İran XİN müavini Ağdama səfər edib - FOTO

img

İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpurun başçılıq etdiyi heyət və Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun başçılıq etdiyi türkiyəli heyətlə birlikdə Azərbaycanın Ağdama səfər edib.

Trend-in Qarabağ bürosunun məlumatına görə,səfər çərçivəsində qonaqlara Ağdamda ermənilər tərəfindən törədilən vəhşiliklər barədə məlumatlar verilir, nümayəndə heyətləri dağıntılarla yerində tanış olurlar.

Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Azərbaycan, İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin rəhbərlərinin üçtərəfli iclasında iştirak etmək məqsədilə 21 sentyabrda Azərbaycana səfər edib. Səfər çərçivəsində iranlı rəsmi Azərbaycan rəsmiləri ilə də görüşlər keçirib.

Son xəbərlər