Nuland Ceyhun Bayramovla görüşdən yazdı və Əfqanıstana görə Azərbaycana təşəkkür etdi

img

Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland "Twitter" hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünə dair məlumat paylaşıb. Nuland Əfqanıstandan təxliyə səylərinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

"BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş keçirdim. Həbs olunanların azad edilməsi, minalardan təmizləmə və siyasi barışıq kimi bölgədə sülhün və sabitliyin təşviqinə dair addımlarla Minsk Qrupu həmsədrlərinin mexanizmi vasitəsilə də daxil olmaqla irəliləyiş gözləyirik", - deyə Nuland yazıb.

Son xəbərlər