Bazar günü günü, 15 noyabr 2026
     

Suriyada qorxunc Rusiya-Türkiyə savaşı yetişir...

Image


Son günlərdə Suriyada baş verənlər bu ölkəni yenidən dünyanın diqqət mərkəzinə gətirib. Hadisələrin inkişaf axarı Azərbaycanda da diqqətlə izlənilir. Çünki baş verənlər ölkəmizin əsas mütəffiqi olan Türkiyə ilə Rusiyanın Suriyada hərb müstəvisində toqquşma ehtimalını xeyli artırıb.

Məhz belə bir vaxtda Suriyada Bəşər Əsəd rejiminə sadiq ordu qüvvələrinin ölkənin şimalında, Türkiyədən dəstəklənən müxalif yaraqlıların nəzarətindəki İdlib bölgəsinə hücuma hazırlaşdığı haqda məlumatlar yayılıb. Rusiyanın hava dəstəyi ilə Suriya ordusu ən azından İdlib vilayətindən keçən və ölkənin şimalına aparan əsas magistral olan M-4 şossesini nəzarət altına almağı planlaşdırır. Bəzi məlumatlara görə isə, ümumiyyətlə İdlibin özünü də tutmaq planları var. Özü də bu haqda məlumatlar Bəşər Əsədin son Rusiya səfərindən sonra meydana çıxıb. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Rusiya dövlət başçısı və Əsəd Suriyadakı siyasi vəziyyəti, beynəlxalq terrorizmə qarşı mübarizəni, eyni zamanda, ikitərəfli əməkdaşlığı, o cümlədən humanitar əməkdaşlıq məsələlərini müzakirə edib. Rusiya lideri xatırladıb ki, hər iki ölkənin birgə səyləri nəticəsində Suriyanın əsas hissəsi terrorçulardan azad edilib, qaçqınlar aktiv şəkildə azad edilmiş rayonlara qayıdır, insanlar öz evlərini bərpa edir. Putin Əsədin icazəsi və BMT-nin qərarı olmadan xarici silahlı birləşmələrin Suriyanın ayrı-ayrı ərazilərində mövcudluğunu problem kimi qiymətləndirib. O əlavə edib ki, bu amil Suriya hakimiyyətinə ölkəni birləşdirmək üçün maksimal səy göstərməyə imkan vermir. Elə bundan sonra Rusiya və Suriya hərbi qüvvələri Türkiyədən dəstəklənən müxalif yaraqlıların nəzarətindəki İdlib bölgəsinə intensiv həmlələr edir. Bu fonda Türkiyə ordusunun Suriyanın şimalına əlavə qüvvələr yeritdiyi bildirilir. Belə ki, Türkiyə ordusunun hərbi texnika və canlı qüvvə karvanı artıq İdlib bölgəsinə daxil olub, daha bir karvanın isə hazırlandığı bildirilir.

Xatırladaq ki, ötən ilin əvvəllərində Suriya ordusunun, Rusiyanın güclü hava dəstəyinə və muzdlulara dəstək verməsinə baxmayaraq, İdlibi nəzarətə almaq üçün başlatdığı hücum uğursuz olub. Türkiyə “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrinin tətbiqi ilə hərbi əməliyyatların gedişini dəyişdirib və nəticədə Türkiyə ilə Rusiya arasında İdlib deeskalasiya zonasının yaradılmasına, atəşkəsə dair razılaşma əldə edilib. Amma indi vəziyyət yenidən gərginləşib. Məsələnin Rusiya prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında 29 sentyabrda Soçi şəhərinə baş tutacaq növbəti görüşdə əsas müzakirə predmetlərindən biri olacağı şübhəsizdir. Bu, Cənubi Qafqazda yeni geopolitik reallıqlar yaradan 44 günlük İkinci Qarabağ savaşının bitməsindən sonra Ərdoğan və Putinin ilk birbaşa canlı təması, görüşüdür. Elə Türkiyənin “haber7.com” portalının yazarı Taha Dağlı da bildirir ki, Ərdoğan-Putin görüşündə Qafqaz da əsas müzakirə mövzuları sırasında olacaq: “Ərdoğan-Putin zirvəsi üfüqdədir. Çox kritik mövzular var ki, Kreml bu zirvəni ikitərəfli münasibətlərin başlanmasından bəri ən əhatəli gündəm olaraq xarakterizə edib. əsas diqqət mərkəzində Suriya olacaq. Müxalifətin Suriyada iki qalası var idi: Dera və İdlib. Rusiya rejimi, İran Deranı aldı. İndi növbə İdlibdədir. İdlibə genişmiqyaslı hücum başlayarsa, köç axını olacaq və bu, Türkiyəni çətin vəziyyətə salacaq. Rusiya hazırda İdlibi bombalayır və Türkiyəni günahlandırır. İdliblə bağlı son razılaşma 5 mart 2020-ci ildə əldə edilmişdi. Bölgədəki aqressivliyi nəzərə alaraq, razılaşmanın yenilənməsi lazımdır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Bəşər Əsədi qəbul etdi. O, “Suriya ərazisinin 90 faizi Əsədin nəzarətindədir” dedi. Putinin bu hesablamasına görə, qalan 10 faiz İdlibdir. Putinə görə, PKK-PYD terror təşkilatının işğalı altında olan Fəratın şərqindəki Suriya torpaqları isə Suriya ərazisi deyil. Putin riyazi bir səhv etməyibsə, Fəratın şərqindəki terror təşkilatına muxtariyyət mesajı verir.

İşin Qafqaz tərəfi də var. Ötən həftə üçlü təlim və Türkiyə-Azərbaycan təlimi keçirildi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova narahatlıqlarını Bakıya çatdırdı. Yəni 10 gün ərzində ruslar Türkiyəyə qarşı 3 həmlə etdi: Ərdoğan-Putin zirvəsindən əvvəl, masa qurulmadan Türkiyəyə həm İdlib, həm PYD, həm də Cənubi Qafqaz üzərindən barmaq silkələdilər. Rusiyanı Türkiyəyə qarşı aqressiv atmosferə salan səbəblərdən biri də Ukrayna-Türkiyə münasibətləridir. İkincisi, Ukraynanın NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna müsbət yanaşması. Üçüncüsü, Ukraynanın Krımın işğalına münasibəti, Türkiyənin əvvəldən Krımın işğalına baxışı”. T.Dağlı qeyd edib ki, Türkiyənin Gürcüstanla oxşar münasibətləri var: “Bu, Türkiyənin Azərbaycana yaxınlığıdır. Rusiyanın Liviyada Haftar üzərində qurduğu tənliyin Türkiyə tərəfindən alt-üst edilməsi, ABŞ-ın Əfqanıstandan geri çəkilməsi ilə yaranan yeni tənliyi Rusiyanın təhdid olaraq görməsi və bu yeni tənlikdə Rusiyanın deyil, Türkiyənin üstünlük təşkil etməsi... Bütün bunlar rusları Türkiyəyə qarşı aqressivləşdirir. Putin nə vaxt Türkiyə mövzusunda narahat olursa, gördüyü ilk iş İdlibi qarışdırmaq olur. Putin bunu sonuncu dəfə sınayanda 34 əsgərimiz İdlibdə şəhid olmuşdu. Rusiya İdlibi Türkiyənin zəif yeri kimi görür. Bəli, elədir. Ancaq təkcə Türkiyə üçün deyil. İdlib Türkiyənin zəif yeridirsə, Rusiya və İranın da zəif yeridir. Rusiyanın İdlib üzərindən rus ruleti oynamaq israrı Türkiyəyə ağır bədəllər ödətdirə bilər. Amma belə bir faktura heç vaxt birtərəfli olmayacaq. Rusiya Suriyada ABŞ-la bir qədər yaxınlaşdı. PYD ilə təmasların artması bunun bariz nümunəsidir. İdilb məsələsi bir daha sarğı ilə bağlanacaq bir yara deyil. Bu və ya digər şəkildə, sözün əsl mənasında həll olunmalıdır”. İndi Ərdoğan-Putin görüşündə bütün ziddiyyətli məsələlər üzrə razılıq əldə edilməsi gözlənilir. Əks halda Rusiya-Türkiyə qarşıdurması qaçılmaz olacaq. Amma bu, tərəflərdən heç birinə sərf etmir.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ