Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycanda səfərdədir

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, müharibə bölgəsindən çox uzaqda yerləşən və mülki əhali və infrastrukturlara hədəflənmiş raket hücumları nəticəsində dağıdılmış ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Ombudsman Aparatından verilən məlumata görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti ilə birgə yerində araşdırılacaq.

Bu gün nümayəndə heyəti Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı ilə birlikdə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edən nümayəndə heyətinin üzvləri sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhu ehtiramla anılıb.

Səfər müddətində keçiriləcək rəsmi görüşlər və faktaraşdırıcı missiyalar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Son xəbərlər