Bazar günü günü, 15 noyabr 2026
     

Xankəndidə mənzil satış bazarı yenidən qızışır, amma... Əmması var...

Image


Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi, işğal altında olan torpaqların böyük hissəsinin azad edilməsi fonunda Xankəndi və ətrafındakı ermənilər əmlaklarını satışa çıxarıb. Düzdür, sonradan bunun qarşısını almaq üçün Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan erməni separatçı rejimi müəyyən tədbirlər gördü. Lakin son vəziyyət bu tədbirlərin, həmçinin rus sülhməramlıların Qarabağda qalan ermənilərə yardımının nəticəsiz qaldığını deməyə əsas verir. Xankəndi və ətrafında yerləşən yüzlərlə daşınmaz əmlak – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri yenidən satışa çıxarılıb. Erməni əmlak satışı saytlarında sözügedən ərazilərdəki daşınmaz əmlaklarla bağlı yerləşdirilən elanların sayı hər keçən gün daha da artır. Sayı getdikcə çoxalan satış elanlarına nəzər yetirəndə görmək olar ki, əksəriyyəti “təcili”, “razılaşma mümkündür” başlığı ilə qeyd olunub.

Hazırda Ermənistanın satış saytlarında ötən ilin son iki ayında yerləşdirilən elanların yenilənməsi prosesi müşahidə olunur. Bunu “list.am” portalına nəzər salanda da görmək mümkündür. O da maraqlıdır ki, ötən ilin sonunda ermənilər satışa çıxardıqları evlərə fantastik qiymətlər qoyurdular. Amma indi vəziyyət dəyişib. Ermənilər satdıqları əmlakın qiymətin xeyli aşağı salıb. Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, mənzil satışı ilə bağlı verilən elanların əksəriyyətində əlaqə vasitəsi kimi Rusiya nömrəsi qeyd edilir. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, Xankəndidə satışa çıxarılan mənzillərə daha çox azərbaycanlılar maraq göstərir. “Uniprice” Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə məsələ ilə bağlı bildirib ki, ermənilər üçün evin baha və ya ucuz qiymətə satılmasının heç bir fərqi yoxdur. Əsas olan daşınmaz əmlaklarını müəyyən miqdar pula satmaqdır. Ekspert bildirib ki, ermənilərin xüsusi olaraq qeyd etdikləri “real alıcıya endirim”in əslində real olub-olmaması ilə bağlı elanı yerləşdirən şəxslərlə əlaqə saxlanılıb və onlar əmlaklarını saytda göstərdikləri rəqəmdən daha aşağı qiymətə təklif ediblər: “Biz sosial şəbəkə üzərindən onlarla qeyri-rəsmi danışıqlar aparıb qiymətlərlə maraqlanmışıq. Almaq niyyətimizin olduğunu da bildirmişik. Onlar isə neçəyə olsa satacaqlarını deyirlər, yəni əsas olan əmlakın satılmasıdır. Əksəriyyəti Moskvada yaşadıqlarını bildirir. Əməkdaşımız qiymətin baha olduğunu desə də, “danışarıq, aşağı qiymətə də verərik” deyə cavab verilib. Onlar üçün əsas qiymət deyil, dəyər-dəyməzinə satıb getməkdir. Artıq başa düşürlər ki, Xankəndidə Azərbaycan vətəndaşları ilə birlikdə yaşamalıdırlar. Düzdür, bu istəkdə olanlar da var. Çünki kasıb, aclıq və səfalət içərisində olan Ermənistanda yaşamaqdansa Azərbaycanda yaşamağı bir çoxları üstün tutacaq. Amma elələri də var ki, əmlakını satdıqdan sonra Ermənistana deyil, xaricə üz tutmaq istəyir. Əllərində müəyyən miqdarda valyutanın olması kifayət edir ki, ölkəni tərk etsinlər. Hətta elanların bəzilərində onlar satışa çıxardıqları əmlakın qiymətini erməni pul vahidi ilə deyil, dollarla qeyd ediblər. Xarici nömrələrdən də istifadə edirlər. Yəni ola bilər ki, bəzi insanlar ölkədən gedib və əmlakları buradadır, sadəcə satıb xeyir əldə etmək niyyətindədirlər. Onlar indidən, xırda miqdar da olsa, müəyyən qədər vəsait əldə etmək üçün əmlaklarını satışa çıxarırlar”. R.Qasımzadə ermənilərin Xankəndidə satışa çıxardığı evlərin orta qiymətini qeyd edib: “Bir otaqlı evlər 10 min dollardan təklif edilir, 20 min dollara da var. Yəni qiymət evin şəraitinə, yerləşmə yerinə görə dəyişir. İki otaqlı mənzillər 15 min dollardan 25 min dollara, 3 otaqlı evlər 20 min-40 min dollar civarında, 4 otaqlılar isə 25 min dollardan yuxarı təklif edilir. Ən çox təklif olunanlar isə təkrar mənzil bazarına aid olan mənzillərdir”. Digər ekspertlər qeyd edir ki, Xankəndi və ətraf ərazilər ölkəmizə məxsus olduğuna görə bütün alqı-satqı prosesi Azərbaycan qanunvericiliyinə uyğun olaraq notarial qaydada aparılmalıdır. Alqı-satqı prosesində bank köçürmələri Azərbaycan banklarında manatla həyata keçirilməlidir. Bütün bunlar üçün də ermənilər əlindəki mülkiyyət sənədini Azərbaycan sənədinə çevirməlidir. 

Bundan başqa, Xankəndidə mənzil alqı-satqısı üçün texniki məsələlər öz həllini tapmalıdır. Belə ki, hazırda Xankəndidə faktiki olaraq Azərbaycanın aidiyyəti qurumlarının ərazi idarələri mövcud deyil. Ona görə də indiki situasiyada həmin ərazilərdə alqı-satqı prosesini həyata keçirmək mümkünsüzdür. Amma Xankəndi Azərbaycan ərazisi sayıldığından, bu problemi də qısa yolla həll etmək mümkündür. Bu halda ermənilər oradakı evlərini rahatlıqla azərbaycanlılara sata bilər. Bundan başqa o da qeyd olunmalıdır ki, Azərbaycan Qarabağda ermənilərin sülh və ləyaqətlə yaşamağa davam edə biləcəklərinə zəmanət verir. Ölkəmizin vətəndaşlığını qəbul edəcəkləri halda onların sosial və iqtisadi vəziyyəti yaxşılaşacaq. Bu halda ermənilər Xankəndi və ətraf ərazilərdə evlərini satmağa da ehtiyac duymayacaqlar, yetər ki, sadəcə məntiqlə hərəkət etsinlər.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ