Bazar günü günü, 15 noyabr 2026
     

İran Azərbaycanla hansı torpağı bölüşdürüb ki? - Bu Ayətullah tərpəşdikcə batır...

Image


Azərbaycana qarşı əsassız ərazi iddiasında olan təkcə Ermənistan deyil, İran da zaman-zaman ərazilərimizə göz dikdiyini gizlətməyib, bəzən açıq, bəzən də eyhamlı şəkildə bunu büruzə verib. Bütün dünya bilir ki, nə İran, nə də Ermənistan Azərbaycana ərazi bağışlamayıb, əksinə, Ermənistan adlandırılan Respublika Azərbaycan torpaqlarında qurulub, İran İslam dövlətinin ərazisinin də bəlli bir hissəsi tarixi Azərbaycan torpağıdır. Amma Ermənistan kimi İran da həqiqəti inkar edib, Günəşin “üzünü suvamaq” istəyir, bu isə mümkün deyil.

İran dini lideri ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili indi də öz çıxışında yeni qalmaqallı və həqiqətdən uzaq fikir bildirib: “Çox qussəlidir, Azərbaycan, İran hansı xidməti sənə etməyibdi? Dünyada hansı məmləkət İran qədər sənə xidmət edibdi? Torpağımızı səninlə bölüşürük”.

Amilinin ortaya atdığı bu əsassız fikirlər belə bir sual yaradır: İran bizimlə hansı torpağını bölüşüb, yaxud bölüşür? Amili bununla nə demək istəyir, İranın hansı təxribatçı mesajlarını çatdırmaq istəyir? Tarixçilər deyir ki, II Qarabağ müharibəsi zamanı İranın mahiyyəti tamamilə aydın oldu və maskası yırtıldı. Ekspertlərin fikrincə, ifşa olunduğu üçün İran bilmir nə etsin ki, başqa islam dövlətlərinin gözündən də düşməsin. Tarixçilər deyir ki, İran dövləti uzun illərdir ermənipərəst siyasət yürüdür və məqsəd də Azəraycanda qarışıqlıq, çoxtirəlik yaradıb ərazilərimizi mənimsəməkdir.

  • Bünyamin Qəmbərli: “İranın bu iddiası tamamilə əsassızdır və ərazi bütövlüyümüzə qarşı təxribatdır”

Naxçıvan Ali Məclisinin sabiq deputatı, tanınmış tarixçi alim, ATMU-nun baş müəllimi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, İranın məqsədi bəllidir. B.Qəmbərlinin sözlərinə görə, Azərbaycan dövlətinin günü-gündən güclənməsi, regionda söz sahibinə çevrilməsi, dünyanın sayılıb-seçilən ölkələrindən biri olması İran rəhbərliyinin yuxusuna haram qatıb, onlar Azərbaycana qarşı ağlagəlməz təxribatlar həyata keçirirlər. “Bizim bir məsəlimiz var: itə deyirlər niyə hürürsən? Deyir qorxuduram. Deyirlər bəs quyruğunu niyə bulayırsan? Deyir özüm də qorxuram. Bunlar həm “hürüb” bizi “qorxudurlar”, həm də qorxularından quyruqlarını bulayırlar. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfdən, İran molla rejimi Azərbaycan dövlətinin mövcudluğunu həzm edə bilmir, onu özləri üçün bir təhlükə olaraq görürlər. İranın bu narahatlığının səbəbi aydındır. Çünki Azərbaycan dövlətinin mövcudluğu bütöv Azərbaycana gedən yoldur. Digər tərəfdən, İran tərəfi Səfəvilər, Əfşarlar və Qacarlar imperiyalarını “İran dövləti” hesab edir. Halbuki, bu imperiyalar bizimdir, bunlar bizim dövlətlərimizdir. İran əsassız olaraq Səfəvilər, Əfşarlar və Qacarlar imperiyalarını “İran dövləti” hesab etdiyi üçün Azərbaycanın qüzeyini də öz “müstəmləkələrinin bir parçası” “sayır”lar. Təbii ki, İranın bu iddiası tamamilə əsassızdır və ərazi bütövlüyümüzə qarşı təxribatdır. Düşünürəm ki, İran bunu Azərbaycanı “işğal etmək” məqsədilə demir, Azərbaycanın güneyinin istiqlala qovuşmasının qarşısını almaq üçün edirlər. İran yaxşı bilir ki, Azərbaycanın qüzeyini işğal etmək iqtdarında, gücündə deyil, o bunu bacara bilməz. Güney Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün İran molla rejimi belə rəy yaratmaq istəyir ki, guya qüzey Azərbaycan da “İranın bir parçasıdır”. Amilinin “bəyanat”ına gəlincə, Azərbaycansayağı desək, Amili sadəcə “qatıqlayır”, ağzından çıxan sözü bilmir. İran Azərbaycana hansı xidməti edib? Amili “Azərbaycan, İran hansı xidməti sənə etməyibdi” deyərkən İranın bizə qarşı “xidmətlərini” yada salıb. Düzdür, İran Azərbaycanın dağılması, məhv olması, işğal edilməsi üçün yetərincə xidmət edib. İran Ermənistanı silahla, yanacaqla, bütün kəşfiyyat məlumatları ilə təmin edib və Azərbaycana bu cür “xidmət göstərib”. İranın bu “xidmətləri” tükənməzdi”.

B.Qəmbərli qeyd etdi ki, İranın Azərbaycana qarşı illərdir davam edən “xidmət” lərindən biri də bu ölkənin hər gün Azərbaycana kiloqramlarla narkotik vasitələr göndərməsi, Azərbaycanda radikalizmi, separatizmi gücləndirməkdir. 

  • Mübariz Ağalarlı: “Təəssüflər olsun ki, Azərbaycana qarşı bu qeyri-səmimi davranışlar mütəmadi olaraq din xadimləri və siyasilər tərəfindən də həyata keçirilir”

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı da “Bakı-Xəbər”ə ilk növbədə bildirdi ki, zaman-zaman İranın bəzi rəsmi şəxslərinin, elm adamlarının, millət vəkillərinin, xüsusilə də dini rütbəli insanlarının Azərbaycan dövlətinə yönəlik haqsız, etikadan kənar, məntiqsiz çıxışları xalqımız arasında narahatlıqla qarşılanır. “Bu çıxışlarda Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı narahatedici məqamlar da ifadə olunur. Hətta bir qrup İran alimi qırmızı xətti keçərək Azərbaycan Respublikasının şəhərlərinin İran şəhərləri olduğunu absurd şəkildə dəfələrlə dilə gətirib. Hazırda İranda fəaliyyət göstərən Arran elmi-tədqiqat mərkəzində Azərbaycan tarixinə, mədəniyyətinə qarşı təxribat xarakterli, qeyri-obyektiv araşdırmalar aparılır və dünya ictimaiyyətinə təqdim olunur. Azərbaycan adını həzm edə bilməyən və dövlətimizə Arran adı qoymağa cəhd edən bu qurumun saxta və qeyri-oyektiv araşdırmalarına və təbliğatına qarşı alimlərimiz müxtəlif beynəlxalq və yerli elmi müstəvilərdə dəfələrlə tutarlı cavab veriblər. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu qeyri-səmimi davranışlar mütəmadi olaraq din xadimləri və siyasilər tərəfindən də həyata keçirilir”.

M.Ağalarlının sözlərinə görə, bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsi İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilinin təşvişinə səbəb olub: “Bu din rəhbərinin üç müsəlman ölkəsinin birgə təlim keçirməsindən bu qədər narahatlıq duyması başadüşülən deyil. Bu şəxslər hələ də anlamırlar ki, Azərbaycan müstəqil dövlətdir və öz süveren ərazilərinin təhlükəsizliyini qorumaq üçün beynəlxalq hüquq normaları çərçivəsində istənilən haqqa sahibdir və istənilən dövlətlə əməkdaşlıq edə bilər. Digər tərəfdən, uzun illər boyu Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman məscidlərini donuz tövləsinə çevirən erməni faşist rejimi ilə hərbi-siyasi və iqtisadi sahələrdə əməkdaşlıq edən İran dövlətinə qarşı loyallıq nümayiş etdirən Azərbaycanın davranışlarına rəğmən, İran rəsmisinin üç müsəlman dövlətinin əməkdaşlığına qarşı davranışları məntiqsiz və gülüncdür.

Təəssüf doğuran məqamlardan biri də odur ki, İran tərəfindən verilən bəyanatlarda etik çərçivə aşılaraq Azərbaycanın siyasi şəxsləri bu və ya digər formada təhqir olunur. Bu dindar insanlar anlamalıdırlar ki, hər hansı bir dövlətin millət vəkilini, rəsmi yetkilisini təhqir etmək dini və siyasi etik normalarına ziddir. Bu davranış dolayısı ilə həmin dövlətin xalqını təhqir etmək deməkdir və bu yolverilməzdir. Bu cür davranışlar dövlətlərarası münasibətlərə xələl gətirməklə yanaşı, eyni zamanda Azərbaycan xalqında müsəlman qonşusuna qarşı mənfi fikirlərə yol açır.

Tarixdən məlumdur ki, beş min ildən çox yaşı olan Azərbaycan dövlətçiliyi təkcə ölkəmizin siyasi-iqtisadi və mədəni inkişafı ilə hüdudlanmayıb, mövcud qonşu xalqların və dövlətlərin tarixi-mədəni inkişafının formalaşmasına əvəzolunmaz töhfələr verib. Bu gün də Azərbaycan Respublikası, İran da daxil olmaqla, bütün dövlətlərin, xüsusilə də qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, bu dövlətlərin sosial-iqtisadi və mədəni həyatının inkişafına öz laiyiqli töhfələrini verir. Bu baxımdan ölkəmiz bütün dövlətlərlə beynəlxalq qanunlar çərçivəsində və qarşılıqlı hörmət əsasında müxtəlif sahələrdə əməkdaşlıq etmək istəyini dəfələrlə bəyan edib”.

M.Ağalarlı hesab edir ki, artıq bəzi qonşu dövlətlər orta əsr feodal təfəkküründən uzaqlaşaraq Azərbaycan Respublikasının bu xoşməramlı   davranışlarından nümunə götürməli və çevrə dövlətləri ilə münasibətlərini populizm və nəzəri bəyanatlarla deyil, əməldə sübut etməlidirlər.

 İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ