İkinci Qarabağ Müharibəsinin fəsadları AŞ PA-da müzakirə olunacaq

img

İkinci Qarabağ Müharibəsinin humanitar fəsadları Avropa Şurası Parlament Assmableyasının (AŞ PA) payız sessiyasında müzakirə olunacaq.

Trend-in məlumatına görə, müzakirələr sentyabrın 27-də İkinci Qarabağ Müharibəsinin başlanmasının ildönümündə debat formasında keçiriləcək.

Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 27-dən 30-dək hibrid formatda keçiriləcək. Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoymuş İkinci Qarabağ Müharibəsi 44 gün, sentyabrın 27-dən noyabrın 10-u, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalamasınadək davam etmişdi.

Son xəbərlər