Bazar günü günü, 15 noyabr 2026
     

Yunus Oğuz: "27 sentyabr ərazilərimizin geri qaytarılması ümidlərinin başlanğıcıdır" - MÜSAHİBƏ

Image


 "Bu tarix  yüz illərlə parçalanmış ruhumuzun  özünə dönməsi günüdür"    

Artıq bu ildən başlayaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar Prezident İlham Əliyev 2020-ci il 2 dekabr tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Maraqlıdır, belə bir sərəncamın imzalanması hansı zərurətdən doğurdu və Anım Gününün təsis edilməsinə nə dərəcədə ehtiyac var idi? Məsələ ilə bağlı suallarımızı Milli Vəhdət Partiyasının sədri,yazıçı-publisist  Yunus Oğuz cavablandırıb.

- Yunus bəy, tarixdə çoxsaylı Anım günləri yaşanıb, indinin özündə də kifayət qədər belə günlər mövcuddur. Sizcə, 27 sentyabr Anım Gününün xüsusi əhəmiyyəti nədən ibarətdir?

- 27 sentyabr şəhidlərimizin, Vətən yolunda canından keçən əsgərlərimizin Anım günüdür. Məlum olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı və icra olunmadı. Məlum 4 qətnamənin həyata keçirilməsi üçün 27 sentyabrda artıq Vətən müharibəsi başlandı. Vətən müharibəsini zəruri edən ən vacib detallardan biri mütəmadi olaraq Ermənistanın Qarabağda yerləşən silahlı qüvvələri tərəfindən mülkü əhalimizin atəşə tutulması, mütəmadi olaraq mülki insanların şəhid olması idi. Müharibənin başlanma səbəbi isə BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi idi. Əslində bu çox vacib bir məsələ idi. Çünki bundan əvvəl Ermənistan tərəfindən çoxsaylı təxribatlar olub, amma onların hamısı lokal xarakter daşıyıb. Deyək ki, 2016-cı il aprel hadisələrində kiçik bir ərazini azad etməyimizə baxmayaraq lokal xarakter daşıdı. Buna baxmayaraq, Azərbaycan əsgərinin və xalqının içində daha çox qələbə, zəfər hissi alovlandı. Aprel döyüşlərinin ardınca Naxçıvanda bir necə yüksəkliyin alınması, Tovuz döyüşünün özü  lokal döyüşlər idi. Məhz bu hadisələrin tam nəticəsi olaraq 27 sentyabr Vətən müharibəsinin başlanması kimi tarixə düşdü. Artıq Tovuz hadisələrindən sonra biz dözə biməzdik ki, Ermənistanın o zamankı müdafiə nazirinin "yeni müharibə, yeni ərazi" iddiası reallaşsın. Tovuz döyüşləri də məhz bu iddianın sübutu idi. Faktiki olaraq ermənilər bizim strateji obyektlərimizə, bu ərazidən keçən boru kəmərlərinə nəzarəti ələ keçirmək istəyirdilər. Məlum olduğu kimi, Tovuzda döyüşlərin getdiyi ərazidə strateji qaz və neft kəmərlərinin haradasa 15-20 kilometr məsafəsi var. Azərbaycanı təhdid yolu ilə,  daim müharibə vəziyyətində saxlamaq yolu ilə Dağlıq Qarabağa status məsələsini reallaşdırmaq istəyi vardı. Lakin 15 iyulda xalq çıxıb müharibə istəyini ortaya qoydu. Bunu heç bir siyasi partiya, heç bir qeyri-hökumət təşkilatı təşkil etməmişdi. Dövlətin özü də bunu təşkil etməmişdi. Xalq özü artıq müharibə istəyirdi. 15 iyulda xalqın Milli Məclis qarşısına yığışaraq müharibə istəməsi bunun təzahürü idi. Prezident də xalqın rəyini nəzərə alıb 27 sentyabrda əks- hücum göstərişi verərək cəmi 44 gün ərzində müharibəni zəfərlə başa çatdırdı.

- 27 sentyabr Anım Gününün ictimai-siyasi, tarixi əhəmiyyəti nədən ibarətdir?

-27 sentyabr Azərbaycan xalqının təkcə zəfər günü deyil, bu həm də işğal altında olan ərazilərimizin geri qaytarılması ümidlərinin  başlanğıcıdır. Bu tarix  yüz illərlə parçalanmış ruhumuzun özünə dönməsi günüdür. 27 sentyabr insanların milli vəhdətinin təmin olunduğu bir gündür. Bildiyiniz kimi müharibə vaxtı Azərbaycan artıq bir vücudda idi. Milli vəhdət bir vücudda idi, xalq, ordu bir idi. Nə siyasi partiyalar, nə qeyri-hökumət təşkilatları, nə də kənardan maliyyələşən insanlar bunun qarşısında duruş gətirə bilmədilər. Çünki görürdülər ki, artıq xalq özü bunu istəyir. Siz də gördünüz ki, 27 sentyabrda başlayan müharibədə xalq orduya necə kömək göstərirdi. Bu baxımdan 27 sentyabr bizim dövlət dirçəlişimizin, həm də dövlət şüurunun başlanğıcı idi.   

- Bu tarixin ölkədə milli birliyin təmin olunması, gənclərin vətənpərvərlik hissinin yüksəlməsində hansı rolu olacaq?

-   Hesab edirəm ki, 27 sentyabr Anım Günü olaraq dərsliklərə düşməli, təhsil ocaqlarında tədris edilməlidir. Çünki bu tarix 44 günlük zəfərin başlanğıcıdır. Gənclər bu kimi təbliğat vasitələri ilə böyüməlidirlər. Təsadüfi deyil ki, müharibə başlayan ilk gündə 52 partiya bəyanat verdi. Təsəvvür edin ki, həmin gün Azərbaycan, xalq ayağa durdu. Heç şübhəsiz ki, bu milli birliyin təzahürü idi. Xatırlayırsınızsa 1991- ci ildə bu birlik olmadı, məhz bu səbəbdən Azərbaycan ərazilərini itirdi. Həmişə demişəm ki, daxildə həmrəylik olmasa xarici düşmən üzərinə gedə bilmərik. Bu baxımdan 27 sentyabr sözün həqiqi mənasında milli birliyin başlanğıcıdır. Təbii ki, milli birliyin nəticəsi dövlətin inkişafı deməkdir. Bu gün də ona doğru gedirik. Vətənpərvərlik məsələsinə gəldikdə isə, o, təkcə Anım günləri ilə ölçülmür. Baxmayaraq ki, 27 sentyabr Anım Günü çox vacib məsələdir, ancaq vətənpərvərlik  daimi olmalıdır. Bu elə bir dinamik şəkildə olmalıdır ki, daima xatırlansın. Təhlil aparılsın, araşdırılsın ki, biz harda idik, hara gəldik.

- Siz çıxışlarınızda dəfələrlə demisiniz ki, 44 günlük Vətən mühadibəsi dünyanın düzənini dəyişəcək. Sizcə, Vətən müharibəsi dünya düzəninə hansı yenilikləri gətirdi?

- Məhz 27 sentyabrdan başlayaraq Türkiyə dünyada aparıcı dövlətlərdən birinə, Ərdoğan isə liderinə çevrildi. Zəfər günündən sonra isə Azərbaycan Cənubu Qafqazda, regionda aparıcı rol oynamağa başladı. Dövlətin də Ali Baş Komandanı Prezident İlham Əliyev  regionun liderinə çevrildi. Bunlar sıradan bir hadisələr deyil. Faktiki olaraq dünya düzəni dəyişdi. Mən hətta müharibə dövründə də televiziya çıxışlarımda qeyd etmişdim ki, bu müharibə dünya düzənini dəyişəcək. Belə də oldu, fikir verin, dünyada nələr baş verir. Avstraliya, Amerika, İngiltərə bir ittifaq yaratdı. Fransa NATO-dan kənarda bir ittifaq, konkret olaraq Avropa İttifaqının ordusunu yaratmaq istəyir. Bizdə də müharibədən dərhal sonra Şuşada Türkiyə-Azərbaycan bəyənnaməsi imzalandı. Milli Məclis səviyyəsində Pakistan-Azərbaycan-Türkiyə müqavilələri təsdiqləndi, birgə təlimlərə başlanıldı. Açıq-aydın görünür ki, artıq dünyanın düzəni dəyişir. Dünyanın düzəninin içində də Azərbaycan var. Geopolitika, geosiyasi məsələlər, geoekonomiya dəyişir ki, burada da Azərbaycanın payı var. Çünki Azərbaycan bu məsələlərdə önəmli rollardan birini oynayır. Müharibə təkcə bizim qələbə çalmağımızla bitmədi, müharibə hələ davam edir. Dünyanın hibrid müharibəsi başlayır ki, onun da əsasını biz qoyduq. Hibrid  müharibəsi dedikdə informasiya müharibəsi, texnologiya müharibəsi və canlı qüvvə başa düşülür. Hazırda dünya hibrid müharibəsinin əsaslarını Azərbaycandan öyrənməyə çalışır. Bax, 27 sentyabr bu kimi məsələlərə görə vacib tarixdir.   

- Dediniz ki, dünya düzəni dəyişib, müharibə isə davam edir. Ermənistanda revanş qüvvələr mövcuddur, qonşu dövlətlərin də Azərbaycanın qələbəsinə münasibətləri bəllidir. Belə halda 27 sentyabr Anım Günü Ermənistanda revanş ünsürlərin qarşısını almaq istiqamətində "dəmir yumruq" rolunu oynaya biləcəkmi?

- Ermənistanın başı üzərində demokl qılıncını  daim gərginlkdə saxlamaq lazımdır ki, regionda yerini və rolunu anlasın. 27 sentyabr Azərbaycan xalqını ayaqda saxladı, bundan sonra da elə etmək lazımdı ki, Azərbaycan xalqı həmişə ayaqda qalsın. Hecə ki, Türkiyə ayaq üstədir, inkişafı da gedir, biz də daim ayaq üstə qalmalıyıq. Bizim bir xasiyyətimiz var, başımızı atdıq, yatdıq, qurtardı. Yəni bur unutqanlığımız var. Amma xalqı ayaq üstə saxlasaq şübhəsiz ki, dövlət inkişafda olacaq.   

Alim




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ