Bazar günü günü, 15 noyabr 2026
     

“Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir” - Vüqar Rəhimzadə

Image


“Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən  əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il İkinci Qarabağ savaşının başlandığı gün-sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd ediləcək.

Bu günün şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd edilməsi təsadüfi deyil. Çünki 44 günlük Vətən  müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu. Vətən müharibəsinin davam etdiyi  günlərdə xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində Azərbaycanın danışıqlar masası ətrafında hansı şərtlər daxilində oturacağını bəyan edən dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın diz çökəcəyini, gec-tez yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı.

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin möhtəşəm hərbi-siyasi Qələbəsini, Ermənistanın biabırçı məğlubiyyətini təsdiqləmiş oldu. 44 günün hər anının tələbi, əsas çağırışı bu idi ki, bütün torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Başqa cür ola da bilməzdi. Çünki təcavüzün davam etdiyi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda qurulan keçilməz istehkamlar, Ermənistanın qeyri-qanuni yollarla  silahlandırılması Azərbaycana qarşı qurulan bir çox çirkin planlara aydınlıq gətirmişdi. Şübhəsiz, sülh danışıqları adı altında müharibəyə hazırlıq görən, himayədarları tərəfindən durmadan silahlandırılan Ermənistan hər halda belə hiyləgər addımlarının özü üçün ağır sonluqla başa çatacağını anlamamış deyildi. Ona görə ki, Azərbaycan daim ən yüksək tribunalardan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə variantına əl atmağa məcbur olacağını bəyan edəndə  Ermənistan və onun havadarları bunu Azərbaycanın sülh danışıqlarından imtinasi kimi təqdim edirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi onların bu mifini də darmadağın etdi. Tarixi torpaqlarımızda işğalçı Ermənistan ordusunu məhv edərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qisasını  alaraq 30 ilə yaxın yolumuzu gözləyən doğma Qarabağımıza qalib kimi qayıtdıq. Bu gün tarixi ərazilərimizdəyik və doğma torpaqlarımızda əbədi olacağıq”.

Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, hər zaman xalqına güvənən, onun dəstəyinə arxalanan Prezidentə xalqın sonsuz məhəbbəti şəksizdir: “Vətən müharibəsinin davam etdiyi 44 gündə xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli birlik və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasına çevrildi. Ölkə Prezidenti xalqın dəmir yumruq kimi birliyinin təminatçısı oldu. Siyasətdə, döyüş meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfərimizin müəllifi kimi adını tarixə əbədi yazdı. Ölkə Prezidentinin möhtəşəm Qələbəmizlə başa çatan postmüharibə dövrünün ilk günlərindən başlayaraq işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının bu müqəddəs torpaqlarımızı ziyarət etməsi kimi dəyərləndirilir. Bu səfərlər çərçivəsində Prezident İlham Əliyev diqqəti 30 illik işğal dövrünün reallıqlarına, bir çox  aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların  ikili standartlara söykənən siyasətinə, Ermənistanın ona edilən havadarlıqdan daha da ruhlanaraq yeni ərazilərlə bağlı müharibə planları hazırlamasına yönəldərək bu addımların sonda işğalçı dövlətin diz çökməsi ilə nəticələnməsini böyük qürur hissi ilə qeyd edir. Bildirir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində  beynəlxalq səviyyədə tanınan ərazilərimizdən Ermənistanın işğalçı qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qurumun çox mühüm siyasi bir jesti idi. Lakin əfsuslar olsun ki, 30 ildə  bu qətnamələr icra olunmadı. Dövlət başçısı BMT tribunasından daim  Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini qaldıraraq bəyan etmişdir ki, bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin Azərbaycana  gəldikdə isə onların icrası nədənsə “yaddan çıxır”. Azərbaycan cəmiyyətini daim ciddi narahat edən əsas məsələ bu qətnamələri qəbul edən, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçünün - ABŞ, Fransa və Rusiyanın artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi öz vəzifələrinə biganə yanaşmaları, əksər hallarda təcavüzkarın yanında olmaları idi. Onların həmsədr ölkə missiyalarını ona görə keçmiş zamanda qeyd edirik ki, münaqişə artıq başa çatmışdır və bu günün reallığında 28 ildə mandatına uyğun addım atmayan qurumun fəaliyyətinə ehtiyac yoxdur. Çünki Minsk qrupu ötən 28 ildə çox imkanları əldən verib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibənin baş verməsinə görə məsuliyyət təkcə Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür.”

YAP Xətai rayon təşkilatının sədri bu fikri böyük qürur hissi ilə qeyd edib ki, bu gün artıq  Azərbaycan diktə edən tərəfdir və Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur: “Dövlət başçısı işğalçı Ermənistanın ona təklif olunan sülh təklifinə laqeyd münasibətinə qarşı bu bəyanatı səsləndirir ki, əgər sülh müqaviləsi imzalanmasa, peşman olan tərəf Ermənistan olacaq. Çünki Azərbaycan bu təklifi masa üzərində əbədi saxlamalı deyil”.

“Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini ortaya qoydu” söyləyən V.Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsinin qalibi olan rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı bütün çıxışlarında Ermənistana və havadarlarına mesajlar verir. Dövlət başçısı hər dəfə onlara xatırladır ki, “dəmir yumruq” yerindədir.

V. Rəhimzadə vurğulayıb ki, bütün dünya bu reallığın şahididir ki, Prezident İlham Əliyev Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsini uğurla icra edir: “Dövlət başçısının iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da 30 ildən artıq davam edən münaqişənin tarixə qovuşduğunu, Cənubi Qafqaz regionunda yeni geosiyasi səhifənin açıldığını təsdiqləyir. Tezliklə Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın dövlət başçısının  təklif etdiyi yeni əməkdaşlıq formatının yaranması üçün real zəmin yaratmış olacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işləri Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yaxınlaşdırmaqla 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərin uğurla reallaşacağına əminliyi artırır”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ