu. Fakt budur ki, indi bizim həlak olanlarımız, yaralılarımız, əsirlərimiz var və Azərbaycan Ermənistanın suveren ərazisinə girib. Yəni sərhədin qanla demarkasiyası baş verib”. Ohanyanın sözlərinə görə, bu gün Ermənistanda bir nəfər də yoxdur ki, ölkənin sərhədini millimetrinədək dəqiqliyi ilə təsəvvür etsin, çünki sərhədlər sovet illərində dəyişdirilirdi: “Müharibə vaxtı tutulmuş mövqelər sərhədə dair gələcək danışıqlara böyük təsir göstərəcək. Ən mühüm mövqeləri Azərbaycana verməklə, yolları, sərhədyanı kəndləri təzyiq altında qoymaqla, alternativlər axtarmaqla hazırkı hakimiyyət ölkənin təhlükəsizlik potensialını heçə endirib. Mən bilmirəm ki, gələcəkdə alternativ İrəvan harda olacaq”.

Dinləmədə bilavasitə çıxış etməyən parlamentdənkənar qüvvələrin nümayəndələri isə bu dinləmənin artıq gecikdiyindən narahatlıq ifadə ediblər. Son günlərdə İrəvanda keçirilən antihökumət aksiyalarının təşkilatçılarından vəkil Ara Zöhrabyan deyib ki, parlamentdə oturub gözləmək lazımdır: “Qoy Paşinyan təyyarədən düşüb nə dediyini, nəyi müzakirə etdiyini, nə imzaladığını, xalqımızın başına daha hansı müsibətləri gətirmək istədiyini desin”.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ