çərşənbə günü, 30 sentyabr 2026
     

Regional sülhdə hamı Əliyev kimi ardıcıl ola bilsəydi... Baydenə, Putinə və Rəisiyə sülh resepti… - Aydın QULİYEV yazır...

Image


Son günlər Cənubi Qafqazda ümumi proseslərə təsir baxımından öz aralarında bağlı olan bir neçə hadisəni müqayisəli təhlil etdikdə Azərbaycanın regional sülh proseslərində nə qədər real siyasət apardığını bir o qədər dəqiqləşdirmək mümkün olur. Bir bəyanat və hərəkət Amerikadan gəlir, digəri Rusiyadan, bir neçəsi İrandan və təbii ki Ermənistandan gəlir.

Hər biri də regionda xalqların ovqatına sözün həqiqi mənasında qıcıqlandırıcı təsir göstərməklə öz pis rolunu oynayır. Ritorik bir sualdan başlayaq - Heç rast gəlibsiniz ki, Azərbaycanın dövlət başçısı qonşu xalqların daxili işlərinə qarışan, onları qıcıqlandıran, qanuni haqlarına əl uzadan bir bəyanat ya çağırış etsin? Erməniləri hamı üçün, hətta özləri üçün ziyanlı kursdan çəkindirmək xaricində bircə fakt belə göstərmək mümkün deyil. Biz heç dedikmi ki, Gürcüstana NATO qüvvələrinin gəlişi Azərbaycanı narahat edir? Suveren Gürcüstan dövləti özü bilər. Heç eşidən oldumu ki, İranın Yəməndə husilərlə, Livanda Hizbullahla, Suriyada kimləsə işbirliyində olması bizi narahat edir? Əslində bunlar  narahat edən şeylərdir. Ancaq qonşu ilə dilləşmək yox, öz təhlükəsizliyimizin möhkəmləndirilməsi ilə daha çox məşğul olmağı üstün tuturuq. Bəs belə olan təqdirdə İranın nə borcuna qalıb ki, Azərbaycanın Gorus-Qafan yolu üstündə polis-gömrük yoxlaması qoymasından narahat olsun, bu azmış kimi, üstəlik ermənilərə məsləhət də verir ki, bu yolun Tatevdən keçən alternativini mümkün qədər tez çəkin. Heç şübhə yoxdur ki, bu tikintiyə pul da qoyacaqlar. Əgər din və mədəniyyət qardaşımız İranın niyyətləri sonadək saf və xoşdursa, Xankəndiyə gedən yük maşınlarının yoxlanmasından nəinki narahat olmalı deyil, əksinə bu yoxlamalarda bizə kömək etməlidir. Əksini görürük. İran Gorus-Qafan yolu ilə Xankəndinə göndərdiyi yük maşınları üçün elə bir hərəkət marşrutu axtarır ki, Azərbaycanın yoxlayıcılarının gözündən yayına bilsinlər. Buna dostluq və din qardaşlığı deyilərmi? Qarabağda ermənilərin bütün siyasət və ideologiyaları sonda separatizm adlı çuxura diyirlənirsə, İranın onlara hansısa yükü göndərməsi doğrudurmu? Mübahisəsiz məlumdur ki, separatçılara çatan hər bir yük onların Azərbaycana qarşı oyunlarını gücləndirir. İstər İran nəsə göndərsin, ya başqa ölkə göndərsin, istər yanacaq göndərilsin, istər barıt, fərq etməz, bütün hallarda separatçılar özlərini möhkəmləndirir. Onu demirik ki, içi İran qarışıq hələ heç bir ölkə separatçılara yardım karvanı ilə bərabər "sizin taleyiniz Azərbaycanla bağlıdır" kimi haqq tövsiyəsi də göndərsinlər. Etməyiblər, çünki niyyətlər saf və dürüst deyil, çünki onların heç biri Azərbaycan Prezidenti qədər regional sülh və təhlükəsizlik naminə ardıcıl və şəffaf siyasət aparmır.

Necə başa düşmək olar ki, Prezident Əliyev iki ay öncə CNN Türk-ə "İranın yeni hakimiyyətindən regional siyasət barədə dəqiq fikirlər  gözləyirik" dediyi halda, bu gün İranın hörmətli prezidenti Rəisi "İrəvanla əlaqələrin və İrəvanın təhlükəsizliyinin daha da  möhkəmləndirilməsinə" yönəlik çağırış edir? İrəvanın haradan və kimdən təhlükəsizliyi məsələsi var? Bu gün Ermənistanı təhdid edən kimdir ki? Neçə min illik dövlətçilik təcrübəsi ilə öyünən İran rəhbərləri bilmir ki, Azərbaycanla heç cür sülhə gəlmək istəməyən, qisas almağa çalışan İrəvanın təhlükəsizliyinin möhkəmləndirilməsi qayğısına qalmaq Azərbaycana düşmənçilikdən başqa bir şey deyil? Azərbaycanla Arazboyu ərazidə sərhəd təlimləri keçirmək nə deməkdir? Əfqanıstandan daha böyük təhlükə axdığı bir vaxtda İranın Əfqanıstanla yox, Azərbaycanla sərhəddə təlim keçirməsi ancaq geosiyasətdən və Azərbaycana əsil münasibətdən xəbərsiz adamlara məntiqsizlik kimi görünə bilər.

Nədəni bəllidir ki, İrəvanı separatçı bölgəyə bağlayan ərazilərə diqqət göstərməkdə ABŞ və İranın Ermənistandakı səfirləri "çəkici eyni zindanlara" vurur. Xanım Treysi də, İran səfiri də aylardır Sünik deyilən Zəngəzurdan çıxmırlar. Xeyirdimi?...

Bayden deyəndə ki, Qarabağ münaqişəsi hələ tənzimlənməyib və həmsədrlər formatında işimizi davam edəcəyik, İran prezidenti deyəndə ki, İrəvanın təhlükəsizliyi daha da məhkəmləndirilməlidir, səfirlərin Sünikdə "yatmasını" da, Ayətullahın bizi "şir quyruğu" ilə hədələməsi də başa düşüləndir, eyni zamanda nəyin hardan gəldiyini dəqiq deyir. Zəngəzurda Xankəndinə daha xəlvəti yollar axtaran ABŞ və İran səfirləri öz prezidentlərindən belə təlimat alıblar. Ancaq tam bəlli səbəblərdən bu təlimatlar regionda həqiqətən möhkəm və sabit sülh tələblərinə cavab vermir. Məntiqi olaraq deyilməlidir ki, ABŞ və İran prezidentlərindən yeni təlimat gələnə qədər onlar "Azərbaycan hərbi əsirləri versin" bəyanatını təkrarlayacaq, Ermənistanın hələ də gizlətdiyi minalar xəritəsi, sülh sazişi, təzminat ödənişi kimi məsələləri dillərinə gətirməyəcəklər.

ABŞ prezidenti Paşinyana yazdığı məktubda deyir ki, erməni xalqı Qarabağda çox əziyyət çəkdi. Bərəkallah, cənab prezident!.. Yüz il əvvəl olmayan uydurmalara "genosid" deyə bildiyiniz halda, cəmi 30 ilin proseslərinin ən aşkar təzahürü olaraq "axı erməni xalqı Azərbaycanın torpaqlarında nə gəzirdi ki, əziyyət çəkəydi" kimi ədalətli fikri dilinizə gətirmədiniz. Azərbaycan Prezidentinin regional və qlobal sülh məsələlərində Sizlərdən daha səmimi və ardıcıl görünməsini təmin edən məqamlardan biri budur.

Cənubi Qafqazda bu gün möhkəm və hərtərəfli sülh perspektivləri Qarabağ münaqişəsinin həll edilmiş sayılmasından, Ermənistanın sülh sazişinə təşviq edilməsindən, status söhbətlərinə real münasibətdən, sərhədlərin dəqiqləşməsindən, mina xəritələrinin tam və dürüst qaytarılmasından keçir ki, bu sadə və əhatəli regional sülh reseptlərinin müəllifi kimin bunu qəbul edib-etməməsindən asılı olmayaraq məhz Prezident Əliyevdir.

Regionda sülh reseptləri ilə daban-dabana zidd davranışlardan biri separatçı Qarabağ "liderləri"nin təmas qurmaq cəhdlərinə bəzi samballı dövlət rəhbərlərinin dözümlü yanaşmasıdır. Bu günlərdə Qarabağ separatçılarına başçılıq edən Arutunyan Putinə seçki ilə bağlı təbrik teleqramı yazıb. Yazıb yazıb də, əlini tuta bilməzdik ki... Ancaq o teleqrama hər hansı formada cavab vermək artıq cənab Putinin işidir və bütün azərbaycanlıların gözlədiyi işdir. Cənab Putin Azərbaycan xalqı qarşısında bir daha göstərmək şansına malikdir ki, kimin yanındadır… Təbrik teleqramını ümumən reaksiyasız buraxmaq Rusiya prezidenti üçün ən pis seçim olardı... Teleqrama ən diplomatik reaksiya formasını tapmağa isə cənab Putinin təcrübəsi yetər… Təki iradə olsun...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ