çərşənbə günü, 30 sentyabr 2026
     

ABŞ Türkiyənin Qafqazda rolu barədə siyasətini əsaslı şəkildə dəyişdi - nə baş verdi...

Image


“Müharibədən sonra Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında sülh danışıqları və barışıq ətrafında dəstək göstərməyə çalışıb”. Bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı deyib.

O xatırladıb ki, Amerika tərəfinin vasitəçiliyi ilə azad edilmiş ərazilərin minalanmış xəritələri qarşılığında Azərbaycan əsirləri geri qaytarıb.

“Beləliklə, indi sual budur ki, ABŞ-ın dəstəyi ilə, Minsk Qrupunun digər ölkələrinin dəstəyi ilə, Türkiyənin dəstəyi ilə məhbuslar baxımından, minalar baxımından iki ölkə arasındakı gərginliyin azaldılmasına daha da töhfə verə bilərikmi? Daha sonra daha geniş bir sülh və uzlaşma prosesinə yol aça biləcək kiçik addımlar atmağa kömək edərik. Beləliklə, dövlət katibi, prosesdə fəal iştirak edən və qonşu ölkə olan Türkiyəyə bacardığımız qədər kömək etməyə hazır olduğumuzu açıqladı”, - deyən rəsmi bu həftə azərbaycanlılar və ermənilərlə ikitərəfli görüşlər keçirəcəklərini, eyni təklifi orada da edəcəklərini bildirib.

Burada diqqəti çəkən məqam odur ki, 44 günlük müharibə dövründə Tramp administrasiyası Türkiyənin proseslərdə iştirak etməsinin əleyhinə idi. O vaxt dövlət katibi Mayk Pompeo Türkiyənin bölgədə iştirakına qarşı açıq narazılığını bildirdi. Qeyd etdi ki, Türkiyə regionda Qarabağla bağlı yanlış addımlar atır və s. Ancaq o dövrdən fərqli olaraq, bu gün Dövlət Departamentinin nümayəndəsi Türkiyənin bölgədə bu aktivliyində özləri üçün mənafe, mənfəət görür. Onu gücləndirmək və bu imkanları genişləndirmək baxımından bəyanat verirlər. Bu o deməkdir ki, Cənubi Qafqazda Türkiyənin rolu ilə bağlı ABŞ-ın siyasətində prinsipial dəyişiklik baş verib. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?

  • “Vaşinqton Türkiyənin istər Cənubi Qafqaz, istər Suriya, istər Ukrayna, istərsə də Əfqanıstanla bağlı siyasətində onu dəstəkləyəcək”

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun fikrincə, Vaşinqtonun bu siyasətində dəyişiklik təsadüfi deyil: “Bu, cənab Ərdoğanın Vaşinqtonda prezident Baydenlə göruşundən sonra baş verdi. Həmin göruş zamanı tərəflər arasında Cənubi Qafqaz və ümumiyyətlə MDB məkanında, həmçinin dunyada cərəyan edən hadisələrin müzakirəsində üst-üstə düşən məqamların olması üzə çıxdı. Bu da ABŞ Dövlət Departamentinin səsləndirdiyi fikirlərdə öz əksini tapdı. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Rusiyanın onunla məsləhətləşmələr aparmadan Qarabağda sülhməramlılarını yerləşdirməsindən narazı qalıb. Üstəlik, Rusiyanın tərəflərlə razılaşdırılmış sülhməramlılarının sayı barədə ABŞ-ın şübhələri var. Azərbaycanın Ermənistanla savaşı zamanı diplomatik, mənəvi, siyasi, hətta hərbi anlamda yanımızda olan Türkiyənin Ermənistanla əldə edilmiş razılaşmalarda müəyyən mənada kənarda qalması bəzi suallar yaratdı. Hərçənd, rəsmi Ankara Azərbaycanın qəbul edəcəyi bütün qərarlarda yanında olacagını bəyan edib. ABŞ son vaxtlar Türkiyə və Rusiya arasında istər Cənubi Qafqaz, istərsə də Suriya ətrafında cərəyan edən hadisələrə münasibətdə fərqli mövqedən çıxış etmələrinə diqqət yetirir. Putinin Əsədlə göruşündə muzakirə edilən məsələlər və bundan sonra rusların Suriyada İdlibi, ətrafını bombalamağı Ankaranı narazı salıb. Bundan əlavə, Türkiyə-Ukrayna münasibətləri, bu ölkə ilə genişlənməkdə olan hərbi əməkdaşlığı Moskvanı narahat edir. Türkiyənin Krım probleminin Ukraynanın ərazi butövluyu çərçivəsində həllinin vacibliyi ilə bagli sərgilədiyi mövqe və digər məsələlər Vaşinqtonun maraqlarına cavab verir. Bütün bunlar ABŞ maraqlarına cavab verə biləcək bir vəziyyətin yaranmasına səbəb ola bilər. ABŞ var gucu ilə çalışır ki, Ankara-Rusiya munasibətlərində çat yaransın və dərinləşsin. Türkiyə NATO üzvudur və ABŞ siyasi elitası anlayır ki, Ankara ilə razılaşmadan keçinmək olmaz. Türkiyənin həyati maraqları olan bölgələrdə qlobal və regional xarakterli problemləri çözmək xeyli çətin, mürəkkəb ola bilər. Məhz buna görə də ABŞ Türkiyənin istər Cənubi Qafqaz, istər Suriya, istər Ukrayna, istərsə də Əfqanıstanla bağlı siyasətində onu dəstəkləyəcək. Həmçinin, hər vəchlə Rusiya ilə qarşıdurmaya sürükləməyə çalışacaq. Bu, ABŞ-ın Türkiyəyə xüsusi sevgi və ya ehtiramindan irəli gəlmir. Bu, həyati maraqları olan bölgələrdə onu Rusiya ilə üzbəüz qoymaqla hər iki tərəfi yormaq, zəif salmaq, hərbi və iqtisadi imkanlarına zərbə endirmək kimi geosiyası planlarından irəli gəlir”.

Politoloq onu da qeyd etdi ki, son zamanlar gərginləşməkdə olan Türkiyə-İran münasibətlərində də “yanki”lərin “xidmətlərini” sezməmək olmur.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ